YAZILI KOMMUNİKASİYA
Özündə həm də oxumağı əhatə edən yazılı kommunikasiya xarakterinə görə monolojidir, yalnız düşüncəni aydınlaşdırmaq, heç bir canlı təmas olmadan, yazılı nitq formasında çatdırmaq üçündür. Yazılı nitqin dialoq variantları da geniş yayılmışdır, səsli nitqə yaxınlaşmaq istiqamətində inkişaf edir. Yazılı nitq informasiyanın ötürülməsi vasitələrindən biridir,
onun sayəsində kommunikasiya funksiyaları yerinə yetirilir. Bu funksiyalara aşağıdakılar daxildir:
– kommunikativ məlumat mübadiləsi;
– düşüncələrin formalaşdırılması;
– ünvan sahibinə təsir (apelyativ);
– emosional reaksiya (emotiv);
– ritual etiket formullarının mübadiləsi (fatik);
– şərh funksiyası (metadil).
Yazılı nitq düşüncələri yazılı şəkildə ifadə etmək üçün bütün vasitələrin şüurlu mənimsənilməsi, təmrinidir: formalaşmanın ilk mərhələlərindən mövzuya uyğun söz, cümlə vəs.yazmağın texniki vasitəsidir, yəni mənimsənilmənin birinci mərhələsində intellektual təhlilin, yazmaq və oxumağın texniki əməliyyatıdır. Yazılı kommunikasiya gözlə görünür, ona görə də dəqiq struktur və formal göstəricilərə: səhifələnmək, fəsil, hissələrə bölünmək, sitat vermək, şrift seçmək və s. sistemlərə ayrılır. Yazılıünsiyyət ədəbi-bədii, publisistik, elmi, rəsmi-işgüzar üslublarda ola bilər, ona görə də bu və ya digər mətni yazarkən onlara müvafiq dil materialları seçilir.Qeydolunduğu imi, işgüzar və akademik kommunikasiya şifahi və yazılı şəkildə baş verir; onların oxşar və fərqli cəhətlərini nəzərə almaq vacibdir. Oxşar cəhəti – lazımi məqamda, şəraitəuyğun olaraq, ədəbi dildə və ya orta ədəbi dildə, danışıq səviyyəsində ünsiyyət qurulur; fərq isə ifadə tərzinə görə müəyyən olunur. Yazılı ünsiyyət yazı-qrafika ilə, şifahi isə daha çox danışıqməişət üslubu, intonasiya və melodiklik, tembr, formal, bir qədər də pərakəndəliklə müşayiət olunur. Şifahi kommunikasiyada sözlərin düzgün tələffüzü, vurğunun yerinin sabitliyinəəməl olunması əsasdırsa, yazılı nitqdə ədəbi dilinn leksik-semantik, qrammatik normalarının gözlənilməsi vacibdir.
Dostları ilə paylaş: |