Cənubi İtaliya və Sicilyanın iqtisadi inkişafı.
XIII-XV əslərdə Sicilya krallığı təsərrüfat cəhətdən Şimali İtliya və Toskanadan nəzərə çarpacaq dərəcədə geri qalırdı. Feodallaşma prosesi burada ancaq XIV əəsrin əvvəlləri üçün tam başa çatdı. Şəhərlər (Amalfı, Neapol, Bari, Palermo), nisbətən erkən dövrdə olduğu kimi, sənətkarlıq istehsalı və yerli bazar mərkəzlərindən daha çox Bizansla və Levantla vasitəçi ticarət mərkəzləri idilər.
Bazarın zəif inkişafı yaranmış feodal münasibətlərinin, xüsusilə Cənubi İtaliyada hökmranlıq edən irsi təhkimçilik hüququnun dağılmasının qarşısını alırdı. Siciliya krallığında kəndlilər torpağa təhkim olunmuşdular; onları torpaqla birlikdə sata və ya dəyişdirə bilərdilər. Təhkimli kənliləri qanun və kral məhkəməsi müdafiə etmirdi. Onlar feodala, şəxsi aslılıq əlaməti olaraq, evlənərkən kəbin vergisi və istifadə etdikləri torpağı irsi keçirərəkən vergi ödəyirdilər. Feodal rentasının əsas forması, başlıca olaraq məhsulla, lakin, tez-tez həm də pulla
alınan töycü (saltus) idi. Bundan başqa, təhkimli kəndlilər dövlət vergiləri və kilsə ondabiri verirdilər.
XIII-XV əsrlərdə Siciliya krallığı aqrar qruluşunun xüsusiyyəti yarımazad və azad kəndli təbəqəsinin (rustiklər) xeyli dərəcədə qalması idi. Həmin kəndlilər qədimdən qüvvətli kənd icmaları halında birləşmişdilər. çox vaxt əsl qalalar onlar üçün sığıncağa çevrilirdi. Gərgin mübarizənin gedişində onlar senyor torpağından sərbəst surətdə çıcıb getmək hüququ qazanmışdılar. Onlar icma özünüidarəsinin saxlanılması və feodal öz başnalığının məhdudlaşdırılması uğrunda mübarizə aparırdılar. Şəxsən azad kəndlilərin digər hissəsi feodallara məxsus xam yerlərdə məskunlaşmışdı.
Bu kəndlilər həmin yerlərdə müxtəlif şərtlərlə, adətən güzəştli şərtlərlə, məskən salırdılar. Bu kəndlilər müvəqqəti və ya irsi torpaq istifadəçiləri (emfitevtlər) idilər.
Cənubi İtaliyanın siyasi inkişaf xüsusiyyətləri.
İtaliyanın başqa vilayətlərindən fərqli olaraq cənubda, XIII əsrin sonlarına doğru, nisbətən qüvvətli vahid feodal dövləti – Siciliya krallığı meydana gəlmişdi. Qüvvətlənməkdə olan kral hakimiyyəti burada, hər şeydən əvvəl ölkənin bu hissəsində hakim sinfin böyük hissəsini təşkil edən xırda və orta feodallara rıtsalara arxalanırdı. Onların çoxu vassallıq relləri ilə birbaşa kralla əlaqədar idilər və güclü kral hakimiyyətinin mövcud olmasını çox istəyirdilər; belə hakimiyyət onları iri feodalların – baronların özbaşınalığından qoruyur, başlıcası isə kəndliləri təkmilləşdirməkdə onlara kömək göstərirdi. Siciliya krallığında kilsə papalıqdan daha çox dövlətdən asılı idi. İqtisadi cəhətdən zəif olan Cənubi İtaliya və Siciliya şəhərləri kral hakimiyyətindən tam asılı vəziyyətə düşdülər. Krallar heç bir müdaxiləyə rast gəlmədən şəhərləri çapıb talayırdılar ki, bu da müəyyən vaxta qədər dövlətin maliyyə əsasını möhkəmləndirirdi. Norman işğalı dövründə ələ keçirilmiş geniş kral torpaqları (domen) da mərkəzi hakimiyyəti maddi sərvətlə təmin edirdi. Buna görə də, Siciliya krallığında baronlar kifayət qədər güclü olsalar da, onlar kral hakimiyyətini sarsıda bilmədilər.
XII əsrin sonları üçün nail olunmuş mərkəzləşmə XIII əsrdə daha artıq güclənir. XII əsrin sonlarında Siciliyanı idarə edən norman sülaləsi Hohenştaufenlərlə qohum oldu və 1212-ci ildən 1250-ci ilədək (həmin il də daxil olmaqla) krallığa Fridrix Barbarossanın nəvəsi – II Fridrix Hohenştaufen başçılıq etdi. O, 1220-ci ildən etibarən, eyni zamanda, Müqəddəs Roma imperiyasının da imperatoru oldu. II Fridrixin kiçik yaşlarında Siciliya krallığı, faktiki olaraq, papa III İnnokentinin hakimiyyəti altına düşdü. Lakin onun ölümündən sonra II Fridrix hakimiyyəti öz əlinə aldı. O, Şimali və Orta İtaliyanı da ələ keçirmək üçün Siciliya krallığını özünün əsas dayağına çevirməyə cəhd göstərdi. Xırda cəngavərlərə arxalanan II Fridrix baronların müqavimətini qırdı. 1231-ci ildə o, “Melfi konstitusiyası” verdi. Həmin konstitusiyaya görə axırıncı 40 il ərzində tikilən feodal qəsrləri bünövrəsindən qazılıb yox edilməli idi; bu feodal – baron əyanlarına çox ciddi zərbə vurdu. Kral məhkəməsi möhkəmləndi və ümumdövlət vergiləri artdı.
Fridrix, həmçinin, saraçinlərdən (Şimali Afrikanın əhalisi nəzərdə tutulur – tərcümə) muzdlu qoşun da təşkil etməyə başladı ki, bu da onun iri feodallardan asıllığının aradan qaldırılmasını təmin edirdi. O, eyni zamanda, şəhərlərin müstəqillik əldə etmək üçün göstərdikləri bütün cəhdlərin qarşısını da qətiyyətlə alır, onları daim nəzarət altında saxlayırdı.
Fridirixin zamanında Sicilya krallığı İtaliyanın ən böyük və mərkəzləşdirilmiş dövlətinə çevrildi. Lakin bu dövlətin qüvvətlənməsi uzun sürməədi. Öz siyasətini Papalığa qarşı gələcəyi
olmayan mübarizəyə tabe edən II Fridrix Sicilya krallığının əhalisini hədsiz vergilərlə var-yoxdan çıxardı: o, ağır torpaq vergisi aldırdı, duz üzərində inhisar qoydu, şəhərləri soyub-taladı, kral torpaqlarında yaşayan kənlilərin istismarını şiddətləndirdi. Onun hakimiyyətinin sonuna yaxın ölkə tamamilə əldən düşmüşdü .
“Siciliyanın axşam ibadəti”
Fridirxin ölümündən sonra, 1268-ci ildən, Sicilya krallığını papanın razılığı ilə Fransa kralının qardaşı Anjunu Karl ələ keçirdi. Karl geniş işğalçılıq siyasəti həyata keçirdi: İtaliyanın çox şəhərlərini özünə tabe etdi, Tunisə qarşı xaş yürüşündə iştirak etdi, Konstantinopola yürüş təşkil etdi. Hərbi xərcləri ödəmək o, yeni baş vergisi qoydu. Feodal əyanlarını öz tərəfinə çəkmək üçün Anjunu Karl onlara böyük imtiyazlar verməyə məcbur oldu. Bununla da baronların siyasi nüfuzu yenidən qüvvətləndi və kəndlilərin vəziyyəti pisləşdi. Zülmün şiddətlənməsinə və yadelli hakimlərin həyasızlığına cavab olaraq 1282-ci ildə Palermoda
“Siciliyanın axşam ibadəti” adı ilə məşhur olan kortəbii xalq üsyanı qalxdı. Rəvayətə görə, həmin ad bununla əlaqədardırki, üsyan, şərti işarə olaraq, axşam ibadətinə çağıran kilsə zənginin vurulması ilə başlanmışdı.
Üsyançılar Sicilyanın başqa şəhərlərinə də yayıldı və şəhərlər fransızlara itaət göstərməkdən imtina etdilər. Bu hadisələr nəticəsində Siciliya krallığı dağıldı. Cənubi İtaliya Neapol krallığı adı ilə Anju sülaləsinin hakimiyyəti altında qaldı. Siciliya isə 1302 –ci ildə araqon krallığına keçdi.
Dostları ilə paylaş: |