Arqumentləri uyğun ardıcıllıqla düzün Arqumentləri oxucunun diqqətini ən çox cəlb edəcək ardıcıllığa uyğun olaraq yerləşdirin. Bu, o deməkdir ki, bütün elmi yazı işinizdə müəyyən bir məntiqi sıralanma saxlanmış olur və bu sıralanma kifayət qədər əsaslı olmalıdır. Başqa sözlə desək, siz yazınızda arqumentlərinizin ardıcıllığını müəyyənləşdirən prinsipi dəyişə bilməzsiniz. Buna baxmayaraq, eyni elmi yazı işiniz daxilində siz, yarımarqumentlərin müxtəlif toplusundan qurduğunuz ardıcıllıqda dəyişiklik edə bilərsiniz. Təcrübədə bu, o deməkdir ki, əgər siz müəyyən müəlliflərin timsalında Azərbaycançılığın nə olduğu barədə kitab yazmaq istəyirsinizsə, siz hər bir müəllifə bir fəsil həsr edə bilərsiniz. Hər bir fəsildə siz həmin fəslin daxilində dəyişməyən məntiqi struktur yaratmış olacaqsınız; bununla belə, siz müxtəlif fəsillər üçün müxtəlif struktur da seçə bilərsiniz. Məs., M. Ə. Rəsulzadə barədə olan fəsil o dövrdəki hadisələrin inkişaf ardıcıllığını göstərərək xronoloji ola bilər. l N. Gəncəvi barədə olan fəsil isə onun əsərlərinin digər on Azərbaycanlı müəllifə göstərdiyi mühüm təsiri müzakirə edə bilər. Qeyd etdiyimiz bu məqam ideyaları qurmağın müxtəlif növlərinə baxdıqda daha aydın olacaq. Minto (Gutbrod, H. 2005) sıralamanın 4 mümkün növünü müəyyənləşdirir: Xronoloji - addımların ardıcıllığı təsvir etdiyiniz prosesə uyğun olmalıdır.
Struktural - təşkilatın ayrı-ayrı hissələri, insanlar və yaxud məkanlar ilə əlaqədardır. Məsələn, hüquqi, mühasibatlıq, marketinq; Bakı, Gəncə, Şuşa.
Müqayisəli - arqumentlərin meyarlara uyğunluğuna əsasən ardıcıllığı. Siz onları adətən əhəmiyyəti/uyğunluğuna görə yerləşdirirsiniz. Bir qayda olaraq, siz əvvəldə daha vacib səbəbləri sadalayırsınız, çünki əks halda, oxucu sizin ideyalarınızı qəbul etməməyə alışa və sizin son arqumentlərinizi ciddi qəbul etməyə bilər.
Deduktiv - sadə şəkildə desək, bu sillogizmdir. Birinci əsas doğru olan fikri irəli sürürsünüz, daha sonra isə eyni məsələyə və yaxud fəaliyyətə aid olan daha kiçik fikri təqdim edirsiniz və sonra hər ikisini birləşdirirsiniz. Məs., 1. Bu resurs sizə akademik yazını öyrədir. 2. Siz peşəkar şəkildə akademik yazmağı öyrənmək istəyirsiniz. 3. Ona görə də siz bu resursu oxumalısınız.