Şəkil 101. EEQ müayinəsinin keçirilməsi.
4. Elektromioqrafiya
E lektromioqrafiya - əzələlərin bioelektrik fəaliyyətini qiymətləndirməyə imkan verən diaqnostik metod olub, onun əsasında zədələnmiş əzələni innervasiya edən sinirin funksional vəziyyəti haqqında nəticə çıxarmaq olar. Bu müayinə metodu, həkimə zədələnmə ocağının lokalizasiyası və yayılması, əzələ- lərin və periferik sinirlərin zədələnməsinin ağırlıq dərəcəsi və xarakterini müəyyənləşdirməyə kömək edir.
Elektromioqrafiya metodunun mahiyyəti
Bu müayinə, xüsusi bir cihaz elektromioqrafdan istifadə etməklə aparılır. Müasir dövrdə bu, əzələ biopotensiallarını qeyd edən, gücləndirən və məlumatları qiymətləndirən mürəkkəb bir kompüter sistemidir. Elektrodlar, əzələlərin potensialını qeyd edir və elektromioqrafa ötürür. Cihaz, siqnalları gücləndirir və onu ya görüntü şəklində kompüterin monitoruna, ya da sonradan kağız üzərində qeyd etmək üçün ossilloqrafa göndərir.
Elektromioqrafiya - əzələlərin elektrik potensiallarının ölçülməsi vasitəsilə müayinəsi metodudur. Oyanmanın sinir lifindən əzələ lifinə ötürülməsi, sinir-əzələ sinapsında baş verir.
Oyanma anında sinaptik düyündən ifraz olunan asetilxolin, əzələ lifinin postsinaptik membranının depolyarizasiyasına səbəb olur. Bir əzələ fibrilinin oyanmasına müvafiq olan potensial, fibrillyasiya potensialı (FP) adlanır.
Əzələ lifləri, sinir-əzələ hərəki vahidi (HV) adlanan funk- sional qruplarda birləşir. HV – eyni motoneyronla innervasiya olunan əzələ liflərinin birliyindən ibarətdir. Onun oyanması zamanı, normal halda onun innervasiya etdiyi bütün əzələ lifləri demək olar ki, eyni vaxtda oyanır. Bu səbəbdən, normal halda praktik olaraq heç vaxt FP müşahidə olunmur, yalnız HV-i təşkil edən bir çox əzələ liflərinin summar boşalmaları qeydə alınır. Bu cür sinxron potensial, HV-in hərəkət potensialı (HVHP) adını daşıyır. HVHP, FP-dən daha böyük amplituda malikdir. HVHP-nın davametmə müddəti də həmçinin FP-dən bir qədər çoxdur, çünki ayrı-ayrı liflərə yaxınlaşan terminal neyromio- fibrillərin müxtəlif uzunluqda olması və sinaptik yarığa ifraz olunan asetilxolinin müxtəlif sürəti və həcminin olması səbə- bindən, HV-i təşkil edən ayrı-ayrı miofibrillərin oyanıqlığı tam sinxron olmur. Eyni səbəbdən də HVHP 2-, 3-, bəzən isə polifazalı ola bilir. Potensialların məhz bu növləri, diaqnostik məqsədlə araşdırılan EMQ-ki əsas elementar fenomenləri təşkil edir.
Müayinənin xüsusiyyətindən asılı olaraq, 2 növ apar- madan istifadə edilir. Səthi aparma, tədqiq olunan əzələnin hərəki nöqtəsində yerləşən bir cüt səthi elektrod vasitəsilə hə- yata keçirilir. Onlar, elektrodun yaxınlığında yerləşən summar HVHP-i əks etdirir. Səthi aparma, əsas etibarilə stimulyasion elektromioqrafiyada istifadə olunur ki, bu üsul da hissi və hə- rəki sinirlərin elektrostimulyasiyasına cavab olaraq meydana çıxan HVHP-nin birbaşa, reflektor və bəzi digər növlərini təd- qiq edir.
Spontan və iradi fəallığın tədqiqi məqsədilə, əzələnin hərəki nöqtəsinin dərinliyinə yeridilmiş iynəşəkilli konsentrik elektrodların köməyilə aparmalar tətbiq edilir. Bu metod, HV-in və ayrı-ayrı liflərin fəallığının xarakterini kəmiyyət və key- fiyyət baxımından dəqiqliklə qiymətləndirməyə imkan verir.
Dostları ilə paylaş: |