Qüvvədə olan Qanuna əsasən ümumi təhsil pilləsi üç səviyyədə özünü göstərir: ibtidai təhsil, ümumi orta və tam orta təhsil. Ədəbiyyatın bir fənn kimi tədrisi olunması V sinifdən başlayır və XI sinifdə tamamlanır. Deməli,ədəbiyyat fənni ümumi orta və tam orta təhsil səviyyəsində özünü göstərir.1. Birinci səviyyə V-IX sinifləri, 2. İkinci səviyyə X-XI sinifləri əhatə edir. Birinci səviyyə özü də iki yerə bölünür: a) V-VII siniflərdə ədəbiyyatın öyrədilməsi b) VIII-IX siniflərdə ədəbiyyatın öyrədilməsi Bu bölgü ənənəvidə də, yeni kursda da keçərlidir. Məlumdur ki, ədəbiyyat fənninin məzmununu ədəbi əsərlər təşkil edir. Ədəbi təhsilin birinci mərhələsində(V-VII siniflərdə) şagirdlərin mənəvi aləminin zənginləşməsində, estetik inkişafında, dünyagörüşünün formalaşmasında, ədəbi və həyati bilik və bacarıqlarının inkişaf etdirilməsində, bir şəxsiyyət və layiqli bir vətəndaş kimi yetişməsində rol oynaya biləcək əsərlər seçilib dərsliklərə, proqrama daxil edilmişdir. Bu siniflərdə klassiklərimizin və çağdaş sənətkarlarımızın bədii irsindən seçilən nümunələr, onlarda əksini tapan mütərəqqi, səfərbəredici, təlqinedici ideyalar(bu ideyaların əsasında isə vətən məhəbbəti, valideynə hörmət, əməyə rəğbət və s. Dayanır) şagirdlərimizin həyata hazırlanmasına, mənəvi dünyasının formalaşmasına, eyni zamanda standartlarda, qanunumuzda nəzərdə tutulan ideyaların uğurla həyata keçirilməsində müsbət töhfələrini verir. İkinci mərhələdə isə(VIII-IX siniflərdə) ədəbiyyatımızın keçdiyi yol barəsində şagirdlərdə ümumi təsəvvürün yaradılması hədəf götürülmüşdür. Əsas diqqət klassiklərimizdən üzü bəriyə bədii irsimizin öyrədilməsi məsələlərinə yönəldilmişdir. VIII sinifdə “Qədim dövr Azərbaycan ədəbiyyatı”ndan (XIII əsrə qədər)” “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, Ə. Xaqaninin “Gənclərə nəsihət”, N. Gəncəvinin “Sultan Səncər və qarı”, “Orta dövr Azərbaycan ədəbiyyatı”ndan (XIII əsrdən XVII əsrə qədər)” İ. Nəsiminin “Ağrımaz”, Ş. İ. Xətayinin “Bahariyyə”, M. Füzulinin “Söz”, “Yeni dövr Azərbaycan ədəbiyyatı”ndan I mərhələ (XVII-XVIII əsrlər)” “Koroğlu ilə Bolu bəy”, M. P. Vaqifin “Hayıf ki yoxdur”, “Yeni dövr Azərbaycan ədəbiyyatı”ndan II mərhələ (XIX əsr)” Q. Zakirin “Durnalar”, Aşıq Ələsgərin “Dağlar”, S. Ə. Şirvaninin “Qafqaz müsəlmanlarına xitab”, “Yeni dövr Azərbaycan ədəbiyyatı”ndan III mərhələ (XX əsrin əvvəlləri)” C. Məmmədquluzadənin “Qurbanəli bəy”, M. Ə. Sabirin “Əkinçi”, Ə.Haqverdiyevin”Bomba”, M. Hadinin “Türkün nəğməsi”, H. Cavidin “Ana”,”Dünya ədəbiyyatından seçmə”lərdən M. A. Ərsoy “İstiqlal marşı” əsərləri dərsliyə daxil edilmişdir. Şagirdlər Uruz bəyin simasında mərdlik, cəsurluq nədir, Xaqanidə gənclik hansı mənəvi keyfiyyətlərəsahib olmalıdır, Nizaminin əsəri ilə haqqı, həqiqəti söyləmək mümkünmü, Xətayidə təbiəti necə sevmək, onun gözəlliklərinə necə yanaşmaq olar, Füzulidə insan həyatında sözün mərtəbəsi nəyə görə uca tutulmalıdır, “Koroğlu”da igidliyin hansı keyfiyyətləri vardır, Vaqifdə sözü necə söyləmək, fikrini necə məharətlə ifadəetmək, Aşıq Ələsgərdə təbiət gözəlliyi, vətən sevgisini, Mirzə Cəlildə insan təbiətindəki insanın özünə və ətrafına nələri gətirə bilər, olarmı, Sabirdə əməkçi insan Haqverdiyevdə hansı əməllər insan mənəviyyatını zənginləşdirər,Caviddə ana dünyasına nələr xasdır suallarına cavab tapacaqlar. Əsas məsələ bu cavablara elmi-metodik, pedaqojipsixoloji baxımından gedən yolun düzgün tutulmasından asılıdır.IX sinif materiallarına nəzər salaq.”Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat”dan (1918-1920-ci illər) Ə. Cavadın “Azərbaycan bayrağına”, C. Cabbarlının “Ana”, “İctimai-siyasi ziddiyyətlər və repressiya dövründə ədəbiyyat”dan Çəmənzəminlinin “Zeybək qızı” M. Müşfiqin “Həyat sevgisi”, “İkinci dünya müharibəsi dövründə ədəbiyyat”dan S.Vurğunun “Ananın öyüdü”, müharibədən sonrakı ədəbiyyat və çağdaş ədəbiyyat. X-XI siniflər tam orta təhsil səviyyəsini əhatə edir. Bu siniflərdə ədəbiyyat fənni tarixi ədəbi prinsip əsasında təqdim olunur. Qədim ədəbiyyatımızın keçdiyi yol ilə bağlı ümumi təsəvvür yaradılır. Bu siniflərdə hələlik 10-cu sinifdə ədəbi materiallar aşağıdakı başlıqlarda təqdim olunur. 1.Azərbaycan şifahi xalq ədəbiyyatı 2.Qədim dövr Azərbaycan ədəbiyyatı(Ən qədim zamanlardan XIII əsrə qədər)3.Orta dövr Azərbaycan ədəbiyyatı(XIII-XVI əsrlər)4. Yeni dövr Azərbaycan ədəbiyyatı. I mərhələ (XVII-XVIII əsrlər) 5.Yeni dövr Azərbaycan ədəbiyyatı. II mərhələ (XIX əsr). Fənnin məzmunundan, öyrədiləsi sistemindən danışanda “Şifahi nitq”, “Yazılı nitq” məzmun xətlərində nəzərdə tutulan işləri də nəzərdən keçirmək lazımdır. Avropa Şurasının 2006-cı ildə qəbul etdiyi(18.12.2006) qərarı, bu günün insanı üçün zəruri olan ən vacib səriştələr içərisində birinci sırada “ana dilində ünsiyyət bacarıqları” dayanır. Bu olduqca ciddi tələbdir. Ədəbiyyat dərslərində ünsiyyət bacarıqlarının formalaşdırılması daim diqqətdə saxlanılır və müxtəlif siniflər üzrə standartların irəli sürdüyü vəzifələrin icrasını zəruri edir. Şifahi və yazılı nitq məzmun xətlərinin əhatə etdiyi altstandartlar da sadədən mürəkkəbə doğru, iyerarxik prinsiplə düzülmüşdür. .