Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə190/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   186   187   188   189   190   191   192   193   ...   263
Orta srlr tarixi S D Skazkin

Macarıstan XI-XV əsrlərdə


Erkən feodal dövlətlərinin yaranması

Cənubi rus düzənliklərində köçərilik edən macar tayfaları Karpatı aşıb IX əsrin sonlarında Orta Dunayboyunda məskunlaşmağa başladılar. Bütün X əsr boyunca macarlar bu əraziyə yiyələndilər. Məskən saldıqları əlverişli şərait onların təsərrüfat və ictimai tərəqqisinə kömək etdi. X əsrdə macarlar oturaqlaşır və əkinçiliyə başlayırlar. Onlarda feodal münasibətləri təşəkkülə başlayır və erkən feodal dövləti yaranır. Arxeoloji materialların sübut etdiyi kimi, macarların yayıldıqları ərazidə, XI-XII əsrlərədək, əskidən oturaqlaşmış slavyan xalqları müstaqil olaraq qalmışdılar. Onların Orta Dunayboyunda peyda olmaları tarixən VI əsrə aiddir.Bəzi tarixçilərin fikrincə, IX əsrdə orada valaxlar (indiki rumınlar və moldavanların əcdadları) da yaşayırdılar. Digər alimlər valaxların burada XIII əsrin əvvəlindən yaşadıqlarını göstərirlər. Belə qədim oturaq əkinçilik ənənələrinin mövcud olması onun macarlar içəriində də inkişafına kömək etdi. Macarıstanda XIII əsrin ortalarına qədərki dövrün səciyyəsi feodal münasibətlərinin təşəkkülü və qanunlaşması prosesindən ibarətdir. Bu prosesi macarların öz aralarında əmlaka görə təbəqələşmə və nəsli- tayfa əyanlarının seçilib ayrılması ilə yanaşı,macar dəstələrinin X əsrin birinci yarısında Mərkəzi və Qərbi Avropa ölkələrinə və Balkan yürüşləri də sürətləndirdi. Ələ keçirilən qənimət (qullar və daşınar əmlak) nəsli-tayfa yuxarı təbəqələrinin varlanmasına səbəb olurdu. Bu təbəqələr isə bir qədər sonra feodallar sinfinin əsasını təşkil etdilər.Macarlarda feodalizmin təşəkkülünə, görünür, bu ərazidə məskunlaşmış Pannoniya slavyanlarında, habelə qonşu slavyan xalqlarında, mövcud olan mühüm ictimai təbəqələşmə kömək göstərmişdi.


İctimai təbəqələşmənin güclənməsi ilə əlaqədar olaraq Orta Dunayboyu vilayətlərdə dövlət təşkilatı özəkləri meydana gəlird ki, bunlara da macar əyanlarının nümayəndələri başçılıq edirdilər (X əsron ikinci yarısı). Macarların xristianlaşması da elə bu dövrə aiddir. Həmin vilayətlərdən birinin hakimi, Arpadlar nəslindən olan İştvan bu vilayətləri öz hakimiyyəti altında birləşdirə və papa II Silvestrdən tac və kral ləqəbi (1000 ya 1001-ci il) ala bildi. Onun zamanında (İştvan zamanında – 1000-1038) erkən feodal dövlətinin əsası qoyuldu və xristianlaşma başa çatdı. Bu kralın və onun varislərinin ( Arpadlar sülaləsi 1301-ci ilədək hakimiyyətdə olmuşdur) daxili siyasəti ölkədə feodal münasibətlərinin inkişafına şərait yaratdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin