Kənd kommunaları
Şəhərlilərin siyasi və iqtisadi təsirinin cürətlə artdığı şəraitdə feodalların hakimiyyətinin zəiflənməsi XI-XII əsrlərdə kənd icmalarının canlanmasına səbəb oldu. İcma İtaliyada hələ lanqobardların zamanından qalmışdı. həmin icmalar əvvəlcə azad idilər, sonra isə təhkimli halına salınmışdılar. XI-XII əsrlərdə Şimali İtaliya icmalarının istifadəsində öz otlaqları, meşələri, biçənəkləri, xam torpaqları, tək – tək hallarda isə əkin yerləri də vardı. İcmalar bu yerlərdən istifadə mübadilində feodala, bir torpaq müliyyətçisi kimi, çinş versələr də, onlar feodallarla hesablaşmadan həmin yerləri dəyişə, bağışlaya, hətta icarəyə verə
bilərdilər. XI-XII əsrlərdə icma təşkilatları tez – tez öz senyorları ilə mübahisələrə girirdilər. Onların bir çoxu, XII əsrin sonlarına yaxın, inadlı müabrizə nəticəsində özünündarə hüququ əldə etməyə nail olurlar. Bu dövrdə şəhərlər ümumi düşmənə - feodallara qarşı mübarizədə tez
– tez kənd icmalarına kömək edirdilər. Onların köməyi ilə feodallar kənd icmaları üzərində məhkəmə hakimiyyətindən və bəzi vergilər almaq hüququndan məhrum edildilər. Lakin feodalların hakimiyyəti altından azadlığa çıxan kənd icmaları tam müətqillik əldə edə bilmədilər və ya bu azadlıqdan çox az bir müddət istifadə edə bildilər. həmin kənd icmalarını, bir qayda olaraq, çox tezliklə qonşu şəhərlər öz nəzarətləri altına salırdılar. Şəhərlər, sanki. Kənd icmalarından ötrü onların keçmiş feodal senyorunu əvəz edirdi. Bu zaman şəhərlər kənd icmalarının müəyyən qədər muxtariyyətini qəbul edirdilər. Kənd icmalarının feodalların hakimiyyəti altından çıxıb şəhərlərin hakimiyyəti altına düşməsi, onları istismardan xilas etməsə də, bütövlükdə, müəyyən qədər müsbət rol oynadı. Kənd yerlərinin şəhər – dövlətin tərkibinə daxil edilməsi əmtəə - pul münasibətlərinin daha da inkişafına və təhkimçiliyin aradan qaldırılmasına kömək etdi.
XIII-XIV əsrlərdə kənd icmaları özünündarə icmalarına – kənd kommunalarına çevrilirlər. Şəhər kommunaları kimi onlar da vəzifəli şəxslər (konsullar) seçir, öz maliyyə, məhkəmə aparatlarını yaradır və hətta, qanunverici qərarlar – kəndin həyatını tənzim edən qanunlar da verirdilər.
Dostları ilə paylaş: |