Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Kəndlilərin vəziyyətinin pisləşməsi



Yüklə 3,06 Mb.
səhifə189/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   185   186   187   188   189   190   191   192   ...   263
Orta srlr tarixi S D Skazkin

Kəndlilərin vəziyyətinin pisləşməsi.

Birlik dövrü kəndlilərin Aslılığının güclənməsi dövrü idi. XIV əsrdə Danimarka və Norveç kəndlilərinin çoxu, artıq, feodal torpağında yaşayır və ona renta verirdilər. Kilsə ən böyük torpaq sahibinə çevrilmişdi. Danimarkada biyar artıq, bazarla əlaqədar olan iri mülk inkişaf edirdi. Bu cür meyllər İsveçdə də nəzərə çarpırdı. Iri torpaq sahiblərinin, xüsusilə kilsəsinin, hüquqları genişlənirdi. Vergilər artırdı. Vergi almaq üçün əmlakı olmayan yoxsulları kəndə və şəhər varlılarına günəmuzd işləməyə məcbur edirdilər. Şəhərlərə köçən kəndliləri zorla kənd yerlərinə qaytarırdılar. Kəndlilər zülmün güclənçəsinə üsyanla cavab verirdilə.




Engelbrekt Engelbrektsson üsyanı (1434-1435).

Danimarka hökmdarlarının Isveç və Norveçin müstəqilliyini məhdudlaşdırmaları bu ölkələrin əhalisin müxtəlif təbəqələrinin mənafeyinə toxunurdu. Isveçdə müxalifət, xüsusilə güclü idi. Stokholm tacirləri, xüsusilə Avropada ən zəngin mis və dəmir mədənlərinin olduğu Dalekarliya əyalətinin filizçıxaranları narazılıqlarını bildirirdilər.


1434-cü ildə məhz Dalekarliyada da üsyan başlandı; filizçıxaranlar və kəndlilər vergilərin azaldılmasını tələb etdi və Isveçdə danimarkalıların və almanların üstünlüyünə qarşı çıxırdılar. Üsyançılara mədən sahibi, cəngavərlər içərisindən çıxmış Engelbrekt Engelbrektsson başçılıq edirdi. Hərəkata bəzi feodallar da qoşuldular. 1435- ci ildə silki nümayəndələr yığıncağı çağırıldı. Bu məclisdə ruhanilər və dünyəvi feodallarla yanaşı, şəhərlilər (burgerlər) və bondlar içərisindən seçilmiş nümayəndələr də iştirak edirdilər. Isveç silki nümayəndəliyi - riksdaq bu cür meydana gəldi. Riksdaq, qəti olaraq, XV əsrin ikinci yarısında formalaşdı. Lakin "dövlət başçısı" seçilmiş Engelbrekt 1436-cı ildə xaincəsinə öldürüldü. Kəndli üsyanı yatırıldı. Lakin bu üsyan Isveçdə Danimarka və almanların üstünlüyünü xeyli sarsıtdı.


Isveçdəki hadisələrin təsiri ilə Norveç, Finlandiya və Danimarkada da üsyanlar başlandı. 1436-cı ildə Osla rayonunda üsyan qalxdı. 1441-ci ildə Şimali Yutlandiyada kəndli hərəkatı başlandı. Bu üsyan dərhal başqa vilayətlərə də yayıldı. Kəndlilər kral qəsrləri və feodal malikanələrini yandırdılar. Bununla belə feodallar xalq hərəkatından öz mənafelərinə istifadə etdilər. Kral Erik Danimarkadan qaçmağa məcbur oldu; kral hakimiyyəti yenidən zəiflədi.


Danimarkada silklər yığıncağı 1468-ci ildən çağırılmağa başladı. Lakin bu məclis (Avropa ölkələrindən fərqli olaraq, Isveçdəki kimi) kral taxtının maliyyə siyasətinə nəzarət etmir və olduqca qeyri-müntəzəm çağırıldı.


Skandinaviya ölkələri XV əsrin ikinci yarısında.

Kalmar birliyi uğrunda və ona qarşı mübarizənin nəticəsi Isveç və Norveçdə eyni deyildi. Lubek və Rostok tacirlərinin sahibkarlıq fəaliyyəti nəticəsində Norveç şəhərliləri (burgerləri) zəif və sıxışdırılmış vəziyyətdə qalmışdılar. XV əsrin sonunda Hanzanın tənəzzülü ilə alman tacirlərinin yerini ölkədən meşə materialı alıb aparan hollandiyalılar, habelə ingilislər, şotlandiyalılar və danimarkalılar tutdular. Zəif Norveç zadəganları birliyə qarşı azadlıq hərəkatına başçılıq etməyə qabil deyildilər. Norveç bu dövrdə Orkney və Şetland adalarını itirdi. Həmin adalar Şotlandiya krallarının hakimiyyəti altına keçdi. XIV əsrin sonunda Islandiyada danimarkalıların ağalığı bərqərar oldu.


15-ci fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin