Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “akademik yazi” kursu üZRƏ MÜhaziRƏ(MƏŞĞƏLƏ): Müəllim: t e. d., Qəhrəman Həsənov


Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər



Yüklə 118,27 Kb.
səhifə16/25
tarix11.11.2022
ölçüsü118,27 Kb.
#68523
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
C fakepathAKADEM K YAZI mьhazir -az

Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər
Yuxarıdakı ikinci nümunədən də gördüyünüz kimi, orijinal və parafraz edilmiş variant arasında müəyyən fərq yaratmaq üçün paraqrafa bir sıra yeniliklər gətirmişik.

  1. Kapitalı "iqtisadi məfhum” kimi vermişik. Belə çıxır ki, hətta ən elementar söz səviyyəsində belə, biz müəllifin fikrini yenidən ifadə etmək prosesini yönləndirməyə yardım etmək üçün həmin fikri necə anladığımızı əks etdirmişik.

  2. İlkin versiyada olduğu kimi, iki kapital növü arasında fərq yaratmaq əvəzinə, biz "geniş kapital” anlayışından onu iki yerə bölməklə söz açmışıq. Eynilə, yuxarıda da deyildiyi kimi, müəllifin sözlərini öz qavramamız çərçivəsində başqa formada ifadə etmişik.

  3. Cümlənin əvvəlində gələn bağlayıcı sözlər yazının axıcılığını təmin etmək üçün işlədilmişdir. Məsələn: "əslində” və "bunun əksinə olaraq”.

  4. İnsan və fiziki kapitalı "ibarətdir” şəklində ifadə etməkdənsə, "insan kapitalı ... üzərində fokuslanmışdır”, "fiziki kapitala ... daxildir” formalarından istifadə edilimişdir. Eynilə, insan kapitalından insanların bacarığını artıran bir məfhum kimi danışmaq yerinə, biz bunu "... inkişaf etdirməyə çalışan” kimi vermişik. Eyni şəkildə, "... istehsalı ilə sıx bağlı olan” ifadəsi "... istehsalı üçün istifadə olunurdu” frazasını əvəzləmişdir. Göründüyü kimi, müəllifin fikirlərini ifadə etmək üçün bizim tanış olduğumuz söz birləşmələrindən istifadə etməyə çalışmışıq.

  5. Ayrı-ayrı sözlər də başqa sözlərlə əvəz edilmişdir. Məsələn:"insan yaradıcılığı”nın yerinə "insanların yaratdıqları şeylər”, "insanlar”ın əvəzinə "fərdlər”. Yenə də ayrı-ayrı sözlər baxımından, biz məlumatı öz nöqteyi- nəzərimizdən yenidən şəkilləndirmişik.

  6. Müəllifin fikirləri tanınması üçün paraqrafda iki şəkildə göstərilmişdir - biri mötərizədə, digərisə cümlənin ortasında verilmişdir.

Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı?
Parafraz edərkən, hərdən müəllifin sözlərini ilkin mənbədə - orijinalda olduğu kimi saxlamaq zərurəti yarana bilər. Misal üçün, siz yəqin müşahidə etdiniz ki, biz müəllifin "məhsul və xidmətlərin istehsalında” ifadəsini olduğu kimi saxladıq, çünki bu ifadəni başqa sözlərlə yenidən ifadə etmək çətin idi. Hər halda, sitat gətirilən parçadakı dırnaq işarələrindən də göründüyü kimi, həmin sözlərin müəllifin olması bəllidir, eyni zamanda müəllifin adı, yazının nəşr ili və sitatın gətirildiyi səhifə nömrəsi də verilmişdir.
Sitatlardan istifadədən savayı, bəzi frazalar ilkin mənbədə olduğu kimi saxlanılmışdır. Məsələn, "fiziki kapital” və "insan kapitalı”. Bunun səbəbi odur ki, bu frazalar müəyyən bir sahə - iqtisadiyyat sahəsində qəbul edil miş frazal ardır və müəllifin özünəməxsus ifadə formaları deyil. Daha önəmlisi isə budur ki, "fiziki kapital” və "insan kapitalı” dəyişilə bilməyəcək məfhum adlarıdır. Eləcə də, "məhsullar və xidmətlər” ifadəsini də saxladıq, çünki bu ifadə akademik mühitdən kənar bir çox başqa kontekstlərdə də ümumi şəkildə işlədilən, qəbul edilmiş ifadədir. Bu frazaları işlədərkən dırnaq işarələrinə ehtiyac yaranmaya bilər, lakin əgər buna əmin deyilsinizsə, ehtiyatlı olmaq - mənbəni göstərmək və dırnaq işarələrini vermək ən yaxşı yoldur. Amma yenə də, çalışın ideyanı öz sözlərinizlə verəsiniz.
Müəllif ideyalarını öz SÖZLƏRİNİZLƏ verə bilmək - sizin akademik mühitdə elmi yazılar yazarkən ən çox istifadə edəcəyiniz BACARIQdır.

Yüklə 118,27 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin