Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində Bakı Sosial İqtisad kolleci



Yüklə 16,14 Kb.
səhifə3/4
tarix29.12.2021
ölçüsü16,14 Kb.
#48973
1   2   3   4
menecccc

Üçüncü istiqamət bazarın müəyyən seqmentinin firma tərəfindən qəti müə)^ən edilərək orada möhkəmlənməsi və özünün bütün gücünü həmin seqmentdə cəmləşdirməsidir. Bu halda müəssisə (firma) bütün bazarı əhatə etməyə səy göstərmir və yalnız dəqiq müəyyənləşdirilmiş seqmentdə işləyir. Müəssisənin bu halda niyyəti ümumiyyətlə, bütövlükdə bazarın tələbatı nəzərə alınmaqla deyil, müəyyən konkret müştərilərin tələbatına əsasən formalaşdırılır. Bu halda müəssisə üç davranış istiqaməti seçə bilər:

- istehsal məsrəflərinin aşağı salınmasına cəhd edilməsi;

- əmtəənin istehsalında ixtisaslaşma siyasətinin həyata keçirilməsi;

- bu yanaşmaların bir-biri ilə birləşdirilərək istifadə olunması


Firmanın strateji idarə edilməsinin vacib elementlərindən biri uzunmüddətli perspektivdə məqsədin müəyyənləşdirilməsi üçün düzgün istiqamətin (oriyentirin) seçilməsidir.

Strateji idarəetmənin məqsəd, strategiya və düzgün istiqamətinin seçilməsi arasında qarşılıqlı əlaqə mövcuddur və onlar biri-birindən asılıdırlar. Elə ola bilər ki, hər hansı bir problemin həlli (məsələn, bazar payının müəyyənləşdirilməsi, məqsədli bazarın seçilməsi, satış həcminin artırılması) firma üçün həm strategiya, həm məqsəd, həm də istiqamət olsun. Firmanın strategiyası ali rəhbərlik tərəfindən hazırlanır və istehsalat bölmələri üçün məqsədə çevrilir.

Strateji idarəetmənin bütövlükdə firma üçün qlobal (ümumi) məqsədləri işlənib hazırlanır və bunun əsasında bütün istehsalat bölmələri, təsərrüfat-istehsalat istiqamətləri üçün spesifik məqsədlər işlənilir. Məqsəd ona nail olunması üçün lazım olan vasitələrlə sıx əlaqədardır. Bir məsələnin həllində məqsəd hesab edilən amil, digər məsələnin həllində vasitədir.

Firmanın ümumi məqsədi uzaq gələcəyə firmanın inkişaf konsepsiyasının hazırlanmasıdır. Bu konsepsiyalar firmanın əsas inkişaf istiqamətlərinin ümumi proqramlarını, bu proqramların həyata keçirilməsi üçün zəruri olan material, əmək və maliyyə ehtiyatlarını müəyyən edir. Ümumi məqsədlər müəyyənləşdirildikdən sonra vaciblik dərəcəsinə görə onların həyata keçirilməsi ardıcıllığı və bir-biri ilə qarşılıqlı əlaqələri müəyyənləşdirilir.

Strateji planlaşdırma bütün idarəetmə qərarlarının, o cümlədən strateji idarəetmənin əsasını təşkil edir. Strateji planlaşdırma firmanın qarşısına qoyduğu məqsədlərə nail olması üçün


Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin