Tədqiqatın ümumelmi metodları, prinsipləri, yanaşma üsulları: Metodologiyanın ikinci səviyyəsi tədqiqatın ümümelmi metodlarını, prinsiplərini, yanaşma üsullarını və formalarını izah edir. Metodoloji təhlilin bu səviyyəsinə müasir elmin sahələrində tətbiq edilən nəzəri kibernetikanın metodlarını – sistem-quruluş yanaşmanı, idealaşdırma metodunu, formalaşdırmanı, modelləşdirməni, alqoritmləşdirməni, ehtimal və statistik metodları və b. aid etmək olar.
Konkret elmlərin metodları: Metodoloji təhlilin üçüncü səviyyəsi konkret elmi metodologiyanı, başqa sözlə, elmin bu və ya digər sahəsində tətbiq olunan metodların, prinsiplərin, üsulların cəmini izah edir.