144
nın sayı, heyvandarlıq və əkinçiliyin vəziyyyəti, köçəri təsərrüfatların sayı, ərazi haq-
qında (əkin sahəsi, pay torpağı, həyətyanı sahə, örüş sahələri, yay və qış otlaqları və
s.) məlumatlar toplanılmışdır. Bu məlumatların toplanması
təsadüfi deyildi,
çünki
kəndlərin seçimi üçün müəyyən kriterilər təyin edilmişdi. Bu kriterilərə seçilən kənd-
lərin dəniz səviyyəsindən 700-1600 metr yüksəklikdə yerləşməsi, daimi yaşayış olan
ev təsərrüfatlarının sayının 80-200 arasında olması, infrastruktur (kəndin asfalt yola
malik olub-olmaması və rayon mərkəzindən uzaqlığı) kimi şərtlər daxil idi [8].
Şəkil 1: Tədqiqat əraziləri: Gəncə-Qazax iqtisadi rayonu və Kaxetiya rayonu
Ümumilikdə Göygöl rayonunda 12, Gədəbəy rayonundan 8, Şəmkir rayonundan isə 5
kəndin göstəriciləri təhlil olunmuşdur. Şəmkir və Göygöl rayonları kəndlərinin əksə-
riyyətinin dəniz səviyyəsindən 800 metr aşağı olması, həmçinin örüş sahələrinin azlığı
onların təyin olunan kriterilərə cavab verməməsi ilə nəticələnmişdi. Məlumatların
toplanması və təhlili təkcə kağız üzərində deyil, həm də əyani şəkildə müşahidələrin
aparılması və ərazilərin xüsusi ilə örüş və otlaq sahələrinin
yerində müşahidəsi və
təhlili də seçim prosesinin əsas mərhələlərindən olmuşdur. Deyilənlərin əyani sübutu
Göygöl rayonunun Şəhriyar, Zurnabad və Kərəmli kəndlərində aparılan müşahidə və
təhlillərdən sonra Kərəmli kəndinin seçilməsinin qərarlaşdırılmaşıdır. Şəmkir rayonu-
nunda da Atabəy və Samanlıq kəndləri arasında müşahidə və təhlillər aparıldıqdan
sonra Atabəy kəndinin seçilməsinə qərar verilmişdi. Eyni proses və seçim prosedurları
Gədəbəyin Plankənd və Çalburun kəndləri arasında da aparılmışdı. Sonda heyvanların
və ev təsərrüfatlarının sayına nəzərən daha az örüş və otlaq sahəsi olan Plankənd kəndi
seçilmişdi. Eyni təhlil və müşahidələr Gürcüstan Respublikasının
kəndləri üçün də
Dostları ilə paylaş: