Orta əsr xristianlığının ideya əsasları.
Xristian dini təliminin çoxlu dini və fəlsəfi etiqadları, ideyaları və bununla birlikdə qarşılıqlı təsirindən yaranmışdır. Bunların içərisində İskəndəriyyəli yəhudu fulosof yeni ilotonizm tərəfdarları Filok və Romalı sitionizm tərəfdarları Snekanın ideyalarının xüsusi əhəmiyyəti vardır. Lakin sonralar xristianlığın fəlsəfi əsasları Qərbi Avropaya soxulmuş Barbarlar üçün anlaşılacaq şəklə salınmış daha primitiv dini inancların təsiri ilə boy atdı.
Orta əsr feodal-kilsə dünyagörüşünün bünövrəsini Vl vəV əsrin qovşağında hippon şəhərinin yepiskopu Avqustin qoydu. O xristianlığın əsasən Nikeya və Konstantinopol yığınca qalrında 325 və 381-ci illərdə əsası qoyulmuş ehkamlarına özünün işləyib hazırladığı “kilsənin yeganə əffedici rolu haqqında” təlimini əlavə etdi. Avqustin müxtəli təriqətçi cərəyanlarla qəddarlıqla mübarizə aparır, xüsusi mülkiyyət hüququnu qəti sürətdə əsaslandırır, varlılıq və
yoxsulluğu “allahın işi” elan edirdi. Avqustin özünün “Allah dövləti”əsərində dünya tarixi haqqında xristian təsəvvürünü vürmişdir.
Avqustinin irəli sürdüyü tarix ilahi qüvvənin iradəsi ilə inkişafı haqqında fikir orta əsrlərin bütün kilsə-tarix ədəbiyyatının nəzəri əsası oldu. Xristian olmayanları və təriqətçiləri əcinnənin qurbanı edən Avqustin vəd edirdi ki, onları təkcə inandırmaq deyil, həm də kilsə təlimini qəbul etməyə məcbur etmək lazımdır. O, həmçinin kilsənin “ilahi bərəkət”in yeganə mühafizəçi olması haqqında müddəa işləyib hazırladı. Bu müddəaya görə kilsə “ilahi bərəkət”in köməyi ilə insanların günahlarını bağışlaya və bununla da onlara “əbədi qurtuluş” bəxş elədilər. Bu təlim kilsənin ümumi əhəmiyyətini artırdı və ruhanilərlə dindarlar arasındakı dərin fərqi qəti surətdə (bir ehkam kimi) əsaslandırdı ki, bu cəhət də, xüsusliə, orta əsr qərb xristian kilsəsi üçün xarakterikdir.
Bununla belə Avqustinin ilahiyyatçılıq və fəlsəfi tarixi görüşlərində çoxlu ziddiyətlər vardı. Rəsmi kilsəyə düşmən görüşlərin tərəfdarlarının da, məsələn, Viklif, Yan Qus və b-nın, onun bəzi müddəalarına əsəslanmağa cəhd göstərmələri bununla izah olunur.
Dostları ilə paylaş: |