Azərbaycan Dövlət Pedaqoji Universiteti İxtisas: Kimyanın tədrisi metodikası və metodologiyası Qrup



Yüklə 24,16 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü24,16 Kb.
#36433
  1   2   3   4   5
Çəmənxanım Bağırova Kimyanın tədrisi üsulunn ümumi məsələləri imtahan tapşırığı cavabı


Azərbaycan Dövlət Pedaqoji Universiteti

İxtisas: Kimyanın tədrisi metodikası və metodologiyası

Qrup: KİM1907M

Tədris ili: 2020/2021

Fənn: Kimyanın tədrisi üsulunun ümumi məsələləri



Fənn müəllimi: k.ü.f.d. Turac Süleymanova

Tələbə: Bağırova Çəmənxanım

İmtahan tapşırığı: Kimyanın tədrisi metodologiyasının inkişafı, aktual məsələləri və metodoloji təhlilin səviyyələri.

Kimyanın tədrisi metodologiyasının inkişafı, aktual məsələləri və metodoloji təhlilin səviyyələri.

Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Elm insanın təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanmasıdır.

Cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Elm cəmiyyətin sosial strukturunu dəyişir. Ən qədim zamanlarda, bəşər tarixinin bütün dövrlərində insan cəmiyyəti həmişə elmə arxalanmışdır və onun nəticələrinin tətbiqi ilə bəhrələnmişdir. Tarix boyu dəyişən formasiyalarda elmi kəşflər nəticəsində insan cəmiyyəti dünyanın qlobal fəlakət və böhranlarından elmin sayəsində qurtulmuşdur. Elm bəşər övladının sağlam inkişafını təmin etmişdir. Bütün elm sahələri kimi kimya elmi də qədim dövrlərdən bəri inkişaf edərək müasir dövrdəki halına gəlib çıxmışdır. Hazırkı dövrdə kimya müasir cəmiyyətin inkişafında, elmi texniki tərəqqidə mühüm rol oynayan təbiət elmlərindən biridir. Bu səbəbdən də kimya ən sürətlə inkişaf edən elm sahələrindəndir.

Hər hansı bir işin müvəfəqiyyətlə yerinə yetirilməsi bir sıra şərtlərdən (ideya-siyasi istiqamətdən, onu yerinə yetirən şəxsin bacarığından, zəruri maddi bazanın olmasından və s.) əhəmiyyətli dərəcədə asılıdır. Lakin bu şərtlər içərisində işin yerinə yetirilməsi metodikası mühüm yer tutur. Hər bir elm sahəsi kimi kimyanı da inkişaf etdirməyin müəyyən yolları vardır. Ən əsas üsullardan biri hələ kiçik yaşlardan şagirdləri həmin elmlə tanış etmək, onun əsasını şagirdə mənimsətmək, əməli əhəmiyyətli bilik və bacarıqları aşılamaq, o cümlədən gənclərdə möhkəm əqidə və inamın yaradılması, onlarda vətənpərvərlik, beynəlmiləlçilik və milli iftixar hissinin formalaşdırılması və sairədir. Bunun üçün qabaqcıl kimya müəllimləri bu qədər sürətlə inkişaf edib, irəli gedən və xalq təsərrüfatının demək olar ki, bütün sahələrinə nüfuz edən kimya elminin əsaslarını şagirdlərə daha dərindən, şüurlu surətdə öyrətmək üçün yeni-yeni yollar axtarmaqla məşğul olmuşlar. Kimyanın tədrisi prosesində şagirdlərdə elmi dünyagörüşün əsaslarını formalaşdırmaq məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Bu isə öz növbəsində kimyanın tədrisi metodikasının bir elm sahəsi kimi yaranmasına və inkişaf etməsinə səbəb olmuşdur.



Kimya dərslərinin düzgün təşkil edilib keçirilməsi yollarını öyrədən elmə kimyanın tədrisi metodikası deyilir. Kimyanın tədrisi metodikası mütəxəssislərinin (kimyaçı metodist) qarşısında 2 vacib tələb – kimya fənninin özünü, həm də onun tədrisi metodikasını yaxşı bilmək qoyulur.

