Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə179/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   175   176   177   178   179   180   181   182   ...   263
Orta srlr tarixi S D Skazkin

Portuqaliya.

Pireney yarmadasının üçüncü müstəqil krallığı Portuqaliya idi. Portuqaliya uzun müddət Kastiliyanın tərkib hissəsi olmuşdur. Buranın sosial və siyasi inkişafı bir çox cəhətdən Kastiliya ilə eyni idi. XII əsrin ortalarında Portuqaliya kralları qəti olaraq Leon –Kastiliya monarxiyasından ayrıldılar. Onlar papanın vassallığını qəbul etdilər və ona illik senz ödəməyi öhdələrinə aldılar. Buna çox cəhətdən ölkənin siyasi həyatında kilsənin olduqca böyük əhəmiyyətə malik olması şəraiti yaratmışdır.Burada ruhani-cəngavər cəmiyyətləri,o cümlədən Avis ordeni,böyük nüfuz qazanmışdılar. Onlar Rekonkistada mühüm rol oynamış və həmin hərakatın gedişində böyük torpaq mülkləri tutmuşdular.Mavrlardan torpağın geri alınması və məskunlaşdırılmasında ,həmçinin azad kəndlilər də iştirak etmişdilər.


Buna görə də ,Kastiliyada olduğu kimi Portuqaliyada da feodallar,kilsə və ruhani-cəngavər cəmiyyətlərinin iri torpaq mülkləri ilə yanaşı xeyli şəhər və sərbəst kəndli icmaları da vardı .Həmin şəhər və kənd icmalarının hüquqi vəziyyəti Kastiliya fueroslarına bənzər “foranş”lərdə təsbit olunmuşdu.


XIII əsrdə Portuqaliya şəhərləri tərəqqi edir. Ölkənin İngiltərə,Fransa və Flandriyadan Aralıq dənizinə gedən ticarət yollarının üstündə olması buna imkan yaratmışdır.Portuqaliyanın dənizsahili şəhərləri içərisində Lissabon daha böyük əhəmiyyət kəsb edirdi.Həmin şəhər XIII əsrin ortalarında ölkənin paytaxtı Koimbra əvəzində oldu və Avropanın ən böyük ticarət mərkəzlərindən birinə çevrildi. Şəhərlər ,ilk növbədə ruhani,habelə dünyəvi feodalların mərkəzdən ayrılma meyillərinə qarşı təkbətək mübarizədə kral hakimiyyətinin dayağı idilər.


XIII əsrin ortalarında cənubda Alqarvi vilayətinin azad edilməsi ilə Portuqaliyada rekonkista ,əsasən başa çatdı.Lakin XIV əsrdə Şimali Afrika tayfaları ölkənin cənub vilayətlərinə dəfələrlə basqın etdilər. Onlara qarşı mübarizə gəmiquraşdırmanın,habelə dənizçiliyin inkişafına kömək etdi.Portuqaliyalıların ilk coğrafi kəşfləri də bununla əlaqədardır .Artıq XIV əsrdə, portuqaliyalıların ilk coğrafi kəşfləri nəticəsində Portuqaliya müstəmləkə imperiyası yaranmağa başlayır. Bu imperiyanın hüdudları ,XV əsrdə,artıq aydın surətdə nəzərə çarpır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin