Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində Bakı Sosial İqtisad kolleci



Yüklə 16,14 Kb.
səhifə1/4
tarix29.12.2021
ölçüsü16,14 Kb.
#48973
  1   2   3   4
menecccc


Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində Bakı Sosial İqtisad kolleci

Fakultə :Bank işi

İxtisas : Vergi və vergitutma

Qrup:663


Kurs :3

Tələbə : Kərimli Türkanə

Müəllim: Quliyeva Fidan

Fənn : Menecment

Mövzu: Strateji daxiletmə, Strateji planlaşdırma

Ölkənin və istərsə də firma və kompaniyaların yaxın və uzaq gələcək üçün fəaliyyətinin məqsəd və vəzifələrinin, həmçinin inkişaf strategiyasının müəyyənlişdirilməsi iqtisadi siyasətin işlənilməsinin əsasını təşkil edir. Aydındır ki, işlənilən strategiya ölkənin və firmanın mövcud və potensial imkanları daxilində onun müvafiq əmək, material və maliyyə ehtiyatları ilə təmin olunması nəzərə alınmaqla hazırlanır

Firmanın məqsədi onun inkişaf konsepsiyasını, gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməkdir. Başqa sözlə desək, məqsəd - həyata keçiriləcək fəaliyyət növlərinin nəzərdə tutulan nəticələri haqqında qəbul edilən qərardır.

Strategiya isə firmanın elmi-texniki, maddi, maliyyə, əmək ehtiyatlarını, onun istehsal-satış imkanlarını nəzərə almaqla qarşıya qoyulmuş məqsədə nail olunması üçün əsaslandırılmış tədbirlər və planlar işlənilməsini nəzərdə tutur.

Göründüyü kimi, məqsədin müəyyənləşdirilməsi bu və ya digər məsələ barəsində yerinə yetirilməsi məcburi xarakter daşıyan konkret qərar qəbul edilməsidir. Strateji məsələlər isə qəbul edilmiş bu qərarlardan asılı olaraq hazırlanır. Həm də bilmək lazımdır ki, hər bir konkret məsələnin həlli üçün ayrıca strategiya işlənilir. Bir məsələnin həlli üçün işlənilmiş strategiya digər məsələnin həlli üçün istifadə olunmur.

Strategiya işlənərkən firmanın rəhbərliyi bir qayda olaraq üç məsələnin həlli ilə qarşılaşır; hansı biznesi dayandınnah; hansı biznesi davam etdirməli; hansı biznesə keçməli?

Strategiya müəyyənləşdinnəlidir;

-              firma nəyi etməlidir və nəyi etməməlidir;

-              firmanın həyata keçirildiyi təsərrüfat fəaliyyətində nələr daha çox, nələr isə daha az vacibdir.



Meneanent

Strateji İdarəetmə sahəsində görkəmli mütəxəssis M.Porter belə hesab edir ki, bazar iqtisadiyyatında strategiyanın formalaşdırılmasmm üç istiqaməti mövcuddur.




Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin