Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə236/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   302
Qiymet-2019

 
19.4. 
İnhisar rəqabəti şəraitində qiymətlərin formalaşması 
 
İnhisar rəqabəti dedikdə bazarın elə bir strukturu başa düşülür ki, orada 
qarşılıqlı əvəz edilən əmtəələr qrupu bir-birindən asılı olmayan çoxlu sayda 
istehsalçılar tərəfindən istehsal olunur. Əmtəələr qarşılıqlı əvəz edilən olsalar 
da, bir-birind
ən bəzi keyfiyyət xarakteristikaları: dadı, qablaşdırılması, satış yeri 
v
ə s. ilə fərqlənirlər. Ona görə də tam rəqabət şəraitindən fərqli olaraq hər bir 
istehsalçı istehsal edilən məhsulun həcmini dəyişərək, öz əmtəəsinin qiymətinə 
t
əsir göstərə bilər. Hər bir istehsalçının məhsuluna tələb xətti mənfi meylliyə 
malikdir. 
İstehsalçıların sayı çox olduğuna görə onların hər biri müəyyən əmtəə 
qrupunun reallaşdırılması şəraitinə əhəmiyyətsiz (cüzi təsir göstərir. Ona görə 
d
ə oliqopoliyadan fərqli olaraq, hər bir istehsalçı bu və ya digər hərəkətə qarşı 
öz r
əqiblərinin cavab reaksiyasına diqqət yetirməyə də bilər. Görünür ki, bu 
reaks
iya heç olmayacaqdır, belə ki, istehsalçının digərlərinə təsiri olduqca 
z
əifdir. 
Bel
ə bir misala diqqət yetirək. Şəhərdə bir neçə min bərbər işləyir. Onlar 
hamısı müştərilərə eyni xidmətlər dəstini təqdim edirlər. Bununla bərabər bir 
çox müştərilər müəyyən bir bərbərə üstünlük verirlər. Bu da onun göstəriyi 
xidm
ətin digərlərinin xidmətindən müsbət mənada fərqlənməsi və 
394 


b
ərbərxananın əlverişli yerdə yerləşməsi səbəbləri ilə bağlıdır. Tutaq ki, bərbər 
öz xidm
ətinin qiymətini yüksəltdi. Məlumdur ki, onun xidmətinə tələbin həcmi 
azalacaqdır. Onun bəzi keçmiş müştəriləri digər bərbərlərə müraciət edəcəklər. 
Lakin qiym
ətlərin yüksəldilməsi zamanı tam rəqabət şəraitində işləyən 

əssisədə olduğu kimi, tələbin həcmi “sıfra” qədər azalmayacaq. Bir çox 
müştərilər həmin bərbərin xidmətindən istifadə etməkdə davam edəcəklər. 
Uyğun olaraq, demək olar ki, bərbər qiymətə bazar tərəfindən verilən (müəyyən 
edil
ən) kəmiyyət kimi baxmır. O, qiyməti yüksəldə bilər və ya aşağı sala bilər. 
Bu zaman t
əbiidir ki, onun xidmətlərinə tələbin həcmi dəyişir. Beləliklə, 
h
ər bir bərbər müəyyən və olduqca məhdudlaşdırılmış “inhisar” hakimiyyətinə 
malikdir. Əgər bərbər öz xidmətinin qiymətini yüksəldirsə, bu, bərbər 
xidm
ətlərinin şəhər bazarının vəziyyətinə heç cür öz əksini tapmayacaqdır. Ona 
gör
ə ki, hər bir bərbər şəhər əhalisinin çox az bir hissəsinə xidmət göstərir. Ona 
gör
ə də onlardan istənilən biri öz məhsulunun qiymətinin dəyişdirilməsinə digər 
b
ərbərlərin mümkün reaksiyasını nəzərə almaya da bilər. 
Bundan başqa, inhisar rəqabəti modelində istehsalçıların bir fəaliyyət 
sferasından digərinə keçməsinə heç bir məhdudiyyət yoxdur. Bu, o deməkdir ki, 
bazar tarazlığı vəziyyətində istehsalçılar uzun müddət ərzində “iqtisadi” 
m
ənfəət əldə etməlidirlər. Əgən mənfəət müsbət olsaydı, digər sahələrin 
istehsalçılarının bu sahəyə keçməsinə, qarşılıqlı əvəz edilən əmtəələr qrupunun 
t
əklifinin artmasına, qiymətlərin aşağı düşməsinə və mənfəətin itməsinə (yoxa 
çıxmasına) gətirib çıxarardı. 
B
ərbərlərlə bağlı misala qayıdaq. Tutaq ki, onlar mühasiblərə, tramvay 
sürücül
ərinə və s. nisbətən yüksək gəlir əldə edirlər. Əgər peşələrin əvəz 
olunmasına qarşı inzibati maneələr yoxdursa, onda bir çox mühasiblər və 
tramvay sürücül
əri bərbərlik peşəsini öyrənəcəklər, onların sayı artacaq, 
göst
ərdikləri xidmətə tələb azalacaq və gəlirləri aşağı düşəcək. 
Əvvəlcə fərz edək ki, müəyyən qarşılıqlı əvəz olunan əmtəələr qrupunun 
istehsalçılarının sayı təsbit olunmuşdur. Onda rəqabətli müəssisənin tarazlığı, 
inhisarın tarazlığından praktiki olaraq heç nə ilə fərqlənmir. 
LAC v
ə LMC xəttləri uyğun olaraq uzunmüddətli dövrdə müəssisənin 
orta v
ə son hədd xərcləri xəttləridir. Uzunmüddətli dövrdə orta və son hədd 
x
ərcləri qısa dövrdə müvafiq göstəricilərdən onunla fərqlənir ki, uzunmüddətli 
dövrd
ə qısamüddətli dövrdə təsbit olunan amillər də daxil olmaqla bütün 
istehsal amill
ərinin müəssisə tərəfindən dəyişdirilməsi imkanları mövcuddur. 

əssisə qı istehsal həcmində, son hədd xərclərinin son hədd gəlirinə bərabər 
LMC = MR olduğu uzunmüddətli dövrdə mənfəəti maksimumlaşdırır. O, Pı 
qiym
ətini müəyyənləşdirir və PıKLM düzbucaqlısının sahəsinə bərabər mənfəət 
əldə edir. 
395 


O
q
P, LMC,
LAC, MR
D
LMC
K
P
1
q
1
MR
M
LAC
L

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin