Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı


Fəal/interaktiv dərslərin mexanizmləri



Yüklə 27,28 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü27,28 Kb.
#37476
1   2   3   4   5   6
Tapşırıq -7. AƏ-401. Ədəbiyyatın tədrisi metodikası. — копия

4 Fəal/interaktiv dərslərin mexanizmləri

.Fəal(interaktiv) təlim texnologiyası tədris materiallarının elə öyrədilməsi sistemidir ki, bu zaman şagirdlərin qarşısına problem qoyulur, onlarda həmin problemi həll etmək tələbatı yaradılır, onlar birgə fəaliyyət, axtarış həyata keçirib bilikləri müstəqil şəkildə əldə edirlər. Bu zaman əsas yük şagirdlərin tədqiqat işlərinin təşkilinə, alınan biliklərin yaradıcı tətbiqinə, şagirdlərin məntiqi tənqidi və yaradıcı təfəkkürünün inkişafına yönəldilir. Deyilənlər onu göstərir ki, fəal(interaktiv) dərslər mükəmməl mexanizmə malikdir. Saatın necə işlədiyini, hansı quruluşa malik olduğunu bilirsiniz. Onun bir çarxını sıradan çıxarsaq, o hərəkət edəbilərmi? Fəal(interaktiv) təlimin də öz mexanizmləri vardır. Əgər bu mexanizmlərdən biri yoxdursa, onda fəal(interaktiv) təlim də yoxdur. Həmin mexanizmlərə daxildir: 1. Problemli şəraitin yaradılması, 2.Şagirdin tədqiqatçı, müəllimin bələdçi olması, 3. Dialoq və əməkdaşlığın zəruriliyi, 4. Psixoloji dəstək: hörmət və etibar. Həmin mexanizmlərin nələri əhatə etməsinə diqqət yetirək. 1. Problemli şəraitin yaradılması mexanizmi aşağıdakıları məsələləri əhatə edir: Təlim şagirdlər üçün maraqlı olduqda və o özü problemi həll etməyə qadir olduqda ən zəif şagird təlimdə fəallaşır. Bu faktı unutmamaq gərəkdir. Deməli, öyrənmə (idrak) fəallığını yaratmaq üçün şagirdin qarşısına dərs mövzusunun tələb etdiyi məsələni bir problem kimi qoymaq və şagirdi həmin problemin həll edilməsinə yönəltmək lazımdır. Problemin qoyulması ona görə vacibdir ki, bu zaman şagirddə ziddiyyəti həll etmək tələbatı yaranır və bu birbaşa təfəkkürü oyadır, şagirdi problemi həll etməyə vadar edir, bu da öz növbəsində idrak (yəni dərketmə) fəallığını yaradır. Problemi yaratmaq üçün ziddiyyət və bu ziddiyyətin həlli üçün məlumat qıtlığı olmalıdır. İdrak fəallığı yaratmaq üçün problem cəlbedici, maraqlı, düşündürücü olmalı, müxtəlif fikirlər yaratmalı, müstəqil tədqiq edilməsi mümkün olmaqla şagirdlərin öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verən və onların imkanlarına, səviyyəsinə uyğun olmalı, eyni zamanda asan olmamalıdır.Problem yaranandan və ortaya qoyulandan sonra dərsdə problemin həlli üçün şagirdlər tərəfindən müxtəlif fərziyyələr təklif olunur. 2. Şagird – tədqiqatçı, müəllim – fasilitator, bələdçi olması mexanizmi aşağıdakı məsələləri əhatə edir:a)Dərslərdə bir çox hallarda şagirdlərin hamısının eyni səviyyədə fəallığına və məlumatı yaxşı qavramalarına nail olmaq bir o qədər də asan iş deyil. Bu məsələnin uğurlu həlli şagirdin marağından, bilik səviyyəsindən, onun əhvali-ruhiyyəsindən, idrak proseslərinin (hafizənin, diqqətin, təfəkkürün) xüsusiyyətlərindən, müəllimin ustalığından, dərsi necə qurmasından və