Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Bizansda feodal təsərrüfatının dağılma ünsürlərin meydana gəlməsi



Yüklə 3,06 Mb.
səhifə206/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   202   203   204   205   206   207   208   209   ...   263
Orta srlr tarixi S D Skazkin

Bizansda feodal təsərrüfatının dağılma ünsürlərin meydana gəlməsi

XIV-XV əsrlərdə Bizansın iqtisadiyyatında əmtəə-pul münasibətləri getdikcə daha mühim rol oynayırdı. Kənddə bazar üçün taxıl və başqa məhsullar artırdı. Xarici bazarla əlaqə yaranırdı.Əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində kəndilərin natural mülkiyyətlərinin bir qismi pul odənişləri ilə əcvəz olunurdu. Buda kəndlilərin içərisindıə əmlaka görə təbəələşməni gücləndiridi. Kəndlərdə varlı təbəqə yaranırdı. Bununla yanaşı kəndlərin bir hissəsi yoxsullaşdı və müflisə çevrildi. XIV – XV əsrlərə aid sənədlərdə tez-tez aktimonlar adlanan kəndlilərin - əmlaksızların , yəni, yoxsulların adı çəkilir. Onların içərisindən bəzən muzdlu işçilər çıxırdılar. Həmin muzdlu işçilər getdukcə daha çox feodalların xeyli böyük sahələri əhatə edəın şəxsi torpalarını becərməyə çalışırdılar. Təhkimli kəndlilərin biyar əməyi


və həyat –baca kəndlilərinin əməyi XIV əsrdən başlayaraq , artır, feodalların şəxsi təsərrüfatlarında nisbətən az rol oynayırdılar.

Kəndlilərin müflisləşməsinə sələmçilikdə kömək edirdi. XIV-XV əsrlərdə sələmçiliyi inkişafı barədə bir müasirlər məılumat verirdilər. Onlar sələmçilərin həmtayfalarını köləyə döndərən vəhşi heyvanlar adlandırırdılar. Bizansda ən əddar sələmçilər monastırlar idi.


Əmtəə-pul münasibətləri inkişafı və kəndlilərin əmlaka görə təbəqələşməsinin artması feodalizm quruluşunun dağılması ünsürlərinin meydana gəlməsinə səbəb olurdu. Feodaalizm uruluşunun dağılması ünsürlərinin meydana gəlməsi, qərbi Avropa ölkələri ilə müqayisədə, XıV – XV əsrlərin Bizans kəndində ləng sürətdə gedirdi.




XIII-XV əsrlərdə Bizans şəhəri.

XIII – XV əsrlər Bizansı üçün şəhər həyatı tənəzzülünün getdikcə artması səciyyəvi idi. Yalnız taxıl ticarəti mərkəzlərinə çevrilmiş bəzi şəhərlər istisna təşkil edirdilər. Bizans italyan tacirləri və sənətkarlar emalatxanaları ilə doldu. Onların rəqabəti həmçinin sələmçiliyin inkişafı yerli Bizans sənətkarlarının geniş təbəqələrinin yoxsullaşması və müflisləşməsinə səbəb oldu. Onlar şəhər plebeylərinin sıralarına qarışıb onu sayca artırırdılar.


Imperiyanın feodal hakimlərinin uzaqgörməz siyasəıti nəticəsində XIV əsrdən etibarəın





dövlətin xarici

siyasətinin

mühim hissəsi Keniya, Vanetsiya, Piza



Qərbi Avropa

tacirlərinin əlində cəmləşmişdi. İmperiyanın ən mühim məntəqələrində

- Fessalonukada ,

Adrianopolda,

demek olar , bütün şəhərlərində ticarət faktorları vardı.

Bosfor sahillərində

möhkəmlənən

genuyalılar

öz tacirlərinin qara dəniz sahillərinə də yayırlar.

XIV –XV

əsrlərdə Qara

dənizdə və

Egey dənizində genuyalıların bə venetsiyalıların

gəmiləri

hökmranlıq edirdilər. Bizansın bir vaxtlar qüdrətli olan donanması tənəzzülə uğramışdı. XIII-XIV əslərdə xalq hərəkatları, Zilotlar üsyanı


Feodal istismarının güclənməsi xalq kütlələrinin müqavimətinə səbəb oldu. Ölkədə kəndli üsyanları qalxırdı. Bunlardan ən böyüyü 1262- ci ildə olmuş Bifineya Akritlərinin – Kiçik Asiyada sərhəd hərbi məskunlarının usyanı idi. Nigeya yaxınlığındakı Bifeniya dağlarında yaşayan azad kəndlilərdə üsyana qalxmiş akrritlərə qoşulurdular. Sadəlövcəsinə xeyirxah kəndli kralına inan üsyançılar Mixayıl paleoloqun qəsbkar olduğunu bildirirdilər. Eyhan adlı bir oğlan uşağını imperator elan etdilər. Onlar həmin uşağı Nigeya imperatorlarının anuni varisi hesab edirdilər. Üsyançılara qarşı yeridilmiş hökümət qoşunları ağır tələfata uğradılar. Həmin üsyanı ancaq üsyançıların varlı hissəsini vədlərlə ələ aldıdan sonra yatırma mümkün oldu.


