XXI F ƏSİL. İSTEHSAL AMİLLƏRİ BAZARINDA QİYMƏTLƏRİN ƏMƏLƏ GƏLMƏSİ 21.1. Rəqabətli amil bazarında qiymətlərin formalaşması meylləri İstehsal amilləri iş qüvvəsi, torpaq, kapital bazarını təhlil edək. Əmtəə
bazarında tələb və təklifi formalaşdıran qüvvələr eyni zamanda istehsal amilləri
bazarında da fəaliyyət göstərir.
İstehsal amilləri sahibkarların gəlirini yaradaraq qiymətlərdə rəqabət əmələ
g
ətirir. Gəlirlərin bölgüsü nəzəriyyəsi qiymət nəzəriyyəsinin tərkib hissəsidir.
Amill
ərin xidmətinin qiyməti olduğu kimi, istehsal amillərinin özlərinin də
qiym
ətləri vardır. Məsələn, torpaq sahəsinin qiyməti, maşınların qiyməti. Əmək
haqqı - iş qüvvəsinin (və ya əməyin) qiymətidir, renta - torpaqdan istifadəyə görə
öd
ənilən qiymətidir, faiz - kapitaldan istifadəyə görə ödənilən qiymətdir.
Çoxlu alıcı və satıcıların fəaliyyət göstərdiyi istehsal amilləri bazarına
r
əqabətli amil bazarı deyilir. Burada heç bir alıcı və satıcı istehsal amilinin
qiym
ətinə təsir göstərə bilmir.
Ayrıca firmanın amillərə olan tələbini təhlil edək. Bütün alıcıların amillərə
olan t
ələblərinin cəmi amillərə olan bazar tələbini əmələ gətirir.
İstehlak tələbindən fərqli olaraq, istehsal amillərinə olan tələb törəmə
t
ələbdir. O, firmanın istehsal amillərinə çəkdiyi xərcdən və istehsalın həcmindən
asılıdır. Məsələn, proqram satan firmanın kompüterlərə olan tələbi təkcə
proqramçıların əmək haqqından deyil, həm də firmanın satmağa hazırlaşdığı
proqramların kəmiyyətindən asılıdır.
Ona gör
ə də istehsal amillərinin qiymətləri təkcə həmin amil bazarlarının
quruluşundan asılı deyil, həmçinin mövcud əmtəə bazarının quruluşundan asılıdır.
İstehsal amilinə olan tələbi təhlil etmək üçün firmanın istehsal resurslarından
istifad
ənin həcmini necə müəyyənləşdirməyi göstərmək lazımdır.
Bel
ə qəbul edək ki, firma öz məhsulunu iki resursun köməkliyi ilə istehsal
edir: K kapitalı və L əməyi. O, kapitalı r qiymətinə (kapitala görə faiz dərəcəsi),
əməyi isə W (əmək haqqı) qiymətinə alır. Eyni zamanda firma binaya və avadan-
lıqlara malikdir. O, nə qədər işçi tutmaq lazım olduğunu müəyyənləşdirməlidir.
Firma artıq müəyyən miqdarda işçi tapmışdır və bilmək istəyir ki, daha bir
işçi cəlb etmək rentabellidirmi? Daha bir işçi cəlb etmək o vaxt düzgün olar ki,
firmanın əlavə mədaxili onun əlavə xərclərindən çox olsun. Əlavə əmək
vahidind
ən əldə olunan əlavə mədaxil,