Kimyanın tədrisi metodikası mahiyyət etibarilə üç mühüm məsələni əhatə edir:



  1. Təhsil-tərbiyə işinin vəzifələri

  2. Həmin işin məzmunu

  3. Şagirdlərin təhsili və tərbiyə prosesinin özünün xarakteri

Ümumtəhsil məktəblərində, məktəbəqədər tərbiyə müəssisələrində şаgirdlərlə, uşaqlarla аpаrılаcаq tərbiyə işlərinin sistеmi, plаnlаşdırılmаsı, tərbiyə işlərinin təşkili, hаzırlаnmаsı, həyаtа kеçirilməsi mеtоdikаsı hаqqındа nəzəri biliklərin və prаktik bаcаrıqlаrın verilməsi vacibdir. Bunun həyata keçirilməsi kimyanın tədrisi metodikasının inkişaf amillərindəndir.

Qabaqcıl müəllimlərin təcrübələrinin öyrənilməsi, ümumiləşdirilməsi, ən səmərəli olanların seçilməsi, tələb olunan bilik və bacarıqları şagirdlərin əldə etməsinə mane olan halların aşkar edilib aradan qaldırılması, təhsil prosesinin müasir, real modelinin hazırlanması, müəllimlərin fəaliyyətini bu modelin tələblərinə uyğun istiqamətdə həyata keçirmək, tədris-təlim işinin ən səmərəli həllinin prinsiplərini müəyyənləşdirmək günümüzün tələbi olub, kimyanın tədrisi metodikasının aktual məsələlərindəndir.

Kimyanın tədrisi metodikasının günümüzdə aktual məsələlərindən biri də onun inkişafını təmin etmək üçün savadlı kadrların olmasının əhəmiyyətidir. Orta məktəblərdə tədrisin keyfiyyətini yüksəltməyin yollarından biridə müəllimin təşkilati fəaliyyətidir. Digər fənlərlə yanaşı kimyanın tədrisi zamanı müəllimin təşkilati fəaliyyətinin yüksək olması tədrisin keyfiyyətinə çox böyük təsir göstərir. Kimyanın tədrisi prosesində şagirdlərdə elmi dünyagörüşün əsaslarını formalaşdırmaq məsələsi həmişə diqqət mərkəzində olub, ən aktual məsələlərdən biridir. Kimya müəllimləri şagirdlərdə bu məsələni müvəffəqiyyətlə həll etmək üçün Respublikamızın neftayırma, kimya və metallurgiya sənayesinin daha sürətlə inkişaf etdirilməsi xalq təsərrüfatının, o, cümlədən kənd təsərrüfatı istehsalatının kimyalaşdırılması, xammal bazalarının artırılması haqqında hökumətimizin sənədlərini, direktiv materiallarını özləri diqqətlə oxuyub, öyrənməli, proqramdakı uyğun mövzuları müəyyənləşdirməli və mövzunun hansı hissəsində həmin materialları şagirdlərə necə çatdırmaq üzərində deşünməlidir. Belə materiallar məktəblilərə dərs zamanı yığcam, dərsdən xaric vaxtlarda – kimyaçılar dərnəyinin məşğələsində, kimya axşamlarında və s. daha geniş şəkildə şərh olunmalıdır.

Elmi inkişaf etdirərək yeni biliklərin əldə edilməsi yalnız məntiqi şüurun gücü olmayıb, eyni zamanda empirik araşdırmaların üsullar və metodlarının intensivləşdirilməsidir. Hər bir elmi sahəsi kimi kimyanın tədrisi metodikasının da inkişafı üçün vacib amillərindən biri nəzəriyyənin praktika ilə əlaqaləndilməsidir. Kimyanın tədrisində praktik istiqamətin gücləndirilməsini aşağıdakı yollardan istifadə etməklə həyata keçirmək mümkündür:



  1. Kimyəvi maddələrin tətbiq sahələrinə aid biliklərin verilməsi prosesində: o cümlədən kənd təsərrüfatında, sənayenin müxtəlf sahələrində, maşınqayırmada, metallurgiyada, məişətdə, toxuculuqda və s.

  2. Laboratoriya və praktiki işlər vasitəsi ilə şagirdlərdə praktik bacarıqları formalaşdırmaqla;

  3. Kimya sənayesi ilə şagirdlərin tanış edilməsi zamanı istehsalat prosesinin səmərəli idarə edilməsində, ətraf mühitin mühafizəsində kimyəvi biliklərdən istifadənin zəruriliyini aşkar etməklə;

  4. Nəzəri biliklərin tətbiqi ilə bağlı məsələlərin həllindən istifadə etməklə və.s.

Məlumdur ki hər bir elmdə intensivləşmə təcrübə və eksperiment yolu ilə həyata keçirilir. Ancaq yaddan çıxarmaq olmaz ki, təcrübə və eksperimentin aparılması üçün hazırlanan üsul və metodlar daha təkmilləşdirilmiş, daha effektli olmalıdır. Bu metodların aşağıdakı növləri vardır:

  1. Empirik tədqiqat metodları müşahidə, müqayisə, ölçmə və eksperimentdir.

  2. Nəzəri tədqiqat metodları: ideallaşdırma, formalaşdırma, aksiomatik metod, abstraktdan konkretə yüksəlmə metodu.

  3. Həm empirik, həm də nəzəri səviyyədə tətbiq olunan empirik nəzəri tədqiqat metodları: abstraktlaşdırma, analiz və sintez, induksiya, sistem-struktur təhlil, tarixi məntiqi modelləşdirmə.

Empirik tədqiqatın əsas nöqtəsi müşahidədir. Belə ki, o həm ölçməyə, həm də eksperimentə daxil olduğu halda, özü eksperiment və ölçmə əməliyyatları olmadan da həyata keçirilə bilir. Metodiki tədqiqatda ən çox tədqiq edilən üsul məktəblərdə və pedoqoji universitetlərdə aparılan pedoqoji eksperimentdir. Çünki tədqiqatçının təklif etdiyi üsul və mülahizələrin məqsədəmüvafiqliyi məhz eksperiment vasitəsilə müəyyən edilir.

Kimyanın tədrisi prosesində bütün bunların həyata keçirilməsi nəticəsində şagirdlər tam şəkildə bilik, bacarıq və vərdişlər əldə etmiş olurlar. Bu gün məktəblərdə müəllimlərimiz dərslərini fəal təlim metod və formaları ilə qurmaqla yüksək nəticələr əldə edirlər. Müəllim dərsə hazırlaşarkən tətbiq edəcəyi metod, iş formasını birlikdə götürür, çalışır ki, onlar bir- birini tamamlasın. Bunun üçün müəllim dərslərində tətbiq edəcəyi fəal təlim metodlarını bilməli və onun tətbiqini bacarmalıdır. Müəllim müstəqil fəaliyyət göstərən, yaradıcı olan şagirdlərə lazımi köməklik göstərməli, bələdçi olmalı, görülən işləri obyektiv qiymətləndirilməlidir. Həlli nəzərdə tutulan bütün məsələlər aktual olmalı, şagirdin yaradıcı fəaliyyətini inkişaf etdirməli və elmiliyi ilə seçilməlidir.

Yuxarıda deyilənləri nəzərə alsaq, elmin öyrənilməsi yolunda metod və metodologiyanın əhəmiyyəti təkzib edilməzdir. Kimya elmi öz konkret metodlarını və digər elmlərdə kimya elminin inkişafı üçün sərfəli metodlardan istifadə etməklə elmi kimyanı öyrənməklə seyretmə, müşahidə, müqayisə, üsul, metod və metodologiyanı yaradır.

Təlimin səmərə və keyfiyyəti metodların düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyildir. "Metod" yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir). Təlim metodları qarşıda duran didaktik məqsədə nail olmaq üçün istifadə olunan yollara deyilir. Təlim metodu bütöv təlim prosesinin ünsürlərindən biri olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O, təlimin məqsəd və məzmununa xidmət göstərir: məqsəd və məzmun dəyişdikdə metod da dəyişir. Təlim metodu elə bir sistemdir ki, o, ardıcıl olaraq tədrisin məzmununu mənimsəməyə aparır. Deməli, təlimin məqsədi, məzmunu, formaları təlim metodunda öz əksini tapır. Bu gün müasir dərsin xarakterik xüsusiyyətlərindən dərsdə müasir təlim metodlarından istifadədir. Aydındır ki, müasir dərs milli təhsilin yaradılmasına yönəlir. Yeniliyin, müasirliyin nədən ibarət olduğuna istinad edərək, müəllimlərimiz öz dərslərində tətbiq edərək müasir dərs və ona verilən tələblərdən istifadə edirlər. Müasir dərs dedikdə, təlim metodlarından ustalıqla istifadə edən müəllimin pedaqoji məharəti nəzərdə tutulur. Fəal təlim metodlarının tətbiqi müəllimin təşkilati fəaliyyətindən asılıdır. Fəal (interaktiv) təlim tədrisin və idrak fəaliyyətinin təşkili, idarə olunması metodlarının məcmusudur. Asan başa düşülən, yadda qalan, vacib təlim materialının öyrənilməsində, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı şagirdlər müəllimin rəhbərliyi altında öyrənirlər.

Metod öz təbiətinə görə mürəkkəb və çoxcəhətli anlayışdır. Hər bir metod özündə müxtəlif tərzləri (priyomları) birləşdirir. Tərz metodun tərkib hissəsi, onun bir ünsürüdür. Məsələn, müsahibə metodu zamanı müəllim müxtəlif tərzlərdən istifadə edir: suallar qoyur, səhv cavabları islah edir, nəticələr çıxarır.

Metod (“metodos”) – yunan sözü olub, yol, tədqiqat, şərh üsulu mənasına uyğun gəlir. Bu izah metodun məzmununu aydınlaşdırmır. Metod insanlar tərəfindən qaydaların hər hansı məqsədə çatmaq üçün tətbiq edilməsi mümkün ola bilən üsullardır. Metod insan fəaliyyətini tənzimləyən əsas prinsiplər sistemidir. B.A. Stofa görə “metod müəyyən məqsədə nail olmaq üçün istifadə olunan qaydaların tətbiq edilməsidir”. Metod – insan qavrayışının, təsəvvürlərinin, anlayışlarının, kateqoriyalarının, hipotezlərin, nəzəriyyələrin qanunauyğun hərəkəti, subyektiv dialektikanın qanunudur. Başqa sözlə, metod məqsədə çatmaq, gerçəkliyin dərk edilməsinə nail olmaq üçün istifadə olunan müəyyən üsullar ilə insanların nəzəri və təcrübi fəaliyyətini tənzimləyən müəyyən prinsip və qaydalar toplusudur. Metod həmişə bir-biri ilə üzvi surətdə bağlı olan obyektiv və subyektiv məqamları müəyyən edir. Kəşf edilmiş qanunauyğunluqlar hələ metod deyildir, metod – bu qanunauyğunluqlar ilə onların əsasında yaradılan, gerçəkliyin dərk olunmasına, onun dəyişdirilməsinə və yeni nəticələr əldə edilməsinə imkan verən üsulların dialektik vəhdətidir. Nəzəri cəhətdən düzgün dərk edilmiş hər bir metod elmi idrakın əvəzsiz nəticəsidir. Hər bir elmi yaradıcılığı yerinə yetirmək üçün alətlərdən istifadə olunur. Tələb olunan alət metoddur. Həqiqi metodlar məqsədə qısa yolla çatmağa imkan yaradır. Yanlış metodlar xaos yaradaraq, məqsədə çatmağın həqiqi yolunu itirmiş olur. Ona görə də yanlış üsul cəmiyyətin hər zaman ziyanınadır.

Müasir dövrdə elmlərin metod və metodologiyaları inteqrasiyaya daha çox meyllidir. Metodologiya metodlar haqqında təlimdir, nəzəriyyədir. Metodologiya metodları öz tədqiat obyektinə çevirir. Metodologiya obyektiv gerçəkliyi və qanunauyğunluqları əks etdirməklə insanın yaradıcı təfəkkürünü idarə edərək, onun praktiki idraki fəaliyyətini düzgün istiqamətləndirir.

Metod metodologiya ilə yaxın anlayışlar olmaqla bərabər fərqli mənalar kəsb edirlər. Onlar aşağıdakılardır:



  1. Metodologiya araşdırma sahəsinə tətbiq olunan metodların sisteli, nəzəri təhlilidir, metod isə (yunanca: “methodos”) — anlayışının özü «davam etmək», «izləmək» mənasını bildirir.

  2. Metodologiya metod olmadığı üçün məsələnin həllini konkretləşdirmir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur.

  3. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir. Metodologiya isə xüsusi bir duruma, misal üçün xüsusi nəticəni hesablamaq, tətbiq oluna biləcək tək bir metod və ya bir sıra metodlar və ya ən yaxşı təlimləri başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoyur.

Metod və metodologiyanın ortaq xüsusiyyətləri də mövcuddur. Onlar aşağıdakılardır:

  1. Təbiət və cəmiyyət hadisələrinə yanaşma üsulu, metod haqqında təlim kimi.

  2. Məqsədə sərfəli çatmaq üçün müəyyən edilmiş yol və üsullar haqqında təlim nəzəriyyə kimi

  3. Tədqiqat üsulları haqqında elmi-metodika kimi.

  4. Konkret elmin bu və ya başqa sahələrdə tətbiq olunan üsulların toplusu, yəni metod kimi

Metodologiya ayrı-ayrı elmlərdə tətbiq olunan üsulların, elmi araşdırma prinsip və metodlarının toplusudur. Metodologiya – metodlar haqqında, on­ların yaradılması və təkmilləşdirilməsinə dair təlimdir.

Bəzi müəlliflər metodologiyanı elmin özəyi hesab edirlər. Elmin ibtidai inkişafı zamanı hansı elmin metodları daha yaxşı inkişaf edirsə, başqa elmlər də həmin inkişaf edən metodlardan istifadə edirlər. Hal-hazırda bütün elmlərin inkişafında özgə və öz metodundan bacarıqla istifadə edərək, inkişaf edir. Özgənin metodunun daha doğrusu başqa elmlər tərəfindən dərindən öyrənilmiş metodlardan səmərəli istifadə edilir. Bəzən yaxşı işlənmiş “özgənin” metodunu hər hansı bir elm özününküləşdirə bilir. Metodun xarakterik xüsusiyyətlərindən ən vacibi odur ki, o bütün ümumi obyektlərə tətbiq edilə bilir. Hər hansı istənilən predmet əksiklərin məzmunu prosesidir. Onun başa düşülməsi üçün əvvəlcə hadisə və ya predmetin bir tərəfini, sonra isə digər tərəfini öyrənmək məqsədəuyğundur.

Metodologiya elmin dərk edilməsində alimi dolaşıqlıqdan-düzgünlüyə, qaranlıqdan-işığa, biliksizlikdən-biliyə aparan həqiqətə gedən yolu müəyyən etməklə elmin həqiqi inkişafını təmin edir. İnsan fəaliyyətini idarə etməklə onun gedişində qarşıya çıxan nəzəri və praktiki məsələlərin həllinə təkan verən bu üsullar sonradan müvafiq qaydalar, prinsiplər, normalar formasında ümumiləşdirilərək metodlara çevrilir.

Metodologiyanın özünəməxsus səviyyələri mövcüddur. Müasir elmin metodologiyası sadə, bəsit sistem kimi deyil, hər hansı birinin məxsusi tədqiqat metodları və idrakı təhlil vasitələri olan çoxsəviyyəli, mürəkkəb fenomen kimi başa düşülməlidir.




  1. Yüklə 24,16 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin