Bir Neçə Sözü Köçürmək və Dəyişmək - Parafraz Etmək Deyil Artıq deyildiyi kimi, sizin parafraz etdiyiniz versiya ilə müəllifin versiyası arasında kifayət qədər fərq yaratmağınız önəmlidir. Lakin ümumiyyətlə, bir çoxumuz öz sözlərimiz ilə müəllifin sözləri arasında yetərincə fərq qoya bilmirik. Bəzi hallarda isə, biz, məsələn, ilkin mənbədən - hazır mətndən böyük həcmli frazaları köçürə və ya yalnız bir neçə sözü dəyişə bilirik. Nümunə
"Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin ifadəsidir. İnsan kapitalı və fiziki kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) və istehsal etmək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi sürücüsünün şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital mal, məhsul və xidmətlər istehsal etmək üçün istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. Fiziki kapital sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina deməkdir.” Məkİçörn, V.A. (1991). İqtisadiyyat: Müasir giriş (2ci nəşr). Cincinnati, OH: Saus- Uestern, səh 3. Bir neçə sözü köçürmək və dəyişmək - bu cür parafraz etmə qəbul olunmazdır!
Kapital məhsul və xidmətlərin yaradılmasında işlədilən insan əməyini ifadə edir (Məkİçörn, 1991). İnsan kapitalı insanların istehsal etmək üçün gücləndirdikləri və inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) bilik və qabiliyyətlərin məcmusudur. Bunun əksinə olaraq, fiziki kapital isə mal, məhsul və xidmətlər istehsal etmək üçün işlədilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. Yuxarıdakı nümunədə müəllifin fikirlərini parafraz edərkən müəyyən məqamlar nümayiş etdirilmişdir ki, bunlardan qaçmaq lazımdır. Müəllifə istinad mötərizədə istinadla verilsə belə, bu, müəllifin versiyasını sizin versiyanızdan fərqləndirmək üçün yetərli deyil. Siz həmçinin əmin olmalısınız ki, parafraz etmə müəllifin sözlərindən kifayət qədər fərqlidir. Eyni zamanda, orijinaldakı sözləri parafraz edərkən başqa sözlərlə ifadə edilməsinə də əmin olmalısınız. Yuxarıdakı nümunədə parafraz edilmiş versiya yalnız ayrı-ayrı sözləri əvəz etmişdir. Məsələn, aşağıdakı kimi: ifadə etmək = anlamına gəlmək nəticə = məhsul istehsal = yaratma bacarıq = qabiliyyət istifadə etmək = faydalanmaq ibarət olmaq = ehtiva etmək Bu formada parafraz etmə sayəsində ilkin versiya pozulmur. Misalların əksəriyyəti çıxarılsa da, cümlə quruluşu müəllifinki ilə tam eynidir. "Əksinə olaraq” əlaqələndirici ifadəsini də parafraz edilmiş mətnə daxil etmək müəllifin fikrini lazımi şəkildə yenidən ifadə etmir. Parafrazanın şərtlərinə cavab vermək üçün bütün mətn, parça parafraz edilməli - müxtəlif sözlərlə başqa cür ifadə edilməlidir. Aşağıdakı nümunədə bu göstərilmişdir: Nümunə
"Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin ifadəsidir. İnsan kapitalı və fiziki kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) və istehsal etmək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi sürücüsünün şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital məhsul və xidmətlər istehsal etmək üçün istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. Fiziki kapital dedikdə, sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina nəzərdə tutulur.” Qəbul edilən Parafraz etmə
Kapital insanların yaratdıqları şeylərə istinad edən elə bir iqtisadi məfhumdur ki, daha sonra "məhsul və xidmətlərin istehsalında” istifadə olunur (Məkİçörn, 1991, səh. 3). Bu geniş məfhum Məkİçörnün də izah etdiyi kimi, həm insan kapitalına, həm də fiziki kapitala bölünə bilər. Əslində, insan kapitalı fərdlərin istehsal qabiliyyətini artırmağa çalışan bacarıq və təcrübələrin bağlı olduğu məhsullara fokuslanır. Bu kapital növü müəyyən bir təhsil və yaxud təlim formasında qazanıla bilər. Bunun əksinə olaraq, fiziki kapitala isə məhsul və xidmətlərin istehsalı ilə sıx bağlı olan binalar da daxil olmaqla, müxtəlif avadanlıq və alətlər daxildir.