Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl etməlisiniz. Çünki dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir şəxsdir və sizin nəyə işarə etdiyinizi heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsaslanmışdır. Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir. Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən proses və hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd ideyalara baş vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran, hadisələrin təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir. Bəhs etdiyimiz bu giriş böl məsini yekunlaşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.
Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.
Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.
Lakin ...
Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
Onlar düşünmə və planlaşdırma tələb edir.
Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir.
Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.
Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.
Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır. 1. Akademik Yazı Növlərinin Quruluşu: Ön hissə
Titul vərəqi
Mündəricat
yazının strukturunu əks etdirir
məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir
yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir
Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)
Abstrakt
Xülasə
elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;