XIV əsrdə Bizans xalq kütlələrinin sinfi mübarizəsi yeni xüsusiyyətlər alır. Kənddə və şəhərdə xalq hərəkatları tez-tez feodallara və hökümətə qarşı vahid çıxışlar halında birləşirdi. XIV əsrin 40-cı illərində demek , olar ki, bütün frakiya və Makedoniyanı əhatə edən üsyanlar bu cür çıxışların parla nümunəsi idi. Xalq hərəkatı İki feodal əyanları Güruhunu taxt-tac üstündə qanlı mübarizəsi şəraitində qalxdı. Bunlardan biri hakim sülalənin nümayəndəsi V İohan Paleoloqu müdafiə edirdi. Digər qrup isə əyalət feodal əyanlarının əl –altısı olan VI İohan Kantakt Uzini imperator elan etmişdi. Hırıkat 1341-ci ildə Adrian Opolda başlandı. Şəhərin yoxsul sənətkarları ətraf kəndlərin kəndlilərin ilə birlikdə kantukuzini müdafiə edən əyanlara , iri feodallara, dinatlara (iri feodal) qarşı üsyana qalxdılar. Üsyana Bran başçılıq edirdi. Müasirlərinin məlumatına görə o, xalq içərisindən çıxmış adam idi. O, dolanmaq üçün


güclə vəsait qazanan işçi idi. Qalib gələn üsyançılar mənfur dinatlara amansızcasına divan tutdular. Adreianopolda baş vermiş üsyan Frakiya və Makedoniyanın başqa şəhər və kəndlərində genış əks-səda doğurdu.

Sonrakı 1342-ci ildə Makedoniyanın ən böyük şəhəri olan Fessalonikada xüsusi qüvvə ilə xalq hərəkatı başlandı. Üsyana başçılıq edən mübarizlər şəhərdə hakimiyyəti ələ keçirdilər və Fessalonikanı mestəqil respublika elan etdilər. Bu üsyana daha əvvəl digər ictimai ünsürlər


– şəhərin , ətraf ərazilərin kəndliləri tərəfindən müdafiə olunan plebey kütlələri , dinatların hakimiyyətinə qarşı mübarizə aparan yuxarı ticarət-sənətkar dairələri və hətta xırda feodallar da iştirak edirdilər. Xırda feodallar hərəkata əyanlardan müsadirə olunacaq torpaqlara sahiblənmək ümidi ilə qoşulmuşdular.


İctimai tərkibin rəngarəngliyi çox keçmədən üsyanın gedişində özünü göstərdi. Zilotların qətiyyətli tələblərindən və xalq kütlələrinin vüsətindən qorxuya düşən Fessolonikanın yuxarı ticarət – sənətkar dairələri və xırda feodallar əyanlarla məxfi sazişə girdilər və 1345-ci ilsə zilotlara qarşı qəsd təşkil etdilər. Lakin , qəsdin üstü açıldı və yenidən silaha sarılan xalq kütlələri öz başçıları Andrey Paleoloq və Georgiy Kekolin rəhbərliyi ilə qəsdçilərə qarşı çıxır. Hakimiyyət tamamilə Zilotların əlinə keçdi.


Zilotlar öz Respublikalarının müstəqilliyini inadlı müharibənin gedişindən hələ 1349-cu ilədək qoruyub saxladılar. Öz hakimiyyətləri dövründə onlar bir sıra qəti tədbirlər həyata keçirdilər: Fessolonika və onun ətraf yerlərində kilsə, monastr və iri dünyəvi feodalların torpaqları müsadirə olundu və ən yoxsul kəndlilərə və şəhər plebeylərinə paylandı. Zilotlar həmçinin monastr və dünyəvi feodalların vergi və mükəlləfiyətlərini ləğv edir, kəndlilərin vergi yükünü yüngülləşdirirdilər. Yoxsulların sələmçilərə olan borcu ləğv olundu. Bir çox hallarda zilotlar kəndliləri təhkimçilikdən azad etmişdilər. Siyasi islahat da keçirilmişdir. Xalqın istənilən nümayəndəsi xalq yığıncağında iştirak edə və vəzifəli şəxsi seçə bilərdi. Onlar kilsələrin bütün siyasi və məhkəmə qərarı vermək hüququnu əldən aldılar. Dini mərasimlərə görə rüsum alınması qaydası ləğv olundu. Zilotlar kilsənin imtiyazlarına qarşı xüsusilə sərt çıxış etdilər. Təriqətçi təlimçilərin təziqi altında Zilotların dini məramnaməsinə kilsənin var-dövlətdən imtina etməsi və dini mərasimlərin sadələşdirilməsi haqqında qanun qəbul edildi.


Feodal irticasının bütün qüvvələri Zilotlar respublikasına qarşı birləşdilər . Feodallar tərddüt etmədən Bizansın ən qorxulu düşməninə -türklərə müraciət etdilər. Fassolonika qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, öz düşmənlərinin birləşmiş qüvvələrinin zərbələri altında süquta uğradı.Bizansda baş vermiş bu çox böyük xalq hərəkatı 1349-cu ildə yatırıldı. Zilotların darmadağın edilməsi və feodalların qələbəsinin nəticəsində Bizans dövlətində qruplarının təntənəsindən ibarət oldu ki, bu da ölkəni fəlakətə aparırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin