Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə213/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   302
Qiymet-2019

 
ya qeyri-
aşkar) növlərdə olur. 
Açıq təşkilatlarda 
iştirak 
etmək üçün arzu edən bütün fırma və təşkilatlar: (həm yerli, həm də xarici fırmalar) 
dəvət olunur. Açıq təşkilatlar yolu ilə aparılan satış formasında əsasən standart və 
universal avadanlıqlar, eləcə də böyük tutumlu podrat işləri yerləşdirilir. 
Ba
ğlı (qapalı) ticarət
 
təşkilatlarında iştirak etmək üçün əsasən xüsusi 
dəvətnamə göndərilmiş firmalar dəvət olunurlar. Bir qayda olaraq, bura tanınmış, 
istehsal sahəsində böyük təcrübəyə malik olan fırmalar iştirak edirlər. Tender 
(müsabiqə) komitəsi ticarət təşkilatlarını dəvət etmək üçün bütün təşkilati işlərini 
həyata keçirir. Bu məqsədlə qəzetlərdə, jurnallarda elanlar dərc etdirir, 
müəyyənləşdirilən şərtləri iştirak etmək arzusunda olanların nəzərinə çatdırır.
Qapalı torqlarda nadir, mürəkkəb və xüsusi avadanlıqlara, müəssisə 
komplektl
ərinə verilən sifarişlər yerləşdirilir. Qapalı torqların xidmətindən 
müdd
ətli sifarişlərin yerləşdirilməsi lazım gəldikdə istifadə edilir. Bu tipli torqda 
iştirak etmək üçün bu və ya digər istehsal sahəsində böyük təcrübəsi və texniki 
c
əhətdən yaxşı silahlanmış , məşhur ağıllı – başlı, çox ciddi məhdud sayda firmalar 
c
əlb olunur. 
Qapal
ı keçirilən tenderlərdə, tender (müsabiqə) komitəsi təklifləri açıq-saçıq 
yaymır və iştirakçıların tərkibini elan etmir, onlar tərəfindən edilən təklifləri və 
şərtləri bildirmir. 
Malg
öndərənlərin seçilməsi və sifarişlərin qəbulu tender elan etdikdən sonra 
aparılır. Keçirilməsi nəzərdə tutulan torqun növündən asılı olaraq bildiriş verilir. 
Açıq torqun keçirilməsinə aid bildirişdə mətbuatda dərc olunur və torqun 
keçirilm
əsi vaxtı, təşkilatın adı, torqların sıra sayı, malların miqdarı, işin həcmi, 
t
əkliflərin təqdim olunma qaydası və müddəti, podarat şərtlərinin, spesifikanın, 
cizgil
ərin və s. sənədlərin haradan alınması göstərilir. Elanlar torqun keçirilməsinə 
1 – 
1,5 ay qalmış dərc olunur. Qapalı torqlar keçirildikdə informasiyalar tamam 
müvafiq olur. Bel
ə torqun keçirilməsi barədə məlumat yalnız ayrı – ayrı firmalara 
gönd
ərilir. Torqun keçirilməsi qaydası və şərtləri xüsusi qanunlar, yaxud əmrlər 
vasit
əsilə nizama salınır. 

Torqlar h
ərrac, yaxud da müsabiqə yolu ilə keçirilir. Hərracda udanlar 
torqlar 
ən yüksək qiymət təklif edənlər kimi, müsabiqədə qalib gələnlər isə ən yaxşı 
şərtlər təklif edənlər kimi tanınır. 
Beyn
əlxalq torqlar müxtəlif ölkələrin mal göndərənlərinin və 
podaratçılarının öncədən müəyyən edilmiş təkliflərinə və onların yerinə yetirilməsi 
müdd
ətlərinə əsasən malların satın alınması və sifarişlərin yerləşdirilməsi və ardıcıl 
verilm
əsi üsuludur. Bunun üçün onlar təklifi daha əlverişli olan torq təşkilatları ilə 
kontrakt bağlayırlar. Müasir şəraitdə torqlar xeyli yayılmışdır. Onlar maşın və 
avadanlıqların göndərilməsi, obyektlərin tikilməsi üzrə sazişlər bağlaması üçün 
kontragentl
ərin axtarılıb seçilməsində mühüm rol oynayırlar. Satınalma metodu 
kimi torqlar inkişaf etməkdə olan ölkələrdə daha çox istifadə olunur. Məsələn, 
maşın və avadanlıq üzrə keçirilən torqların 75- 85% - i inkişaf etməkdə olan 
362 


