Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə: İnformasiya texnologiyaları və idarəetmə Kafedra: «Cihazqayırma mühəndisliyi»



Yüklə 0,82 Mb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#35417
1   2   3   4   5   6   7   8   9   10
SİNİR

Şəkil 106. Elektromioqrafiyada bəzi əsas fəallıq növləri (N.N. Yaxno,D.R. Ştulman və əməkdaşları).

1 .FP. 2. Normal halda HVHP. 3. Normal halda iradi əzələ təqəllü- sünün interferension EMQ-si. 4. Spinal motoneyronun xəstəliyi za- manı spontan HVHP (fassikulyasiyalar). 5. Spinal motoneyronun xəstəliyi zamanı davametmə müddəti və amplitudası artmış (nəhəng) HVHP. 6. Onurğa beyninin ön buynuzlarının zədələnməsi zamanı iradi əzələ təqəllüsünün seyrəkləşmiş təsviri. 7. Düşenn miopatiyası zamanı polifazalı, ölçüsü qısaldılmış aşağı amplitudlu HVHP (1, 2, 4, 5 və 7-ci təsvirlər iynəli aparmalar, 3 və 6-cı təsvirlər isə səthi aparmalar nəticəsində qeydə alınmışdır). Elektromioqrafiyanın növləri

Elektrodların tipinə görə elektromioqrafiya səthi (qlobal) və lokal növlərə ayırd edilir.

• Səthi EMQ - qeyri-invaziv bir metoddur və əzələ fəa- liyyətini, onun geniş sahəsində qeyd etməyə imkan verir.

• Lokal elektromioqrafiyanı icra edərkən, nazik bir iynə şəklində elektrodu perkutan (dəri vasitəsilə) əzələ kütləsinə ye- ridilir. Bu, fərdi əzələ elementlərinin funksiyasını öyrənmək üçün istifadə olunan invaziv bir metodikadır.

Prosedurların hər bir növünün öz göstəriciləri vardır, buna görə də onların hansının istifadə edilməsi barədə qərarı fərdi surətdə müalicə həkimi verir. Çox vaxt elektromioqrafiyanın hər iki növü eyni vaxtda təyin edilir.

Göstərişlər

Elektromioqrafiyanın keçirilməsinə səbəb, tez-tez müşa- hidə edilən əzələ ağrılarıdır. Aşağıdakı simptomlar olduqda və ya aşağıdakı xəstəliklərdən şübhə yarandığı təqdirdə xəstəyə EMQ müayinəsi təyin edilə bilər:



  • əzələlərdə zəiflik hissi;

  • tez-tez baş verən intensiv əzələ ağrıları;

  • tez-tez baş verən əzələ səyrimələri, qıcolmalar;

  • Parkinson xəstəliyi və sindromu;

  • YAS (yan amiotrofik skleroz);

  • miokloniyalar;

  • miasteniya;

  • polimiozit;

  • əzələlərin tonusunun pozulması (distoniya);

  • baş və onurğa beyninin, periferik sinirlərin travmatik zədələnmələri;

  • dağınıq skleroz;

  • botulizm;

  • keçirilmiş poliomielit xəstəliyindən sonrakı qalıq əla- mətləri;

  • üz sinirinin nevropatiyası;

  • tunel sindromları;

  • fəqərə sütununun travmaları və ya fəqərəarası disk yır- tıqları zamanı radikulopatiya;

  • polineyropatiya;

  • essensial tremor;

  • kosmetologiyada-botoksun tətbiqi lazım olan bədən sa- hələrini müəyyən etmək məqsədilə.

Bir qayda olaraq, elektromioqrafiya eyni xəstəyə dəfələr- lə həyata keçirilir: birinci müayinə-müalicənin başlamasından qabaq, diaqnozun qoyulması mərhələsində, sonrakılar isə-müa- licə prosesində, onun effektivliyini qiymətləndirmək məqsədilə.

Əks-göstərişlər

Ümumiyyətlə, elektromioqrafiya tamamilə təhlükəsiz, zərərsiz və ağrısız bir müayinə metodu olub, hətta uşaq yaşlı xəstələrə tətbiqinə də icazə verilir. Lakin onun da həyata keçi- rilməsi üçün, bir çox diaqnostik prosedurlarda olduğu kimi əks-göstərişlər mövcuddur:



  • kəskin infeksion və ya qeyri-infeksion xəstəliklər;

  • epilepsiya və mərkəzi sinir sisteminin digər üzvi patolo- giyaları;



  • ruhi xəstəliklər, xüsusilə də xəstənin özünü adekvat şəkildə idarə edə və müəyyən hərəkətləri yerinə yetirə bilmə- diyi xəstəliklər;

  • kəskin ürək-damar patologiyası (hipertenziv böhran, stenokardiya tutması, kəskin miokard infarktı və s.);

  • elektrokardiostimulyator;

  • nəzərdə tutulan müayinə nahiyəsində dəri qüsurları, irinli səpgilərin olması.

  • Lokal (iynəli) elektrostimulyasiyanın aparılması üçün əks-göstərişləri ayrıca olaraq qeyd etmək lazımdır:

  • müayinə olunan şəxsdə qan vasitəsilə yoluxa bilən infeksiyaların (HİV / QİÇS, hepatit və s.) olması;

  • qanın laxtalanma sisteminin qanaxmaya meylli xəstə- likləri (hemofiliya və s.);

  • ağrıya qarşı yüksək fərdi həssaslıq.

NƏTİCƏ.

Sinir sisteminin təkamülündə həlledici rolu mühit amilləri oynamışdır. Mühit və onun fiziki, kimyəvi, bioloji və başqa şərtləri dəyişdikdicə, orqanizm də daima du dəyişikliklərə uyğunlaşır. Həmin uyğunlaşmanın nəticəsidir ki, orqanizmlə mühit qırılmaz bir vəhdət təşkil edir. Orqanizmlə mühit arasındakı, bu qarşılıqlı əlaqəni, qarşılıqlı təsir və vəhdəti təmin edən sinir tənzimidir. Bu tənzim sayəsində orqanların reaksiyaları çox sürətlə başa gəlir. Orqanizmdə sinir tənzimindən başqa çox yavaş cərəyan edən və nisbətən uyun vaxt tələb edən kimyəvi – humoral (hormonlar vasitəsilə) tənzim də vardır. Sinir tənziminin kimyəvi tənzimə nisbətən çox sürətlə davam etdiyini aşağıdaki misalda göstərmək olar: nəli əzələnin sinir qıcığı təsiri ilə yığılması üçün 0,01 san. vaxt tələb olunduğu halda, humoral üsul ilə (hormonlar təsiri ilə) həmin əzələnin yığılması üçün 30 san. vaxt lazımdır. Lakin kimyəvi tənzimin özü də sinir sistemi vasitəsilə icra olunur. (K.İ. Bıkov və İ.P. Razenkov). Sinir sisteminin əsas vəzifəsi aşağıdakılardan ibarətdir:

müxtəlif qıcıqları reseptorlar vasitəsilə qəbul edib sinir lifləri ilə mərkəzə doğru nəql etmə – reseptor vəzifəsi (İ.P.Pavlova görə bu hadisə ilə tədqiqat başlanır);

sinir mərkəzi qəbul etdiyi qıcığı, ya sinir mərkəzində meydana çıxan oyanmanı müəyyən xarici reaksiyaya çevirmə – qapayıcı vəzifə (İ.P.Pavlova görə bunun nəticəsində sintez əmələ gəlir);



cavab reaksiyalarını törətmə (hərəki ya sekretor reaksiyaları) törətmə – effektor vəzifə.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin