Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə: İnformasiya texnologiyaları və idarəetmə Kafedra: «Cihazqayırma mühəndisliyi»


Şəkil 11. Axill refleksi. Distans-oral refleks



Yüklə 0,82 Mb.
səhifə7/10
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#35417
1   2   3   4   5   6   7   8   9   10
SİNİR

Şəkil 11. Axill refleksi.

Distans-oral refleks – xəstənin ağzına çəkici yalnız yaxınlaşdırdıqda müşahidə olunur: hələ zərbə endirənədək dodaqların “xortumşəkilli” irəli uzanması (m. o
rbicularis orisin təqəllüsü) qeyd edilir.

3.Elektroensefaloqrafiya

Elektroensefaloqrafiya – baş beynin funksional vəziyyə- tini və onun qıcıqlandırıcıların təsirinə reaksiyalarının keyfiy- yət və kəmiyyət baxımından təhlilini təmin edir. EEQ-nin qey- diyyatı, diaqnostik və terapevtik sahədə (xüsusilə də epilepsi- yada), anesteziologiyada, eləcə də qavrama, yaddaş, adaptasiya və s. kimi funksiyaların həyata keçirilməsi ilə bağlı beyin fəa- liyyətinin öyrənilməsində geniş şəkildə istifadə olunur.

EEQ-nin keçirilməsinə göstərişlər

EEQ müayinəsini təyin etmək üçün çoxsaylı göstərişlər vardır:

• yuxu pozulmaları;

• qıcolma tutmaları;

• aşkar olunmuş endokrin xəstəlikləri;

• kəllə-beyin travmaları;

• baş və boyun damarlarının patologiyaları (ultrasəs müayi- nəsində aşkar edilmiş);

• sinir sisteminin iltihabi xəstəlikləri və onların nəticələri;

• vegetativ-damar distoniyası;

• panik hücumlar və diensefalik böhranlar;

• serebrovaskulyar xəstəliklər;

• tez-tez qeyd olunan baş ağrıları və başgicəllənmə;

• neyrocərrahiyyə əməliyyatlarından sonra;

• doğuşdan əvvəl və ya sonra inkişaf etmiş istənilən beyin zədələnməsi;

• uşaqlarda inkişaf və davranış pozuntuları;

• baş beynin həcmli törəmələri.

Elektroensefaloqrafiya, müəyyən bir dərman və ya fizio- terapiya müalicəsi alan xəstələrdə müalicənin nəticələrini izlə- məyə imkan verir. İstənilən yaşda və istənilən funksional və- ziyyətində (yuxu da daxil olmaqla) olan xəstələrin müayinəsini aparmaq mümkündür.

Əks-göstərişlər

Prosedur praktik olaraq heç bir əks-göstərişə malik deyil- dir. Bu metodun tətbiqini məhdudlaşdıran yeganə səbəb, başın səthində geniş zədələrin, kəskin infeksion proseslərin və ya müayinə anına qədər bitişməmiş postoperasion tikişlərin möv- cud olmasıdır.

Müayinənin aparılması, uşaqlar və hamilə qadınlar üçün qadağan edilmir, lakin bu dövrlərdə funksional sınaqlar olmadan həyata keçirilməlidir.

EEQ-nin qeydiyyatı prosesi EEQ qeydiyyatı, xüsusi elek- trodlardan istifadə edərək (ən çox yayılmış elektrod növləri – köprü- cüklü, fincanlı və iynəli hesab edilir). Hər bir elektrod bir gücləndiriciyə qoşulmuş olur. EEQ-nin qeydiyyatı üçün kağız lentdən istifadə oluna bilər (bu, köhnəlmiş variantdır) və ya siqnal bir ARÇ (analoq-rəqəmsal çevirici) -nin köməyilə çevrilə və kompüterdə fayl şəklində (müasir variant) qeyd edilə bilər.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin