Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə181/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   177   178   179   180   181   182   183   184   ...   263
Orta srlr tarixi S D Skazkin

Sinfi mübarizənin kəskinləşməsi.

İspaniya dövlətlərində əmtəə pul münasibətlərinin inkişafı nəticəsində asılı feodal kəndlilərinin istismarı qüvvətləndi.Azad kəndlilərdə öz üzərlərində senyorların hakimiyyətini çox hiss edirdilər. Kastiliyada qoyunşuluğun inkişafı nəticəsində XIV-XV əsrlərdə kəndli torpaqları kütləvi surətdə otaqlara çevrildi .Bütün bunlar Kastiliya kəndində sinfi mübarizəni kəskinləşdirdi. Bu mübarizəni feodallarla şəhərlilər arasındakı münaqişələr və feodalların özünün hakimiyyət uğrunda mübarizəsi mürəkkəbləşdiridi.


Kastiliyada “ermandinoslar” (qardaşlar) üsyanı xüsusilə məşhur idi. Həmin üsyanı hökumət 1437-ci ildə yatırdı. XIV-XV əsrlərdə Balear adalarında kəndli üsyanları baş vermişdi. Burada tacirlərin zülm etdikləri şəhər yoxsulları kəndlilərə qoşulmuşdular.


XV əsrin bir neçə on illiyi ərzində Kataloniya xüsusilə inadlı və kütləvi kəndli hərakatı meydan idi. Burada, qeyd olunduğu kimi ,kəndlilərin vəziyyəti xüsuilə ağır idi. Kataloniya təhkimləri içərisində hərakat XIV əsrin əvvəlində başlanmışdı. Kəndlilər şəxsi asililığın və “iyrənc qaydalar”ın ləğv olunmasını tələb edirdilər. 1462-1472- ci illərdə Kataloniyanın şimalında əsl kəndli müharibəsi qalxdı. Az torpaqlı və torpaqsız azad kəndlilərdə üsyana qalxmış təhkimlilərə qoşuldular. Onlar torpaqların yenidən bölüşdürülməsini tələb edirdilər. Üsyan kifayyət qədər mütəşəkkil xarakter aldı: onun iştirakçıları hərbi dəstələrə bölünmüşdülər; üsyan iştirakçılarından hərbi ehtiyaclar üçün vəsait toplanılırdı. Üsyançılara yoxsul idalqo Veritalyat başçılıq edirdi. Kataloniya əyanları və şəhərləri ilə düşmənçilik edən Araqon kralı II Xuan üsyandan öz məqsədinə nail olmaq üçün istifadə etdi. Vertalyat və onun kəndli ordusunun köməyi ilə II Xuan Kataloniya üzərində öz hakimiyyətini möhkəmləndirdi. Bunun müqabilində Veritalyat zəngin torpaq mülkləri və vikont adı aldı, kəndliləri isə bəzi cüzi güzəştlərlə sakitləşdirdi. Lakin bu güzəştləridə ,çox keçmədən, parlament ləğv etdi.


1484- cü ildə Kataloniyada kəndli Pedro Xuan Salanın rəhbərliyi ilə yeni güclü kəndli üsyanı baş verdi. Hökumət qoşunlarının üsyançılara qarşı hərbi əməliyyatı uğursuz oldu. Belə ki, əsgərlər kəndlilərə qarşı həvəsiz çıxış edirdilər. Salanın əsir alınması və edam olunması hərakatı dayandırmadı. 1486-cı ildə hökumət üsyançılarla sazişə girməyə və Kataloniya kəndlilərinin şəxsi asılılığını ləğv etməyə məcbur oldu ki, bu da “Qvadalupa nəsihəti” – ndə təsbit olundu. “iyrənc qaydalar”ləğv olundu. Lakin bu qaydaların, demək olar, hamısı müqabilində kəndlilərdən çoxlu ödənc alındı. Kəndlilər şəxsən azad oldular. Onlar az tərpənən əmlaklarını götürüb feodal torpağından gedə bilərdilər. Lakin onların istifadəsində olan torpaq payları, əvvəlki kimi, senyorların mülkiyyətində qalırdı və bunun müqabilində onlardan feodal rentası alınırdı. Kilsə xeyrinə alınan vergilər tamamilə olduğu kimi saxlanıldı.


Beləliklə, orta əsir kəndli üsyanlarının böyük əksəriyyətindən fərqli olaraq , XV əsirdə İspaniyada baş vermiş kəndli müharibələri, qisməndə olsa , müvəfqiyyət qazandılar. Sinfi mübarizənin kəskinləşməsi.Dövlətin mərkəzləşməsi prosesini sürətləndirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin