Məişət dialoqu öz plansızlığı, mövzudan kənara çıxması, müxtəlif mövzuların müzakirə olunması, nəticədə məqsədə müvafiq heç bir qərar qəbul edilməməyi, sözdən daha çox qeyri-verbal hərəkətlər, danışıq üslubu ilə xarakterizə olunur. İşgüzar dialoqda reaksiya tələb edilir, nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: sual verir, cavabı ya təsdiq, ya da inkar edir. Dialoji nitqin bu növü danışanın fikrini ifadə etməsinə təsir göstərir, onu müəyyən səmtə yönəldir Müsahibə dialoqu, əsasən, kütləvi informasiya vasitələrinə aiddir, strukturu dəyişməzdir – sual və cavablardan yaranır. Məsələn, suallara cavab radio və telereportyordan xüsusi vərdişlər tələb edir; dialoqda söhbət ictimai önəmli məsələlərdən gedir, mütəxəssis sözünə ehtiyac duyulur. Qəzet müxbiri öz suallarına cavabları, hətta sualların özünü də təkrar dəyişdirə, artırıb-azalda bilir. Radiomüsahibə dialoqunda danışanın səsini, ahəngini, söyləmə tərzini, üslubunu dinləmək imkanı var və efirin inandırma potensialı qəzetlə müqayisədə xeyli genişdir. Televiziya dialoqu bir qədər fərqlidir; əvvəla, müsahibə gözümüzün qarşısında gerçəkləşir, ikinci, xəbərlə şərh qarışdırılanda şübhə yaranır, üçüncü, əlverişli psixoloji fon və ovqat əsas keyfiyyət kimi götürülür.Dialoji nitq ünsiyyətdə olan adamların emosional-ekpressiv rabitəsi əsasında baş verir, müəyyən şərait və ya obyektlə bağlı olduğu üçün situativ səciyyə daşıyır – ünsiyyyətin obyekti dəyişən kimi, dialoqun istiqaməti və хarakteri dəfərqlənir, iştirakçılar bir-birini bilavasitə qavrayır, emosional vəziyyətlərini qiymətləndirirlər
MONOLOJİ NİTQ
Monoloq, adından göründüyü kimi, bir nəfərin çıxışıdır,
struktur və bir-biri ilə məna cəhətdən bağlı olan müxtəlifhəcmli mətnlərdir; mövzusu fərqli olduğu üçün çıxış zamanı sərbəst şəkildə dəyişə bilir. İki tipinə görə fərqlənir: əvvəla, monoloji nitq məlumata, dinləyiciyə müraciəti, müəyyən məqamlarda, məsələn, məhkəmə tribunasında, son zamanlar aktual olan ictimaiyyət qarşısında şifahi ədəbi dildə çıxışlarda məqsədyönlü proses bildirir. Xüsusilə bədii nitqdə monoloq çox geniş inkişaf edib. İkinci, monoloq insanın təkbətək, öz-özü ilə ünsiyyətidir, bilavasitə məzmun dinləyiciyə yönəlməyib və qarşı tərəfin cavabı gözlənilmir, ona ehtiyac duyulmur. Monoloq spontan – bədahətən, əvvəlcədən hazırlanmamış ola bilər. Məqsədindən asılı olaraq, monoloq üç əsas növə ayrılır:
Dostları ilə paylaş: |