s. Asılıdır. B) Müəllim şagirdin qarşısına qoyulan problemi özü həll etməməlidir. Əgər belə edəcəksə, onda şagirdlərin fəallığı aşağı düşməyə başlayacaqdır. Bu işin baş verməməsi üçün müəllim bələdçi, yol göstərən, istiqamət verən mövqeyini tutmalıdır. Müəllim heç bir məsələnin hazır şəkildə şagirdə təqdim etməməlidir. C)Şagirdin təlim prosesinin subyektinə çevrilməsini hazırkı təhsil siyasətinin özəyini təşkil edir. Bu o deməkdir ki, o, dərs prosesində kəşfedici şəxsin (tədqiqatçının, axtarış aparanın) rolunu yerinə yetirir.d) Deməli, dərs prosesində müəllim şagirdlərin bilikləri əldə etməsi işində bələdçi mövqeyini tutur, şagirdlər isə bilikləri kəşf edən şəxs kimi çıxış edir. 3. Dialoqun və əməkdaşlığın zəruriliyi. Fəal(interaktiv) dərsin əsas cəhətlərindən biri də dərs prosesində dialoq və əməkdaşlığın zəruriliyidir. Təlimin hər bir iştirakçısının bilik və təcrübəsindən istifadə edib problemin daha səmərəli həlli yollarını tapmaq lazım gəldiyindən mütləq dialoqa və əməkdaşlığa üstün yer verilməlidir. Dialoqda şagirdin öz qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaranır; şagirdin öz fikirləri ilə bölüşmək, fəal dinləmək, müxtəlif fikir və baxışları nəzərə almaq, birgə iş görmək, bir-birinə hörmət etmək və s. Kimi ünsiyyət bacarıqları formalaşır. Müəllim və şagirdlərin arasında baş dialoq və əməkdaşlıq problemi daha səmərəli həll etmək və müxtəlif fərziyyələri araşdırmaq üçün də əlverişli şərait yaradır. Bu münasibətləri həyata keçirmək üçün müəllim müxtəlif yollara müraciət edə bilər. Onlara şagirdlərin biliklərini canlandırmaq və qoyulan problemin həllinə istiqamət vermək üçün yönəldici suallardan istifadəni, lazımi məlumat mənbələrinin təqdimini, tədqiqat işinin düzgün təşkilini, problemin həll edilməsinin stimullaşdırılmasını, həvəsləndirməni, yaradıcı əhvali-ruhiyyənin yaradılması yolunu göstərmək olar. 4. Psixoloji dəstək: hörmət və etibar mexanizmi imkan yaradır ki, təlim prosesində şagirdin gördüyü hər bir işə psixoloji dəstək verilsin, tərəflərin bir-birinə hörmət və ehtiramı əməldə təmin olunsun. Bu mexanizm aşağıdakı məsələlər diqqətdə saxlanılır: a)Şagirddə uğursuzluq qorxusunu, inamsızlıq hissini aradan götürmək və şagirdlərin idrak fəallığını, problemi həll etməyə həvəsini dərs boyu lazımi səviyyədə saxlamaq üçün psixoloji dəstək ən vacib məsələdir. B) Bunu etmək üçün müəllim problemin şagirdlər tərəfindən müstəqil tədqiq edilməsi və onun həlli üçün bütün imkanları yaratmalıdır, onun cavablarını yaxşı və ya pis qiymətləndirməkdən imtina etməlidir, problemin həllində istənilən cəhdi yaradıcı fikir kimi qəbul etməlidir. Əsas şərt: müəllim şagirdlərə psixoloji dəstək verməlidir – onlara hörmət və etibarla yanaşmalıdır. Müşahidələr və məktəb təcrübəsi onu göstərir ki, yeni təlim texnologiyaları şagirdlərin bir vətəndaş, şəxsiyyət, bilikli və düşüncəli bir insan kimi yetişməsində, onlarda həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.


Yüklə 27,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin