Bacarıqlarınızı artırın və yeni bacarıqlar öyrənin – peşənizlə əlaqəli işəgötürənlərin tələb etdiyi bacarıqlarınızı işkişaf etdirmək vəzifənizdə daha sürətli irəliləməyinizə kömək edəcəkdir. Peşəkar kommunikasiya və yazı, tənqidi düşünmə və problem həll etmə kimi "yumşaq bacarıqlarınızı", eyni zamanda rəhbərlərin işçilərdə axtardığı güvən, etibarlılıq kimi ümumi keyfiyyətlərinizi təkmilləşdirməyə çalışın. Yumşaq bacarıqlarınızı inkişaf etdirməyin bir yolu, əslində mövcud iş yeriniz ola bilər. Komandanızdakı liderlərə baxın, münaqişələri, təşkilatçılığı və vəzifələrin prioritetlərini necə idarə etdiklərini müşahidə edin.
Cari bacarıqları inkişaf etdirilməyin və ya yeni bacarıqlar əldə etməyin bir yolu da təlimlərə,seminarlara, əlavə kurslara və s. qatılmaqla ola bilər. Bundan əlavə, işçilər əlavə məsuliyyətlər götürərək, təcrübəli bir həmkarı ilə işləyərək və ya peşə birliklərinə qoşulmaqla da bacarıqlarını inkişaf etdirə bilərlər.