Azərbaycan Dövlət Pedaqoji Universiteti Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 1,69 Mb.
səhifə2/8
tarix10.05.2022
ölçüsü1,69 Mb.
#57267
1   2   3   4   5   6   7   8
Azərb. d. işg. ak. kom. verbal və qeyri verbal

ŞİFAHİ KOMMUNİKASİYA

Şifahi kommunikasiya eşidilərək qavranılan, səsli nitqdir. Tarixən də şifahi nitq forması ilkindir, yazıdan xeyli əvvəl yaranmışdır. Əsas xüsusiyyəti onun söylənməsi və eşidilməsidir; qarşı tərəfin, dinləyicinin yaşı, səviyyəsi, kimliyi nəzərə alınır, cümlələr, əsasən, sadə və qısa olur, replikalara üstünlük verilir.Şifahi nitqin zəngin intonasiya imkanları: melodiya, inensivlik, tələffüz tembri, tempi vardır; elə bir intonasiya rəngarəngliyinə malikdir ki, insan duyğusunu, hiss və həyəcanını, əhvali-ruhiyyəsini və s. bütün çalarları ilə büruzə verir, məntiqi vurğunun yeri, tələffüzün aydınlıq dərəcəsi, fasilələrin olub-olmaması mühüm rol oynayır; nitqin qavranılması eyni vaxtda həm eşitmə, həm də görmə üzvləri ilə bağlıdır. Linqvistik( dildaxili) və ekstralinqvistik(dilxarici) vasitələr şifahi nitqin məna əhəmiyyətini və emosionallığını artırmağa kömək edir. Təkzibedilməzliyi, yəni xətti xarakteri (söz oxdur – ağızdan çıxdı, geri qayıtmaz) əsas xüsusiyyətidir – həmin ana bir daha qayıtmaq mümkün deyil. Danışan eyni vaxtda həm də düşünür, bu səbəbdən şifahi nitqdə bəzən səlislik olmur, fraqmentlik, bir cümlənin bir neçə kommunikativ vahidə bölünməsi xarakterikdir.

Şifahi işgüzar ünsiyyət əvvəlcədən hazırlanmış və hazırlanmamış (danışıq, söhbət və s.) ola bilər. Hazırlanmış nitq informasiya vericiliyi, daha aydın məzmunu ilə fərqlənir, bu kommunikasiyada natiq, bir qayda olaraq, çalışır ki, nitq əzbərlənmiş yox, sərbəst olsun, bilavasitə ünsiyyətə uyğun gəlsin.

Hazırlanmamış nitq bədahətən baş verir, şifahi deyim tədricən – nə deyildiyi, sonradan nə söylənilməli, nə təkrarlanmalı olduğu aydınlaşdırılır və dərk edildikcə formalaşır. Buna görə də hazırlanmamış şifahi nitqdə fasilələr çox olur, fasiləni dolduracaq eeeee, hmhmhm kimi ifadələrdən istifadə sonra deyiləcəklər barədə düşünməyə imkan verir, bu isə işgüzar kommunikasiya üçün məqbul sayılmır. Natiq dil kompozisiyalarının – leksik-semantik, frazeoloji, sintaktik səviyyələrinin daşıyıcısıdır, fikrin məntiqli və əlaqəli olmasına diqqət yetirir, düşüncəsinin adekvat ifadəsi üçün uyğun sözlər seçir. Leksik və tələffüz normalarına əməl etmədikdə avtomatik olaraq sözlər təkrarlanır.

Şifahi ünsiyyət effektiv metodlar, avtomatik şərh, əlaqə üsulları, normalarla tənzimlənir, qüsurlarının çoxu təkcə fasilələrdən yox, qeyri-səlis ifadələrin işlədilməsindən, lazımsız təkrarlardan yaranır, nəzərə alınmalıdır ki, dinləyici ünsiyyət zamanı məlumatın məğzini tam başa düşməyə, qavramaya da bilər. Düşüncənin məntiqinə uyğun qurulan yazılı nitqdən fərqli olaraq, şifahi nitq assosiativ əlavələr vasitəsilə inkişaf edir, bu forma dilimizin bütün funksional üslublarına şamil olunur; çeşidli növləri vardır: şifahi elmi, şifahi publisistik şifahi bədii nitq və s. Lakin məişət danışıq tərzində daha çox üstünlük təşkil edir, emosional və müxtəlif çalarlı sözlər, məcazi-müqayisəli konstruksiyalar, frazeologizmlər, atalar sözü, məsəllər, sadə danışıq elementlərindən istifadə olunur.

Şifahi nitqin iki növü var: dialoji və monoloji.



Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin