Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “akademik yazi” kursu üZRƏ MÜhaziRƏ(MƏŞĞƏLƏ): Müəllim: t e. d., Qəhrəman Həsənov


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ



Yüklə 118,27 Kb.
səhifə14/25
tarix11.11.2022
ölçüsü118,27 Kb.
#68523
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
C fakepathAKADEM K YAZI mьhazir -az

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
AKADEMİK YAZI” KURSU ÜZRƏ MÜHAZİRƏ(MƏŞĞƏLƏ):
Müəllim: t.e.d., Qəhrəman Həsənov


PARAFRAZ ETINƏ. MÜƏLLIF IDEYALARINI ÖZ SÖZLƏRINIZLƏ IFADƏ ETMƏ METODLARI
Parafraz etmə
Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı oxuduqdan sonra siz bu barədə ÖZ İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi istifadə edə bilərsiniz.
Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə etmək deməkdir. Xülasə etməkdən fərqli olaraq, parafraz etmə məlumatı qısaltmaq demək deyil. Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə, məlumatı yenidən yazmağı tələb edir.
Nümunələr
"Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa qruplarda necə davranmaq haqqında, yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.”
Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38.
Parafraz etmə
Cümlənin ortasında verilən istinad
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Mötərizədə verilən istinadlar
Məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir (Leyden, 1985). Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər (Leyden). Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Yuxarıdakı misallardan gördüyünüz kimi, parafraz edilən hissədəki məlumat çox dolğundur. Parafraz edilən versiya Leydenin orijinal versiyasını təşkil edən üç cümlənin hər birini yenidən yazır. Daha sonra isə, parafrazda bir neçə əsas söz üzərinə fokuslanırıq: məktəb, uşaqlar, akademik, öyrənmə, keçirmək, qruplar, icma, dünya, şərait.
Xülasə və parafraz edilmiş versiyalar arasındakı ikinci fərq isə ondan ibarətdir ki, parafraz edərkən fikirlərin eyni ardıcıllığı saxlanılır. Məsələn, xülasə edilmiş versiyadan fərqli olaraq, parafraz edilmiş versiyada öncə öyrənmənin akademik tərəfindən, daha sonra isə uşaqların məktəbdə ikən öyrəndikləri daha geniş kontekstli məsələlərdən söz açılır.
Bundan başqa, parafraz edilmiş versiya həmçinin Leydenin qeyd etdiyi xüsusi məqamları da vurğulayır. Bunun əksinə olaraq, xülasə versiyası ideyaların çox ümumi təsvirini verir və xüsusi məqamları çıxarır.
Bununla belə, parafraz edilmiş versiyanın xülasə edilmiş versiya ilə ən azı bir ortaq nöqtəsi var. Əslində, parafraz edil miş nümunə Leydenin mesajını çatdırmaq üçün Leydenin iş l ətmədiyi bir çox digər söz və söz birləşmələrini bir araya gətirir, onl arı bir-biri ilə bağ l ayır. Daha sonra isə, baxmayaraq ki, ideyaların verildiyi ardıcıllıq Leydenin ardıcıllığı ilə eynilik təşkil edir, söz birləşmələrinin, frazaların seçimi xeyli fərqlidir. Məsələn: Leyden öyrənməyə "yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün - özləri haqqında, ...” şəklində yanaşdığı halda, parafraz edilmiş versiya isə eyni ideyanı aşağıdakı kimi verir: uşaqlar məktəbə, sadəcə, akademik informasiya əldə etmək üçün getmirlər. .öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqları, .öyrənirlər.

Yüklə 118,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin