143
Qrafik 1: Ev təsərrüfatlarının məcmu gəlirlərinin quruluşu
Tədqiqatın metodologiyası
Elmi tədqiqatımız
sistemli yanaşma, müqayisəli təhlil metoduna əsaslanır.
Birinci
mərhələdə tədqiqat obyektləri barədə məlumatların ətraflı şəkildə toplanması və bu-
nun nəticəsində konkret tədqiqat obyektlərinin seçilməsi təmin edilmişdir.
Növbəti
addımda toplanmış faktlarla ev təsərrüfatlarında mövcud durumu təhlil və müqayisə
etmək üçün sorğu blankları tərtib edilmişdir. Tərtib edilmiş sorğu blankları əsasında
ev təsərrüfatlarında sorğuların keçirilməsi reallaşdırılmışdır. Üçüncü mərhələdə sorğu
nəticəsində toplanmış maliyyə göstəriciləri müxtəlif kompüter proqramlarının da kö-
məyi ilə təhlil edilmişdir. Sonuncu mərhələdə tədqiqat obyektləri
üzrə əldə edilmiş
nəticələr müqayisə edilərək yekun fikirlər formalaşdırılmış, müvafiq təkliflər irəli sü-
rülmüşdür [7].
Şəkil 1-də təsvir edildiyi kimi tədqiqat Azərbaycan Respublikasının Gəncə-Qazax regio-
nunda və Gürcüstanın Kaxetiya regionunda aparılmışdır. Hər iki respublikada üç rayon,
hər rayonda bir kənd olmaqla, ümumilikdə altı kənddə elmi tədqiqat işi aparılmışdır.
İki ölkənin dağlıq regionunu əhatə edən tədqiqat bölgəsinin seçilməsi təsadüfi xarakter
daşımır. Belə ki, hər iki bölgə eyni iqlim tipinə, eyni coğrafi relyef və ərazi quruluşuna,
dəniz səviyyəsindən hündürlüyə, eyni kənd təsərrüfatı ənənələrinə malik olan region-
lar seçilmişdir. Yəni tədqiqat ərazisi olaraq Azərbaycan Respublikasının Gəncə-Qazax
və Gürcüstanın Kaxetiya regionları seçilmişdir. Bundan sonra hər bir region üzrə 3
rayon müəyyənləşdirilmişdir. Seçilmiş rayonların bələdiyyələrindən tədqiqat kəndlə-
rinin müəyyən edilməsi üçün bir sıra məlumatlar toplanılmışdır. Hər bir rayon üzrə
kəndlərin sayı, onların dəniz səviyyəsindən yüksəkliyi, kəndlər üzrə ev təsərrüfatları-
Dostları ilə paylaş: