XIII- XIV əsrlərdə Şimalı və Orta İtaliya şəhərlərinin siyasi quruluşu.
Şimali və Orta İtaliya şəhərlərində sənətkarlıq və ticarətin müvəqiyyətləri ilə, sonralar isə erkən kapitalist münasibətlərin meydana gəlməsi ilə bağlı olaraq ticarət və sənətkarlıqla məşğul olan əhalinin- popolanların siyasi nüfuzu nəzərə çarpacaq dərəcədə artır, feodal ünsürlərinin- qrandların rolu isə azalır.
Bunun üçün ən parlaq nümunə Florensiya ola bilər. Burada artıq, 1250-ci ildə “I xalq konstitusiyası” adlandırılan konstitusiya bərqərar edilmişdi. Həmin konstitusiya popolanların ağalığını təsbit edirdi. Komunanın başqa şəhərdən gətirdiyi podesta ilə yanaşı yeni vəzifəli şəxs- “xalq kapitanı” peyda olur. “ xalq kapitanı” şəhər yığma qoşunlarına arxalanırdı. 1282-ci ildə Florensiyanı seçkili popolan hökuməti idarə edirdi. Bu hökümət “priorat” (“prior” sözündəndir, sex başçısı deməkdir), sonralar isə “ senyorya “ adlanırdı. Priorat “ edalət qonfalonyeri” (“ bayraqdar”ı) başda olmaqla 9 adam daxil idi. Qarndlara ən güclü zərbə 1293-cü ildə vuruldu. Bu zaman Florensiya “ədalət qanunları” qəbul olundu. “ Qanunlar uyğun olaraq, qrandlar komunanın siyasi həyatında iştirak etməkdən tamamilə kənar olunur və popolanlara qarşı cinayət hərəktinə görə ölüm cəzasına məhkum edilirdilər. Lakin, sonralar, qrandlara siyasi hüquqlardan istifadə etmək ixtiyarı verildi; amma bunun üçün onlar sexlərdən birinə üzvlüyə daxil olmalı idilər. bu zaman üçün popolanların özləri də, artıq, vahid ictimai təbəqə deyirdilər; varlı tacirlər, emalatxana və bank sahibləri “ kök camaat” və ya “ piyli camaat
“ ( popolo grasso) , xırda tacirlər və sənətkarlar isə “ arıq camaat”, yaxud “ cılız camaat” ( popolo minuto) adlanırdı. Daha aşağıda isə yerli- mütəşəkkil muzdulu fəhlə kütlələri- çompi dururdu. Florensiyanın siyasi həyatında “ kök” popolanlar qrupu əsas rol oynayırdı. Onlar çox vaxt əski feodal nəsillərin nümayəndələri ilə vahid qvelflər partiyasında birləşirdilər.
Florensiyanın ali idarə orqanı- sinyoriya “ böyük” sexlərin nümayəndələrindən ibarət idi. Muzdulu fəhlələr bir yana dursun, “arıq camaat”ın özü də şəhərin idarə olunmasında iştirak etməkdən məhrum olmuşdu.
Iri vasitəçi ticarət aparan dəniz respublikanalarının – Venetsiya və Genuyanın siyasi qruluşu daha artıq oliqarxiya səciyyəsinə malik idi. Bu rəspublikalarda bütün məsələlər irsi patrisatdan ibarət olan ən varlı tacirlər həll edirdilər. venetsiyaya ömürlük seçilən doj başçılıq edirdi. Dojun hakimiyyəti Böyük çura məhdudlaşdırdı. XIII əsrin sonralarında bu çuranın 242 üzvü vardı ki, onlar da 27 ən məşhur patrisiat ailəsinə mənsub idilər. XIV əsrin əvvəlindən Venetsiyanın idarə olunmasında oliqarxiya meylləri daha da artır. Bu zaman Onlar şurası yaradılmış, ona dojun özü də daxil olmaqla bütün hökumət orqanlarına məxvi nəzarət etmək tapşırılmışdı. Onlar şurası cəsusluq, şeytanlıq, məxvi surətdə hökm vermə sistemti tətbiq edirdi. Bu şuranın şübhəsi altına düşənlər pis mənada ad çıxarmış qurğuşun damlı məhbəsdə yoxa çıxır və ya muzdla tutulmuş xəncər zərbəsindən məhv olunurdular.
XIII əsrdə, həmçinin, patrisiat oliqarxiyasının ağalıq etdiyi Genuyada 1339-cu ildən ömürlük doj vəzifəsi müəyyən olunur. Doj əsasən, popolanlara arxalanırdı. Siyasi hüquqların xeyli hissəsindən məhrum edilmiş Genuya patrisiatı, yenə də, dolayı yolla respublikanın siyasi həyatına təsir göstərirdi.
Venetsiya ilə Genuya daim öz aralarında rəqabət aparırdılar. Dördüncü Xaç yürüşündən sonra Venetsiya Genuyanı Balkan yarımadasından və Suriyadan sıxışdırdı. Lakin 1261-ci ildə Bizans imperiyasının bərpa olunması ilə Genuyanın Konistanipoldakı hüquqları özünə qaytarılmış oldu. Genuya tacirləri Aralıq dənizi və Qara dənizin şərqində dayaq məntəqələrini ələ keçirdilər və Krımda bir sıra ticarət məntəqələri yaratdılar. Onlardan ən mühümləri Kafa (indiki Feodosiya) Soldaya (Sudan) və Balaklava idilər. Bu ticarət məntəqələri vasitəsilə genuyalılar Rus torpaqları, Çin, İranla qızğın ticarət edirdilər. XIII əsrin sonlarına yaxın Genuya ilə Venetsiya arasındakı ticarət rəqabəti açıq toqquşma ilə nəticələndi: 1296-cı ildə Genuya donanması Kursova yaxınlığındakı vuruşmada Venetsiyaya məhvedici zərbə endirdi. Bu qələbədən sonra ticarət rəqabətində üstünlük Genuyanın tərəfinə keçdi.Lakin 1380-ci ildə Venetsiya donanması Kiotça yaxınlığında genuyalıları darmadağın etdi və Aralıq dənizinin şərqində Venetsiyanın ağalığı bərqərar oldu. Qafqazda və Krımda Genuya ticarət məntəqələri ilə yanaşı Venetsiya ticarət mərkəzləri də meydana gəlir. Bunlardan biri – Tana ( sonralar Azov) böyük əhəmiyyət kəsb etdi və Genuyaya məxsus kafa ilə rəqabət aparmağa başladı. XV əsrdə Venetsiya fəal xarici siyasət yeridir, xüsusilə Şərqdə türklərə qarşı çoxillik müharibələr aparırdı. Venetsiya İtaliyanın özündə də torpaqlarının genişləndirirdi; Breşiya, Verona, Paduya, Ravennanı özündən aslı hala salıb Şimali İtalyanın ən qüdrətli dövlətlərindən birinə çevrildi.
XIII-XIV əsrlərdə Milan üçün də şiddətli mübarizə xarakterikdir. Bu mübarizədə şəhərin popolanları “motta” ilə - xırda və orta zadəganların, yəni valvassorların ittifaqı ilə feodallara və arxiyepiskopa qarşı birləşmişdilər. Yuxarı patrisyat –tacir təbəqələri də feodalları və arxiyepiskopa qoşulmuşdular. Popolanların zadəganlarla ittifaqı Milanın siyasi tarixində müəyyən iz qoydu. Hərçənd bu vaxtda qədər, “Müqəddəs Amvrosi Kredensa”sında birləşən şəhər sənətkarları mühüm siyasi müvəffəqiyyətlər əldə etmişdilər; XII əsrin sonlarına yaxın Milanda hakimiyyət Della Torre zadəgan nəslindən olan irsi hakimlərin əlinə keçmişdi. Bu hakimlər popolanlara və xırda zadəganlara arxalanırdılar.
Sonralar, XIV əsrdə, Milan Mərkəzi Lombardiyada böyük ərazilə ələ keçirib öz torpaqlarını xeyli genişləndirdikdə burada, yəni Milanda, feodal nəsli olan Viskontilərin, təkbaşına irsi hakimiyyəti bərqərar oldu.
Beləliklə, Şimali və Orta İtaliya şəhərlərində müxtəlif cür siyasi idarəçilik formaları yarandı. Bunlardan ən parlaqları popolan respublikası (Florensiyadakı kimi). Patrisiat oliqarxiyası (Venetsiya) və mütləqiyyətə yaxın olan tiranlıq (Milan) idi.
Dostları ilə paylaş: |