Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Feodal münasibətlərinin təşəkkülünün başa çatması (XI – XIII əsrlər)



Yüklə 3,06 Mb.
səhifə191/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   187   188   189   190   191   192   193   194   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodal münasibətlərinin təşəkkülünün başa çatması (XI – XIII əsrlər)

İri torpaq sahiblərin ( dünyəvi və ruhani) və kral mülklərində ilk əvvəl azad icma üzvləri və müxtəlif qruplardan olan asılı kəndlilər yaşayırdılar. Servlər və libertinlər – torpaq verilmiş qulların nəsilləri feodallardan daha ağır asılılıq vəziyyətində idilər. Lakin XI əsrdə onlar, artıq asılı kəndlilərə çevrilmişdilər. Servlər və libertinlərin əsas mükəlləfiyyəti biyar idi. Lakin kilsə torpaqlarında biyarı, hələ erkən dövrlərdə, məhsul rentası arxa plana sıxışdırmışdı. Geniş kral mülklərində yaşayan kəndlilərin xüsusi qrupu “qəsr adamları”ndan ibarət idi. Bunlar torpaq verilmiş keçmiş döyüşçülər idilər. Onlar krala hərbi xidmət göstərməklə yanaşı məhsul töycüsü verməli və işləyib ödəmə mükəlləfiyyətləri icra etməli idilər. Digər kəndli qrupu “həyət-baca adamları”ndan – “udvornik”lərdən (slavyan sözü “dvor”dan əmələ gəlmişdir) ibarət idi. Bu kəndlilər kralın saray təsərrüfatında qulluq edirdilər.XI əsr ərzində azad icma üzvlərinin əsas


kütləsinin asılı feodal kəndlilərinə çevrilməsi başa çatdı.XII-XIII əsr abidələrində qeyd olunan “azad” kəndlilər, əslində, asılı əhali qruplarından biri idi; hərçənd başqa asılı kəndlilərdən fərqli olaraq, onlar sərbəst surətdə bir ağanın təsərrüfatında digərinə keçmək hüququnu saxlayırdılar. Bu qrupdan olan kəndlilərin biyarın məhsul töycüsü və pul vergisi ilə əvəz olunmasını iddia etmək hüququ da vardı. Icma üzvlərinin asılı hala salınmalarına qarşı onların etirazı ən parlaq ifadəsini 1046 və 1061-ci illərin kəndli üsyanlarında tapdı. Bu üsyan feodalizmdən əvvəlki qaydalara və bütpərəstliyə qayıtmaq şüarı altında keçirdi.

Beləliklə XIII əsrin sonuna doğru Macarıstanda iqtisadi və hüquqi baxımdan vahid asılı feodal kəndliləri sinfi təşəkkül edir. Bu zaman sərvlər və libetinlərin vəziyyəti yüngülləşir, “azad “ kəndlilərin asılılığı isə əksinə güclənir. XIII əsrin ortaları üçün kəndli mükəlləfiyyətləri vahid şəklə salınır ki, bunların da ümumi kütləsində məhsul rentası üstünlük təşkil edirdi. Məhsul rentası ilə yanaşı pul rentası da var idi XIII əsrin sonları üçün bütün asılı kəndli təbəqələri, sərbəst surətdə, bir feodalın torpağından digərinə keçmək hüququna malik idilər. XIII əsrin 2-ci yarısında kəndlilərin feodallar əleyhinə mübarizəsi güclənir. Bu mübarizə özünü başlıca olaraq , kütləvi qaçaqlıq və köç hərəkatı formasında biruzə verirdi. XIII əsrin ortalarına doğru, həmçinin istər ayrı-ayrı feodal qruplarının , istərsə də bütünlüklə hakim sinfin hüquqları və imtiyazlarının rəsmiləşdirilməsi də başa çatır. Hakim sinfin formalaşmasında iri macar torpaq sahibləri ilə yanaşı, həmçinin X-cu əsrdə Macarıstan ərazisinə soxulmuş və tezliklə macar feodalları ilə qaynayıb-qarışmış alman cəngavərləri, habelə slavyan nəsli əyanları də iştirak etmişdilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin