Azərbaycan Dövlət Pedaqoji Universiteti Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 1,69 Mb.
səhifə7/8
tarix10.05.2022
ölçüsü1,69 Mb.
#57267
1   2   3   4   5   6   7   8
Azərb. d. işg. ak. kom. verbal və qeyri verbal

Qeyri-verbal kommunikasiya

F.Sössürə görə, işarələyəni işarələnənlə birləşdirən əlaqə

sərbəstdir; işarə adı altında biz bir neçə işarələyənlə bir neçə

işarələnənin assosiasiyası nəticəsində əmələ gələn bütövü başa düşdüyümüzə görə bu fikri daha sadə ifadə edə bilərik: dil işarəsi sərbəstdir.Təbii kommunikasiyada işarələnən

(ifadə və məzmun planı) motivləşməmişdir, bu və ya digər

işarələnənə münasibətdə sərbəst olduğu üçün fikri fəaliyyətdə işarə, siqnal, səs, söz, cümlə substansiya olaraq qiymətləndirilir. İşarə və siqnalın beş subkodu vardır:

– ötəri görmə (lal-karların mimikası və s.);

– davamlı görmə (qrafika, yol nişanları, gerb, rəssamlıq

əsərləri və s.);

– vokal eşitmə (maqnitofon, kinolent yazısı və s.);

– instrumental eşitmə (təbil səsi, hərbi siqnallar, yanğınsöndürənlərin siqnalı və s.);

– toxunma (korlar üçün əlifba və s.).

Qeyri-verbal ünsiyyəti aşağıdakı kimi təsnif etmək olar:

1.Akustik ünsiyyət: pauza, öskürək, köks ötürmək, ağlamaq və s.;

2.Prosodik ünsiyyət: temp, tembr, səsi artırıb-azaltmaq,

müxtəlif səslər və s.;

3.Optik ünsiyyət: ifadəli hərəkət – mimika, poza, jest, yeriş,

baxış və s.;

4.Fizioqonomik ünsiyyət: sifət quruluşu, bədən quruluşu və s.;

5.Taktiki ünsiyyət: əl verib görüşmək, öpüş, sığal və s.;

6.Duyğu ünsiyyəti: qoxu, dad və s.

Qeyri-verbal tərəfdaşların gözləri ilə qəbul etdikləri ünsiyyət vasitələridir, vizual, akustik və lamisə ilə duyulan hissələrə bölünür.

Şifahi nitq onun ifadəliliyini artıran bir sıra əlavə qeyri-verbal vasitələrlə: baxışlar, danışanın və dinləyənin məkandakı vəziyyəti, üz ifadələri və jestlərlə müşayiət edilir. Bu işarələr emosional vəziyyəti, razılaşmağı və ya razılaşmamağı, təəccübü və s. ifadə edən, əlaqə yaradan vasitə kimi xidmət edir.

İntonasiya. Qeyri-verbal akustik vasitələr şifahi nitqi müşayiət və ya əvəz edir. İnsandan ilk təəssürat yalnız onun xarici görünüşü deyil, həm də səsinə görə əldə edilir – səs insan haqqında çox şey deyə bilər. İntonasiyanın danışığa, nitqin tempinə böyük təsiri vardır: nitqin tempi danışığın ümumi mənasından, konkret məqsədindən, ünsiyyətin vəziyyətindən, əlaqədən, tələffüz üslubundan asılıdır. Məsələn, danışığın asta tempi çox vaxt dinləyicilərdə müəyyən bir fikir oyatmaq məqsədi daşıyır. Səsin məlahətli olması kənar çalarlardan (xırıltılı, fısıltılı, boğulmuş və s.) çıxdaş olaraq xoşagəlimliyi ilə xarakterizə olunur. Tembr fərdi səs üçün xarakterik olan əsas tonun ahəngi, yüksəkliyidir. Nitq səslərinin və onların birləşmələrində tələffüzün aydınlığı diksiya adlanır.

Tələffüzün aydınlığı – daxili intizamın, fikrin başqalarında

aydın təsəvvür yaratmasının təzahürüdür.Nitqin intonasiyası səsin gücü, sürəti və tonundan asılıdır. Qeyri-verbal ünsiyyətin intonasiya ilə bağlı növü insanın obrazının yaradılmasına, onun vəziyyətinin, durumunun bilinməsinə, psixi fərdiliyinin aşkarlanmasına kömək edir. Səs prosodik və ekstralinqvistik xüsusiyyətlərlə bağlıdır. Prosodiya nitqin ritmik intonasiyasının (tonunun həcmi, ucalığı, tembri, vurğunun gücü) ümumi adıdır. Digər qeyrişifahi vasitələrdən intonasiya duyğunu daha çox çatdırır, yalnız texniki parametrlərlə deyil, həm də semantik əsasla –psixoloji fasilələr, vurğu ilə birlikdə nitqi canlı, dolğun və təsirli edir.

Verbal və qeyri-verbal nitqin sintezi üç əsas funksiyanın

yerinə yetirilməsini təmin edir:

əlavə məlumat əldə olunur;

– intonasiya ilə birlikdə məzmun tamamlanır;

– tərəfdaşlar arasında nitq mübadiləsi tənzimlənir.

Təbii xarakterə malik qeyri-verbal siqnalların mənası daha inandırıcı qəbul edilir. Qeyri-verbal vizual vasitələr pantomim hərəkətlər: jest, mimika, duruş (kinesika) və nitq üçün əhəmiyyət kəsb edən statiklərlə – məkanda qarşılıqlı mövqe (proksimika) ilə müşayiət olunur.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin