Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə194/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   190   191   192   193   194   195   196   197   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodal özbaşınalığı

XIII əsrdə feodal münasibətləri təşəkkülünün başa çatması mərkəzi hakimiyyətin zəifləməsi və ayrı-ayrı feodal nəsillərinin qüvvətlənməsi ilə nəticələndi. Bir neçə iri dünyəvi feodal nəsilərinin iri torpaq mülkləri yaranmağa başlayır: Dunayın o tərəfindəki vilayətdə Nemətuyvari (Henrikfi) qrafları nəslinin şimal-qərb torpaqlarında (müasir Slovakiya ərazisində) Çaklar nəslinin, şərq və şimal-şərq vilayətlərində Aba və Borşa nəsillərinin mülkləri meydana gəlir. Bu iri feodal nəsillərinin hər biri kralla hesablaşmadan müstəqil daxili və xarici siyasət yürüdürdü. Onların öz qoşunları vardı. Bu qoşunun əsasını familiarlar adlanan xırda zadəganlar təşkil edirdi. Kilsə feodalları da öz mülklərində, faktiki olaraq, müstəqil idilər. Kral IV Laslonun (1272-1290) iri feodal sahibkarlara qarşı Macarıstanda məskunlaşmış qıpçaqlara (poloveslərə) arxalanmaq siyasəti də uğurlu olmadı.


İri feodal sahibkarlar 1279-cu ildə IV Laslonu əsir aldılar, 1280-ci ildə isə qıpçaqları darmadağın etdilər. Feodal özbaşınalığı Arpadlar sülaləsinin son hökmdarı III Endrenin (1290-


1301) hakimiyyəti illərində və bundan sonra başlanan kralsızlı (səltənət fasiləsi) dövründə (1301-1308) özünün ən yüksək inkişaf səviyyəsinə çatdı.B u zaman-kralsızlıq dövründə Macarıstan taxtı üstündə yadelli sülalələrin nümayəndələri arasında mübarizə gedirdi. Feodal özbaşınalığı şəraitində kəndli təsərrüfatları xüsusilə çox zərər çəkirdilər.


Kəndlilər və kəndli hərəkatları (XIV – XV əsrlər)

XIV əsrdə Macarıstan krallığında məhsuldar qüvvələrin inkişafı nəzərə çarpır. Əkinçilik, qəti olaraq, bu zaman əsas kənd təsərrüfatı sahəsinə çevrildi. Əkinçiliyin tərəqqisinin göstəricisi üçtarlalı əkin sisteminin tətbiq olunmağa başlaması idi. Kənd təsərrüfatı məhsulları satış üçün, qismən, inkişaf etməkdə olan şəhərlərə və hətta qonşu ölkələrə - Çexiyaya, Avstriya torpaqlarına, Polşaya aparılırdı. Bu XIV-XV əsrlərdə feodal rentasının xarakterinə də təsir göstərirdi. 1351-ci ildə yeni natural vergi alınması – doqquzda bir vergi qanunla tətbiq olundu. Ayrı-ayrı mülk sahibləri biyardan getdikcə daha çox istifadə edirdilər. Eyni zamanda kəndlilərin hüquqi vəziyyəti də pisləşirdi. Kəndlilər,əgər XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər, faktiki olaraq, sərbəst surətdə bir torpaq sahibinin yanından digərinə keçmək hüququndan istifadə edə bilirdilərsə, XIV əsrin birinci onilliyində yeni qanun qəbul edildi. Həmin qanuna görə bir torpaqdan digərinə ancaq əvvəlki torpaq sahibi icazə verdikdə keçmək olardı. XV əsrdə iri feodalların bir çoxu öz mülkiyyətinin əhalisi ilə əlaqədar olaraq krallardam ali məhkəmə hüququ – “qılınc hüququ” aldılar. Feodal istismarının və kəndlilərin hüquqsuzluğunun artması sinfi mübarizənin qüvvətlənməsinə səbəb oldu. Sinfi mübarizə ayrı-ayrı icmaların feodallara qarşı silahlı çıxışları, qaçaqlıq, kilsə onda birini ödəməkdən imtina etmək formalarında özünü büruzə verirdi. XV əsrin 30-cu illərində Macarıstanda qusçuluq geniş yayıldı sinfi mübarizənin kəskinləşməsinin ən yüksək nöqtəsi vlax kəndlilərinin (Şərqi Romanniya kəndlilərinin) və krallığın şərq (Transilvaniya) və şimal-şərq vilayətlərinin macar kəndlilərinin üsyanı (1437-1438) həmin üsyanın məfşurə əsası taborçuların- qusçuluğun inqilabi kəndli- plebey cinahı nümayəndələrinin təlimi idi. XV əsrin ikinci yarısında krallığın şimal vilayətlərindəki dağlarda ( müasir Slovakiya) Pyotr Aksamitin başçılıq etdiyi taborçu dəstələr fəaliyyət göstərirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin