Birinci istiqamət istehsal xərclərinin minimumlaşdırılması sahəsində liderliyi ələ almaqdır. İstehsal xərclərinin minimuma endirilməsi nəticəsində firma istehsal etdiyi əmtəələri nisbətən ucuz qiymətə sata bilər və bunun da nəticəsində bazarın əksər payını ələ keçirər. Bu növ strategiyanı həyata keçirən müəssisə istehsalın yüksək səviyyədə texnoloji təşkilinə, mühəndis-konstruktor mərkəzinə, məhsulların istehlakçılara çatdırılmasının əlverişli sisteminə malik olmalıdır.
İkinci istiqamətməhsul istehsalında ixtisaslaşma ilə əlaqədardır. Müəssisə verilmiş qrupdan olan məhsul istehsalı üzrə lider olmalıdır. Bu ona gətirib çıxarır ki, həmin məhsulun qiyməti kifayət qədər yüksək olsa da istehlakçılar həmin markanı seçirlər. Bu növ strategiyanı həyata keçirən firma yüksək elmi- texniki potensiala, yaxşı marketinq sisteminə, məhsulun keyfiyyətini təmin edə bilən işlək sistemə malik olmalıdır.