23
son tələbin artımı daha çox sektorda daha yüksək məhsul istehsalı artımına
səbəb
olmuşdur (bax cədvəl 3, “T” sütunu). Bu iki sektordan sonra nisbətən yüksək nəticələr
müşahidə olunan sektorlara nümunə kimi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıq-
çılıq sektorunu, topdan və pərakəndə satış
xidmətləri;
avtomobillərin və motosik-
letlərin təmiri üzrə xidmətlər sektorunu və nəqliyyat, poçt və anbar təsərrüfatı sekto-
runu göstərmək olar. Belə ki, gömrük-tarif dərəcəsinin 10 faiz azalması ssenarisi əsa-
sında bu sektorlarda son tələbin 0,33 faiz yüksəlməsi
ölkə üzrə ümumi məhsul
istehsalını müvafiq olaraq 0,03, 0,04 və 0,03 faiz yüksəldər (bax cədvəl 3, “KMB”,
“TPSX” və “NPA” sütunları). Bu üç sektorun iqtisadiyyat üzrə ümumi məhsul istehsa-
lının artımına töhfəsi də həmçinin bir-birinə çox yaxın olsa da, onların da ayrı-ayrı
sektorlara təsirləri fərqli müşahidə olunur. Məsələn, gömrük-tarif dərəcəsinin 10 faiz
azalması ssenarisi əsasında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda
son tələbin 0,33 faiz yüksəlməsi ən çox emal sənayesi sektorunda (0,04 faiz), elektrik
enerjisi, qaz, buxar və havanın kondisiyalaşdırılması sektorunda (0,06 faiz), su təchi-
zatı, tullantıların təmizlənməsi və emalı sektorunda (0,08 faiz) və maliyyə və sığorta
fəaliyyəti sektrounda (0,03 faiz) ümumi məhsul istehsalının artımına
səbəb olmuş-
dursa, topdan və pərakəndə satış xidmətləri; avtomobillərin və motosikletlərin təmiri
üzrə xidmətlər sektoru üzrə bu özünü daha çox peşə, elmi və texniki fəaliyyət sekto-
runda (0,1 faiz), inzibati və yardımçı xidmətlərin göstərilməsi sektorunda (0,09 faiz),
maliyyə və sığorta fəaliyyəti sektrounda (0,07 faiz), informasiya və rabitə sektorunda
və eyni zamanda emal sənayesi sektorunda (0,04 faiz) büruzə vermişdir. Nəqliyyat,
poçt və anbar təsərrüfatı sektoruna gəldikdə isə baxmayaraq ki, bu sektorun da ümumi
iqtisadiyyat üzrə məhsul istehsalına töhfəsi digər iki sektorun töhfəsinə çox yaxın
olmuşdur, lakin sektorda gömrük-tarif dərəcəsinin 10 faiz azalması ssenarisi əsasında
son tələbin 0,33 faiz yüksəlməsinin təsirinin sektorial tərkibi nisbətən daha az müxtə-
liflik təşkil etmişdir. Cədvəl 3-ün “NPA” sütununa diqqət etsək görərik ki, bu sektorun
ən yüksək effekti emal sənayesində olmaqla yalnız 0,04 faiz təşkil etmişdir. Qeyd edək
ki, hər üç sektorun emal sənayesi sektoruna təsiri eyniyyət təşkil etməkdədir.
Nəticə
Gömrük-tarif dərəcəsinin təsirinin sektorial təhlili həyata keçirilərkən müəyyən olun-
muşdur ki, tarif dərəcəsinin 10 faiz azalması ssenarisi üzrə ən yüksək nəticə mədən-
çıxarma və tikinti sektorlarında müşahidə edilir. Belə ki, bu ssenaridə ölkə üzrə ümumi
məhsul istehsalı 0,08 faiz yüksələ bilər.
Mədənçıxarma və tikinti sektorları
üzrə nəticə eyni olsa da, onların
digər sektorlar
vasitəsilə multiplikativ təsirləri fərqli olmuşdur. Belə ki, gömrük-tarif dərəcəsinin 10
faiz azalması fonunda mədənçıxarma sektorunda son tələbin yüksəlməsi ssenarisi əsa-
Dostları ilə paylaş: