Azərbaycan Dövlət İqtisad Universiteti «Ticarət və gömrük işinin təşkili» kafedrasının I.ü. f d. Hüseynova. S. Y


Mal mübadiləsi əməliyyatları və yaxud qarşılıqlı ticarət əməliyyatları



Yüklə 430 Kb.
səhifə7/14
tarix02.01.2022
ölçüsü430 Kb.
#39954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   14
ASEU TEACHERFILE WEB 9888367045826910063.doc 1617544828

Mal mübadiləsi əməliyyatları və yaxud qarşılıqlı ticarət əməliyyatları qarşılıqlı öhdəliklər çərçivəsində və yaxud ixracatçı ixrac olunan malın bir hissəsini və ya tam dəyərini almaq öhdəliyini öz üzərinə götürəndə həyata keçirilir.

İqtisadi mahiyyətinə görə mal mübadiləsi əməliyyatları aşağıdakılara bölünürlər:

  • natural mübadilə əməliyyatları (barter əməliyyatları);

  • sənaye əməkdaşlığı (kompensasiya əsasında əməkdaşlıq) çərçivəsində əməliyyatlar;

  • sifarişçinin xammalından istifadə etməklə əməliyyatlar.

Mal mübadiləsi əməliyyatlarının yerinə yetirilməsi zamanı sövdələşmələrin aşağıdakı əsas növləri rəsmiləşdirilir:

Barter sövdələşmələri, müəyyən dəyərli malların bərabər dəyərli digər mallara pul ödənişini yerinə yetirmədən mübadiləsini nəzərdə tutur. Bu zaman mübadilənin proporsiyaları, bir qayda olaraq, mübadilə olunan malların dünya bazarındakı qiymətlər nisbətinə, məhsulun keyfiyyəti və göndəriş şərtlərinə əsasən müəyyən olunurlar. Dünya təcrübəsində barter sövdələşmələri köməkçi rolunu oynayırlar və ümumi mal dövriyyəsinin ancaq 2%-ni təşkil edirlər.

Xarici ticarət barter sövdələşmələrinə mal istehsalçıları, malların birdəfəlik partiyalarını satanda, rəqabət qabiliyyəti olmayan malların, həmçinin valyutanın olmaması zamanı müraciət edirlər.



Kompensasiya sövdələşmələri – qarşılıqlı ticarətin elə sövdələşmələridir ki, bu zaman göndərilən məhsulun, maşınların, avadanlığın, həmçinin göstərilən xidmətlərin, o cümlədən kredit üzrə xidmətlərin ödənişi həyata keçirilir və bu ödəniş, əvvəllər alınmış məhsuldan istehsal olunmuş hazır malların və xidmətlərin göstərilməsinin müqabilində qarşılıqlı göndərişi yolu ilə həyata keçirilir. Kompensasiya sövdələşmələrindən, bir qayda olaraq, o zaman istifadə olunur ki, bu zaman kontragentlər lazımi ödəniş vəsaitlərinə malik olmurlar. Bu şəraitdə malgöndərən öz mallarını kontragentə o şərtlə satır ki, o, bu mallardan istehsalda istifadə edərək, sonradan əvvəl göndərilmiş yarımfabrikatlar, komplekt məmulatlar, xammal, materiallar, mallar və yaxud xidmətlərdən istifadə edərək hazırladığı məhsulu ödəniş kimi göndərəcəkdir.

Kompensasiya sövdələşməsinə əsasən hər bir tərəf malların iki siyahısını hazırlayır. Birincidə - tərəfin almaq istədiyi malların, ikincisində - ixracat üçün təklif olunan malların siyahısı göstərilir.



Sifarışçinin xammalı hesabına sövdələşmələr kompensasiya xarakteri daşıyır və xammal mallarına aid edilir. Sövdələşmənin prinsipi xarici firmaya onun boş sahələrində xammalın emal üçün verilməsindən və bu xammaldan müəyyən həcmlərdə yarımfabrikatların və yaxud hazır məhsulların alınmasından ibarətdir. Məhsulun bir hissəsi firmada emal üçün kompensasiya formasında qalır. Yarımfabrikatlar və hazır məhsullar üçüncü ölkələrin bazarlarında satıla bilərlər.
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin