Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası


NEFT-GEOLOJİ RAYONLAŞDIRMANIN “ƏYALƏT”, “HÖVZƏ” VƏ “OCAQ” PRİNSİPLƏRİ



Yüklə 256,5 Kb.
səhifə12/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI

NEFT-GEOLOJİ RAYONLAŞDIRMANIN “ƏYALƏT”, “HÖVZƏ” VƏ “OCAQ” PRİNSİPLƏRİ
Neft-qaz axtarışının müasir mərhələsi bu işlərin geoloji, geomorfoloji, coğrafi və iqtisadi şəraitlərinin mürəkkəbləşməsi ilə səciyyələnir. Məs. indiki dövrdə Azərbaycanın neft-qaz hasilatının təxminən 80% çoxu nisbətən mürəkkəb geoloji və coğrafi şəraiti olan Xəzər dənizindən hasil edilir və gələcəkdə də bu istiqamət saxlanılacaq. Axtarış-kəşfiyyat işlərinin aparılma şəraiti mürəkkəbləşdikcə bu işlərdə neft-geoloji rayonlaşdırmanın mahiyyəti də artır.

Hal-hazırki neftli-qazlı ərazilərin geotektonikasını və geodinamikasını, eləcə də neft-qazlılığın geotektonik və geodinamik proseslərlə necə əlaqədar olmasını aydın təsəvvür etmək üçün neft-geoloji rayonlaşdırmanın əsasını bilmək lazımdır. Neft-geoloji rayonlaşdırma geologiya elminin müasir və mühüm problemlərindən biridir, çünki müxtəlif neft-qaz yığımlarının əsas geoloji amillərə görə regional qruplara birləşdirilməsi və bu qruplar üçün səmərəli üsullar kompleksinin seçilməsi bilavasitə neft-geoloji rayonlaşdırma ilə bağlıdır. Bundan əlavə bir sıra aşağıda göstərilən məsələlərin həlli də məhz neft-geoloji rayonlaşdırmanın geoloji prinsiplərinin düzgün seçilməsindən asılıdır:

1. İri neftqaz yığımlarının axtarış amilləri.

2. Kəşfiyyat işlərinin istiqamətlərinin düzgün seçilməsi və səmərəliliyin artırılması.

3. Yeri neft-qaz yığımlarının açılması məqsədilə uzun müddətli proqnozlaşdırma.

Neft-geoloji rayonlaşdırma-öyrənilən ərazinin geotektonik quruluşuna, çökmə formasiyalarının tərkibi və regional neft-qazlılığına görə onun oxşar və fərqli hissələrə bölünməsi deməkdir.

Neft-geoloji rayonlaşdırma nəzəriyyəsinin inkiaşfı əsasən üç istiqamətdə baş vermişdir. Bunlar şərti olaraq ‘’ƏYALƏT”, "HÖVZƏ" və OCAQ" istiqamətləri adlandırıla bölər. Bu istiqamətlər zaman etibarı ilə axtarış-kəşfiyyat ışiənnə aid tədqiqatlar təkmilləşdikcə ardıcıl olaraq yaranmışlar. Bu istiqamətlər bir-birindən problemin həllinə yanaşmaq üsulıı ilə fərqlənirlər.

Raoyıılaşdırmanm "ƏYALƏT" istiqaməti 1920-1940-cı illərdə meydana gəlmişdir və ilk dəfə İ.M.Qubkin tərəfindən işlənilmişdir. Bu istiqamətə görə rayonlaşdırmanın əsasını yer qabığının iri geostruktur elementlərinə məxsus neftli qazlı əyalətlər (NQƏ) təşkil edir. Neftgeoloji rayonlaşdırmanın bu istiqamətinin tərəfdarları İ.M.Qubkin, A.A.Bəkirov, M.İ.Varenüov, Y.A.Kosıgin, AY Krerns, R.Y.Ryabuxın, Z.Ə. Tabasaranski, Q.A.Xefkvıst və başqaları idi. Neftli qazlı əyalət altında geoloji geomorfoloji neftqazlıhq amilləri ümumi olan iri geotektonik elementlər nəzərdə tutulur, həmən amillər eyni zamanda neft-qaz yığımlarının varlığına və quruluşuna nəzarət edən amiiiərdir. Raoynlaşdırmanın "ƏYALƏT" istiqamətində əsasən neft-qaz yığımlarının lokal mənsubiyyətinə, kollektor və qeyrkollektorların xüsusiyyətlərinə, tələlərin quruluşuna diqqət yetirilir.

Neft-qaz-geoloji rayonlaşdırmada əsas məqsəd:

- Genetik ayrı-ayrı qrup və kateqoriyalı regional neftli-qazlı ərazilərin bu və ya digər tipli nəhəng geostruktur elementlərlə qanunauygun əlaqəsini müəyyən etmək;

- Öyrənilən ərazilərin ayrı-ayrı hissələrində neftlilik-qazlılıq perspektivliyini qiymətləndirmək məqsədilə neft-qaz yığımının ehtimal olunduğu yeri müəyyən etmək.

Neft-qaz-geoloji rayonlaşdırma probleminin nəzəri işlənməsi prosesində 2 istiqamət yaranmışdır. İ.M. Qubkinlə əaslandırılmış və A.A.Bakirov və b. ilə inkişaf etdirilmiş birinci istiqamətə görə rayonlaşdırmanın əsasını yer kürəsinin müxtəlif tipli geostruktur elementləri ilə əlaqədar olan neftli-qazlı əyalətlər təşkil edir.

İkinci istiqamətə görə neft-qaz-geoloji rayonlaşdırmanın əsasını neftli-qazlı hövzələr haqda təsəvvür təşkil edir. Bu hövzələr tədqiq olunan ərazilərin müasir strukturda çökəklik ərazilərinə uygun gəlir. ( İ.O. Brod, N.B. Vossayeviç, V.V. Veber, İ. Vısotski).

A.A. Bakirovun fikrincə «Neftli-qazlı hövzə» termini neftli-qazlı ərazilərin yalnız kiçik bir hissəsində tətbiq oluna bilər, çünki hövzə neftli-qazlı ərazinin bir hissəsini (dəqiq olaraq yalnız çökəklik) təşkil edir.

1973 cü ildə Ümumittifaq elmi müşavirədəqəbul edilən qərara görə neft-qaz rayonlaşdırmanın əsasını neft və qazın üzvi maddədən əmələ gəlməsi və onların yığımlarının əmələgəlmə mexanizmi haqqında müasir təsəvvürlər qoymuşdur. Həmin proseslərdə geotektonik amillərin əsas rolu olduğuna görə rayonlaşdırmada geotektonik prinsipin istifadə olunması təklif edilir.

Geotektonik prinsipə əsaslanaraq bütün netli-qazlı əyalətlər üç qrupa bölünür: platforma əyalətləri, qırışıqlıq(geosinklinal) ərazilərin əyalətləri və keçid zonaların əyalətləri. Regional neftli-qazlı komplekslərə görə poleozoy, mezozoy və kaynazoy əyalətləri qeyd olunur.

Məlum olduğu kimi, vahid n-q əyalət neftli-qazlı vilayətlərə ayrılır. Bu vilayətlər tektonik hərəkətlərin və çöküntü toplanma şəraitinin ümumiliyi ilə səciyyələnir.

A.A. Bakirova görə neftli-qazlı vilayətlər belə təsnif olunur:




Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin