Tələbə : _______Süleymanlı Şəlalə Sədani ______________
( soyadı , adı və atasının adı )
Tarix : __18_ ______01_____ 2021 .
1 Təlim strategiyaları anlayışı. Bu bölmədə əhatə olunan məsələlər.
Təlim strategiyaları başlığı altında ədəbiyyat tədrisinin təşkilinə dair məlumatlara, verilən əsas tələblər, ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarından istifadə ilə tədrisi(Tənqidi Təfəkkürün inkişafında Mütaliə və Yazı və fəal(interaktiv) təlim, fəal(interaktiv) təlimin mexanizmləri), ədəbiyyat dərslərində istifadə olunan üsullar(metod və texnikalar), iş formaları(fərdi, cütlərlə, kiçik və böyük qruplarla iş), müəllimin təlim fəaliyyətinin planlaşdırılması(perspektiv və cari planlaşdırma), ədəbiyyat dərslərinin növləri(induktiv, deduktiv və qarışıq tipli), ədəbiyyat dərslərində müəllimin mövqeyini (fasilitasiya bacarıqlarını), ədəbi əsərlərin öyrədilməsi, icmalların öyrədilməsi, yazıçının həyat və yaradıcılığına dair məlumatın öyrədilməsi, ədəbiyyat nəzəriyyəsinə dair məlumatların öyrədilməsi, ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin təşkili, ədəbiyyat dərslik komplektləri ilə işləmək bacarığı, nitq inkişafı işlərinin təşkili məsələlərini nəzərdən keçirlir.Ədəbiyyatın tədrisinin təşkilində bu məsələlər öz əksini tapmalıdır: ədəbiyyatın tədrisi prosesində şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması müasir dövrünvrün əsas problemi kimi;Ədəbi parçaların tədrisini humanistləşdirmək müasir dərsin aktual bir keyfiyyəti kim;Bədii materialın öyrədilməsində yazıçı ideyasının düzgün qiymətləndirilməsi;Dərsin intensivləşdirilməsi. Akademik dərs saatının hər bir mərhələsindən maksimum dərəcədə səmərəli istifadə edilməsi;Tədris materiallarının öyrədilməsində təlimin texniki vasitələrindən istifadə edilməsi;Tədris prosesində fəndaxili və yaxın fənlər arasında əlaqənin ön plana çəkilməsi;Ədəbiyyat dərslərində şagirdləri müstəqil fəaliyyətə alışdırmaq. Ədəbiyyat tədrisinin təşkilindən danışılanda gənc ədəbiyyat müəlliminin bilməsi üçün vacib olan məsələlərdən biri və ən mühümü də dərslərin qurulmasıdır. Qəbul olunan qərarlar, təhsilin və tədrisin qarşısına qoyulan vəzifələr, tələblər dərs prosesində reallaşır. Təhsilalanların və təhsilverənlərin işlərinin məzmununda əksini tapan məsələlər də dərs prosesinin səmərəli təşkilindən asılıdır. Pedaqoji, psixoloji və elmi-metodik tələblərin gözlənilməsi yolu ilə bu dərsləri günün tələbləri səviyyəsində qurmaq olar. Son dövrlərdə təlim texnologiyalarının barəsində daha geniş söhbət açıldığından(“Debat” proqramı ilə həyata keçirilən dərsləri də qeyd edə bilərik. Artıq bu proqram çərçivəsində Respublikamızda müəyyən treninqlər həyata keçirilir) biz də onların məzmunundan, tətbiqi imkanlarından danışa bilərik. Onlardan biri Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı (TTİMY), digəri isə fəal(interaktiv) təlimdir. Əslinə qalanda TTİMY texnologiyasının özü də fəal(interaktiv) təlimin bir qoludur. Onun iş prinsipləri ilə fəal təlimin iş prinsipləri arasında bir çox oxşarlıqlar vardır. Buraya qrup, fərdi və cütlərləiş formasına əsaslanan birgə təlim fəaliyyətini, biliklərin axtarılması və tədqiq olunmasını, şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsini aid etmək olar.
Müşahidələr və məktəb təcrübəsi onu göstərir ki, yeni təlim texnologiyaları şagirdlərin bir vətəndaş, şəxsiyyət, bilikli və düşüncəli bir insan kimi yetişməsində, onlarda həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.
Dostları ilə paylaş: |