ölk
ələrin payına düşür. Məsələn, Misir , Birma və s. bu kimi ölkələrdə maşın və 
avadanlıq üzrə bütün idxalat, hətta istehlak şeyləri idxalının böyük hissəsi , 
h
əmçinin podrat əməliyyatları torqlar vasitəsilə həyata keçirilir. 
Latın Amerikasının bir çox ölkələrində , xüsusən Uruqvayda, 
Hindistanda, Şri – lankada, Pakistanda, İranda və s. ölkələrdə satınalmanın bu növü 
geniş yayılmışdır. 
Torqun hazırlanması torqun keçirilməsində birinci mərhələsi olub, 
onların texniki və alış – veriş şərtlərinin işlənib hazırlanmasında ( bu tender sənədi 
adlanır) və torqların potensial iştirakçılarının ( bu isə oferent adlanır) onunla, yəni 
tender s
ənədi ilə tanış edilməsindən ibarətdir. 
Torq iştirakçılarına təkliflərin təqdimi torqun keçirilməsinin ikinci 
m
ərhələsidir. Torqlara daxil olan təkliflər yuxarıda qeyd edildiyi kimi “oferent” 
adlanır. Beynəlxalq ticarətdə buna bəzən “bid” də deyilir. Təklifin təqdimi qaydası 
v
ə üsulu torqların təşkilatçıları tərəfindən tənzimlənir. Bir qayda olaraq təkliflər 
yazılı şəkildə torqlar açılarkən verilir. Çox hallarda təkliflər ( tenderlər) bağlı 
z
ərflərdə, əksər hallarda isə biri digərinin içində olmaqla iki zərfdə təqdim olunur. 
Daxili z
ərfdə torqların sıra sayı, malın yaxud işin adı və qəbul olunacağı tarix 
göst
ərilir. 
Bütün ölk
ələrdə torqların təşkilatçısı sifətində əksərən dövlət 
t
əşkilatları və idarələri, nazirliklər, satınalma təşkilatları, bələdiyyə idarələri, 
müst
əsna hallarda isə iri xüsusi firmalar çıxış edirlər. Torqlara daha çox 
malgönd
ərənlərin cəlb edilməsi eyni zamanda sifarişlər üçün maksimum rəqabətə 
imkan yaradır. 
Bundan 
əlavə dövlət və bələdiyyə təşkilatları üçün torqlar həm də 
buna gör
ə əlverişlidir ki, onlar torqlara maliyyə cəhətdən daha iri və nüfuzlu 
firmalar c
əlb edə bilərlər. Çünki torqun nəticəsində bağlanmış kontraktların 
m
əbləği xeyli çox olduğundan maliyyə cəhətdən zəif və kreditə tabeli olmayan 
firmaların iştirakı çətinliklərlə üzləşir. Torqları keçirərkən dövlət təşkilatları çox 
hallarda 
əsasən də xüsusi və quruluşca mürəkkəb olan avadanlığı satın alarkən 
firmalar torqun 
iştirakçıları arasında olan, bilavasitə onlar hər hansı bir inhisar 
birliyinin, m
əsələn, kartelin tərkibinə daxildirlərsə, onların əlbirliyi ilə rastlaşırlar. 
Əksər hallarda isə ayrı –ayrı şirkətlər arasında konkret bir torqda fəallılıq 
göst
ərmək üçün müvəqqəti konsersiumlar təşkil etmək razılaşmalarına gəlirlər. 
B
əzi hallarda hətta bu kimi iki – üç konsersium birdən yaradılır. 
Tender t
əşkil olunana qədərki dövrdə tender predmetinin öz bazarında 

əyyən amillərin təsiri altında formalaşan qiyməti mövcud olur. Bu amillərə 
yuxarıdakıları aid etmək olar, ancaq tender prosesində isə tender predmetinin 
qiym
əti digər amillərin təsiri altında dəyişə bilər. Tenderlərdə əsas qiymətə təsir 
ed
ən amil kimi daxılı amillərlə yanaşı xarici amilləri və əsas da firmanın rəqibi 
olan iştirakçılarla baş verən rəqabəti göstərmək olar. Mövcud amillərin təsiri 
altında qiymətin dəyişməsi zamanı tender münasibətləri “Tender haqqında 
Az
ərbaycan Respublikası qanunu” - da göstərildiyi kimi tənzimlənir. 
363 


Te
nder predmetinin ehtimal olunan dəyərini tender keçirən mövcud 
qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir. Ehtiyac duyarsa, tender predmetinin 
ilkin dəyərinin qiymətləndirilməsinə istənilən hüquqi və ya fiziki şəxsi ekspert kimi 
cəlb edə bilər.
Tender predmetinin yerin
ə yetirilməsi üzrə iş başlandıqdan sonrakı hər hansı 
bir m
ərhələdə, tender keçirənin və qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı 
olmayaraq, tender predmetinin d
əyəri yekun müqaviləsində təsbit olunmuş 
m
əbləğin 10 faizinə qədər artar v ə ya azalarsa (inflyasiya nəzərə alınmamaqla) 
müqavil
ə şərtlərində heç bir dəyişiklik edilmədn iş yerinə yetirilməlidir.
Tender predmeti üzr
ə işin yerinə yetirilməsinə başlandıqdan sonrakı hər 
hansı bir mərhələdə, lakin yekun müqaviləsində təsbit olunmuş vaxt çərçivəsində, 
tender keçir
ənin və tender qalibinin fəaliyyətindən asılı olmayaraq, tender 
predmetinin d
əyəri yekun müqaviləsində təsbit olunmuş məbləğin 10 faizindən çox 
artar v
ə ya azalarsa, artım və ya azalmanın ödənmə şərtləri tender keçirənlə tender 
qalibi arasında bağlanan yeni razılaşma ilə müəyyən edilir.
Tender keçir
ən bu barədə məlumatları kütləvi informasiya vasitələrində, veb 
s
əhifələrdə ictimai səlahiyyətli orqan tərəfindən dərc etdirir. Tender komissiyası 
müv
əqqəti və yaxud sabit fəaliyyət göstərən orqan olub, müsabiqənin 
t
əşkilatçısıdır. Komissiyanın tərkibi və mövqeyi sifarişçi tərəfindən təsdiq edilir. 
Tender komissiyasının tərkibinə müsabiqədə iştirak edənlərin vəzifəli 
nümay
əndələri, qohumları və s. daxil ola bilməz. Tender komisiyasının onun sədri 
idar
ə edir. O komitənin funksiyalarını təyin edir, satınalma üzrə sazişlərin 
imzalanması və s. işlərin təşkilində və yerinə yetirilməsində məsuliyyət daşıyır. 
Tender komissiyasının sədri özünün müavinini seçir, icra katibinin və hər bir 
üzvün
ün funksiyalarını müəyyən edir. 
Başqa sözlə tender iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin 
seçilm
əsi məqsədi ilə keçirilən müsabiqədir.
Tenderi elan etm
əzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 
1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası - satınalan təşkilat 
t
ərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən 
müv
əqqəti işçı qrupudur. 
2) Tenderin 
əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini 
özünd
ə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 
3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı 

əssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. 
Tenderin keçirilm
əsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və 
s
ənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, 
tenderin ilkin protokolu, t
əklif zərflərinin açılması barədə protokol, tenderin yekun 
protokolu v
ə s. daxil olur. Tenderlərin bir neçə keçirilmə formaları var. 
Açıq tender iddiaçıların iştirakına məhdudiyyət qoyulmadan keçirilir. Açıq 
tender keçiril
ərkən təkliflər tender elanı verildikdən sonra ən azı 30 iş günü ərzində 
q
əbul edilir. Satınalan təşkilata tenderin keçirilməsi barədə ən azı iki dəfə dövrü 
364 


m
ətbuatda bildiriş verməlidir. Bunlardan biri qəbul olunmuş təklif zərflərin 
açılmasına ən azı 30, digəri isə ən azı 20 gün qalmış elan şəklində çıxmalıdır. 
Tenderd
ə iştirak etmək istəyən iddiaçı müəssisə, satınalma predmetinin ehtimal 
olunan qiym
ətin 0,5%-i və ya tender xərclərinin 1,5 mislindən artıq olmamaq şərti 
il
ə təyin olunmuş haqqı ödəyərək tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Bu 
m
əbləğ heç bir şərt altında qaytarılmır. Tenderdə iştirak edən müəssisə öz təklifinə 
t
əminat verməlidir. Bu təminat satınalan təşkilat tərəfindən tenderin təklifinin 1-5% 
m
əbləğində müəyyənləşir. Təminatın qüvvədə olma müddəti, tender təklifinin 
qüvv
ədə olma müddətindən ən azı 30 gün çox olmalıdır. Tender təklifləri satınalan 
t
əşkilatın şərtlər toplusunda göstərdiyi meyarlar əsasında qiymətləndirilir və ən 
s
ərfəli sayılan tender təklifi qalib sayılır. 
İkimərhələli tender - satınalan təşkilatın tender predmetinin xüsusiyyətlərini 

əyyənləşdirə bilmədiyi halda keçirilir. Bu zaman ilkin mərhələdə satınalan 
t
əşkilat əldə etdiyi təkliflər vasitəsilə malların texniki xarakterini öyrənir və 
bununla 
əlaqədar malgöndərənlər ilə müzakirələr aparır. 
T
əkliflər sorğusu - tenderin predmetlərinin alınmasında təcili tələbat 
yaranarsa, v
ə satınalan müəssisənin açıq tender və satınalmanın digər növlərindən 
istifad
əsi vaxtı və digər amillər baxımından səmərəsiz sayılarsa tətbiq olunur. Bu 
növ tenderin keçirilm
əsinə açıq tenderdən fərqli olaraq vaxt məhdudiyyəti 
qoyulmur. 
M
əhdud iştiraklı tender - satınalma predmeti həddən artıq mürəkkəb olduqda 
v
ə yalnız məhdud sayda malgöndərən olduqda keçirilir. 
Qapalı tender dövlət əhəmiyyətli və strateji məhsulların alınmasında tətbiq 
edilir. Açıq tenderdən başqa digər növ tenderlərin keçirilməsi üçün satınalan 
t
əşkilat Satınalmalar üzrə Dövlət Agentliyin razılığını almalıdır. 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin