Nəticənin ənənəvi “elementləri” nələrdir? Mətnin əsas hissəsinin xülasəsi. Əsas hissəyə əsaslanaraq çıxarılan deduksiya. Müzakirə edilən məsələlər üzrə sizin şəxsi mühakimələriniz. İşin məhdudiyyətləri barədə açıqlama. Müzakirə edilən məsələlərin gələcək perspektivləri barədə şərh. Gələcək araşdırmalar üçün çıxarılan nəticələr. Nəticənizi daha yaxşı yazmaq üçün sizə cümlələr təqdim etmişik. (Əlavə 2) AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ “AKADEMİK YAZI” KURSU ÜZRƏ MÜHAZİRƏ(MƏŞĞƏLƏ): Müəllim: t.e.d., Qəhrəman Həsənov
İSTINAD ETMƏ VƏ SITAT GƏTIRMƏ. İSTINADETRRIƏNIN FUNKSIYALARI. MƏNBƏLƏRIN SEÇILMƏSI MEYARLARI.İSTINADETMƏ ALƏTLƏRI (MENDELEY, ENDNOTE, BIBTEX). İSTINADETMƏ ÜSLUBLARI (APA, HARVARD, IEEE, MLA). İstinad etmə və sitat gətirmə Akademik mənbələri müəyyənləşdirmə Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola bilər:
Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat tapıntıları və elmi rəylər formasında ola biləcək yanaşmalarla, əsaslarla təmin edir. Eyni zamanda, bu elmi məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr Birinci dərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər, müsahibələrdən alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal edilməmiş məlumatlar və yaxud demoqrafik siyahılar kimi ictimaiyyətə açıq olan məlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci mənbə məlumatlarına əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır.
Birbaşa tədqiqat işinə cəlb edilmişsinizsə, birinci dərəcəli mənbələrdən, cəlb edilməmişsinizsə, deməli, ikinci dərəcəli mənbələrdən istifadə etmiş olacaqsınız. Eyni zamanda, ikinci dərəcəli mənbələr ikinci dərəcəli sitatgətirmədən fərqlənir. İkinci dərəcəli sitatgətirmə ilkin mənbədən deyil, bir başqa mənbədən gətirilən sitata istinad etdikdə baş verir. Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil:
Şəxsi fikirləriniz
Dostlar və ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri
Qəzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq)
Əlbəttə ki, elmi yazı işinizində bu materiallara əsaslana bilərsiniz, lakin xüsusi bir tələb olmadığı halda, onlardan əsaslı mənbələr kimi istifadə etməyin. Müvafiq akademik mənbələri müəyyənləşdirdikdən sonra növbəti mərhələ yazınızda bu mənbələrdən istifadə etməkdən ibarətdir.