Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Komninlər zamanında imperiyanın xarici siyasəti



Yüklə 3,06 Mb.
səhifə202/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   198   199   200   201   202   203   204   205   ...   263
Orta srlr tarixi S D Skazkin

Komninlər zamanında imperiyanın xarici siyasəti

I Aleksey Komninin ( 1081-1118) taxta çıxması torpaq sahibləri olan feodal əyanların zadəgan məmurlar üzərində qələbəsi demək idi. İmperiyanın veziyyəti son dərəcə ağır idi. Türklər – səlcuqlar, demək olar bütün Kiçik Asiyanı Bizansın əlindən almısdılar. İmperiyanın İtaliyadakı axırıncı mülklərini də işğal edən normanlar1081-ci ildə Adroatok dənizin sahilinə çıxdılar və mühüm strateji məntəqə olan Dirraxiyanı (Draçı) elə keçirdilər. Onlar Epir,Makedoniya və Fessaliyanı qarət etdilər. Normanlara qarşı mübarizədə Aleksey Komnin məğlub oldu. Yalnız 1085-ci ildə Venetsiyanı köməyə çağırdıqdan sonra, imperator normanların Balkan yarimadasından çıxıb getməsinə nail ola bildi. Bunun müqabilində isə Venetsiya tacirləri böyük ticarət imtiyazları eldə etdilər.


Lakin elə o zamandaca daha ciddi təhlükə yarandı. Əvvəllər qısamüddətli basqınlar edən və adətən Dunayın o tayına qayıdan peçeneklər imperiyanın hüdudları daxilində qışlamağa başlamışdlar. Alekseyin peçeneklərə qarşı yürüşü onun ordusunun tamamilə darmadağın edilməsilə nəticələndi. Peçeneklərə, qilçaqlar( poloveslər) də kömək edirdilər. Qipçaq qoşunları da imperiyaya müdaxilə etdilər. Turklər Konstantinopola qarşı birgə hərəkət barədə


peçeneklərlə danışıqlara balamışdılar. Ümidsizliyə qapılmış imperator hərbi kömək üçün Qərbə müraciət etdi. O, peçeneklərlə qıpçaqları (poloveslerle) bir-biri ilə toqquşdura bildi. 1091-ci ilin yazında peçenek ordası demek olar ki, tamamilə məhv edildi. Birinci Xaç yürüşü zamanı Aleksey diplomatiyanın köməyi ilə Nikeytanı geri qaytardı. Sonra sə Qərbi Avropa cəngavərlərinin qələbəlırindən və türklərin – səlcuqların öz aralarındakı didişmələrdən istifadə ederək Kiçik Asiyanın bütün şimal qərb hissəsini və qara dənizin cənub sahili boyunu geri aldı.

İmperiyannın vəziyyəti xeyli möhkəmləndi. Antioxiya xaçlı (səlibçi) dövlətinin başçisi Tarentli Boemund Bizansın vassallığını qəbul etdi.


1122-ci ildə peçeneklərin yeni qoşunları Frakiya və Makedoniyanı var-yoxdan çıxartdilar. Lakın II İohann Komnin (1118-1143) köçəriləri darmadağın edə bildi. Bu vaxtlar Venetsiya tacirləri Konstantinopolda və Bizansın başqa şəhərlərində möhkəmcə qərarlaşdılar. Venetsiyaliları imperiya üçün elverişsiz olan imtiyazlardan mərum etmək cəhdi uğursuz oldu. Venetsiya donanması adalari və sahilboyunu xarabazara dönderdi və imperatoru I Alekseyin onlara verdiyi güzəştləri təsdiq etməyə məcbur etdi. Bizansı başlıca təhlükə Şərqdən gözləyirdi.İmperiya türklərlə- səlcuqlarla mübarizə nəticəsində Kiçik Asiya yarımadasının cənub sahilboyunu geri aldi. Lakin Suriya və Fələstin üstümdə xaçlılarla (səlibçilərlə) müharibələr ölkəni ancaq zəif vəziyyətə saldı.İmperiya yalnız şimali Suriyada qüvvətli mövqə saxlaya bildi.


XII əsrin ortalarında Bizans xarici siyasətinin ağırlıq mərkəzi Avropaya keçirildi. İtliya Siciliya normanlarının Adriatik dənizinin sahil boyuna, Korfu adasına, Korinfə, Fivaya və Ekeydənizi adalarına yeni basqınlarını def etdi. I Manuil Komninin (1143-1180) nortmanlarla müharibəniİtaliyaya keçirmək cəhdi məğlubiyyətlə sona catdi. Lakin Manula öz hakimiyyətini Serbiyada bərqərar etməyə, Dalmasiyanı geri qaytarmağa və Macarıstanı Bizansdan asılılığı vəziyyətinə salmağa nail oldu. Ancaq imperiyanın qüvvələritükənmişdi-1176-cı ildə. Miriokefal (Kiçik Asiyada) yaxınlığında Manuilə Konya (Rum) sultanlığının türkləri – səlcuqları darmadağın etdilər. Imperiya özünün bütün sərhədləri boyunca müdafiəyə keçməyə məcbur oldu.


XII əsrin sonlarında imperiyanın daxilində vəziyyət son dərəcə qeyri-sabit idi, hakimiyyət uğrunda şiddətli mübarizə gedirdi, eyni zamanda tez-tez saray çevrilişləri baş verirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin