Azərbaycan Dövlət Pedaqoji Universiteti İxtisas: Kimyanın tədrisi metodikası və metodologiyası Qrup


Elmlərin qarşılıqlı təsirinin xüsusi formasını təşkil edən elmlərarası kompleks tədqiqat metodları



Yüklə 24,16 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü24,16 Kb.
#36433
1   2   3   4   5
Çəmənxanım Bağırova Kimyanın tədrisi üsulunn ümumi məsələləri imtahan tapşırığı cavabı

Elmlərin qarşılıqlı təsirinin xüsusi formasını təşkil edən elmlərarası kompleks tədqiqat metodları: Metodologiyanın beşinci səviyyəsinə elmlərin qarşılıqlı təsirinin xüsusi formasını təşkil edən elmlərarası kompleks tədqiqatlar daxildir. Elmlərarası kompleks tədqiqatların metodologiyası ümumiyyətlə, metodologiyanın xüsusi tipidir.

Ümumelmi yanaşmanın sistem-quruluş modelləşdirmə ehtimalı və statistik metodları heç cür elmlərarsı kompleks yanaşmanın metodları ola bilməzlər. Belə ki, bu yanaşma üsulları birtərəfli xarakter daşıyıb, tədqiqat obyektini kompleks halda hərtərəfli bütün əlaqələrinin vəhdəti şəklində əhatə edə bilmirlər. Kompleks metodlar isə tədqiqat fəaliyyətinin xüsusi inteqrasiya forması olub, digər metodlardan özlərinin güclü dinamikliyi ilə fərqlənirlər.

Belə nəticəyə gələrək demək olar, təhsilin məzmununun yeniləşdirilməsi ilə bağlı aparılan islahatların uğurla davam etdiyi, kimya sahəsinin genişləndirildiyi hazırkı dövrdə müasir kimyanın bir elm sahəsi kimi təlimin təşkilinin əsas formalarından olan dərs şəklində öyrədilməsi mühüm əhəmiyyət kəsb edir. Onun şagirdlərə hansı yollarla öyrədilməsi isə məhz müəllimlərin öhdəliyindədir. Digər fənlərdə olduğu kimi müasir kimya dərslərində də həyata keçirilən təlim-tərbiyə prosesləri, dövrün, zamanın tələblərinə cavab verməli, dövlətimizin mənafeyinə xidmət etməli, gənclərdə vətəninə, xalqına məhəbbət hissi aşılanmalıdır. Cəmiyyətimizin gələcək qurucuları olan şagirdlərin dərketmə qabiliyyətini inkişaf etdirmək, əldə edilmiş bilikləri praktikaya tətbiq etmək bacarığını aşılamaq müəllimlərimizin əsas vəzifilərindən biridir. Müəllimlər, xüsusilə də gənc – pedoqoji fəaliyyətə yeni başlamış təcrübəsiz müəllimlər kimyanın tədrisi metodikası elminin əsaslarını bilməklə öz dərslərini müasir metodlarla asanlıqla qura bilərlər.
Yüklə 24,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin