Şimalı və Orta İtaliyada şəhərlərin senyorlara qarşı mübarizəsi
Lakin şəhərlərin düşmənləri – feodal senyorlar vardı. İtaliyada bunlar, bir qayda olaraq, yepiskoplar idilər. I Ottonun İtaliyaya yürüşü ilə əlaqədar olaraq onların, yeni yepiskop – senyorların mövqeyi artıq möhkəmləndi. O, yepiskoplara geniş imtiyazlar – məhkəmə, inzibati idarəçilik, gömrük və bazar rüsumları toplamaq, sikkə (pul) kəsmək və s. hüquqlar verilirdi. Şəhərin bütün siyasi və iqtisadi həyatı yepiskopun – senyorun nəzarəti altında idi. Belə vəziyyət şəhərlərin daha da inkişaf etməsini ləngidir, məhsuldar, qüvvələri buxovlayırdı. Şəhərlərin XI-XII əsrlərdə eyli möhkəmlənmiş ticarət – sənətkar əhalisi – popolanlar (“popolo” , yəni “xalq” sözündəndir) öz senyorlarına qarşı mübarizəyə başlayırlar. Bu mübarizənin ilk partlayışları hələ IX- X əsrlərə aiddir. Lakin həmin mübarizə XI əsrdə ən geniş vüsət alır. Bu müraizədə, Almaniyadakı kimi, İtaliya şəhərlərinin və kral hakimiyyətinin şəxsində müttəfiqi yox idi. Çünki Şimali İtaliya müstəqil krallıq deyildi. Almaniya imperatoru hakimiyyətinin isə burda ancaq adı vardı. Lakin şəhərlilər tez – tez xırda feodallarla – valvassorlarla ittifaqa girirdilər. Onlar, çox vaxt, ticarətlədə məşğul olurdular və iri feodalların hakimiyyətinin zəifləməsində maraqlı idilər; peşakar hərbçilər olan valvassorlar şəhərlilərin senyorlara qarşı müvəfəqiyyətlə mübarizə aparmasına kömək edirdilər. Məsələn, onlar 1035-ci ildə Milan şəhərlərinin üsyanında iştirak etmişdilər. 1042-ci ildəisə Milan şəhərləri onlara ittifaqda, şiddətli mübarizədən sonra öz senyorlarını – arxiyepiskopu onu müdafiə edən feodal əyanlarla (kapiyanlarla) birlikdə şəhərdən qova bildilər. 1044-cü ildə arxiyepiskop qəti məğlubiyyətə uğradı və Milan müsəqillik qazandı.
Şəhərin senyorlara qarşı mübarizəsi gah bu, gah da digər tərəfin üstünlüyü ilə keçirdi. Lakin, son nəticədə, senyorlar tədriclə şəhərlilərə küzəştə getməyə məcbur olurdular. Şəhərlilər, əvvəlcə, öz nümayəndələrinin yepiskop şurasına və yepiskop məhkəməsinə daxil edilməsinə nail olur, sonra isə, çox vaxt, senyorlardan şəhərin siyasi müstəqilliyini təsdiq edən fərman alırdılar. XI əsrin əvvəllərindən XII əsrin əvvəlinə qədər Mantiya, Ferrara, Piza, Kremona, Boloniya və bir çox başqa şəhərlər belə fərmanlar aldılar. Beləcə, Lombardiya və Toskana şəhərləri tədriclə, ya qismən, ya da tamamilə azad kommunalara çevrilir, sonra isə dönüb müstəqil şəhər dövlətlər olurdular.
Dostları ilə paylaş: |