Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Sinfi mübarizə. Təriqətçilik hərəkatları



Yüklə 3,06 Mb.
səhifə204/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   200   201   202   203   204   205   206   207   ...   263
Orta srlr tarixi S D Skazkin

Sinfi mübarizə. Təriqətçilik hərəkatları

XI əsrin sonu-XII əsrdə, xüsusilə azad kəndlilərin hələ qaldığı rayonlarda, feodalizmə qarşı baş vermiş kəndli çıxışları onların geniş füsət alması və kəskinliyi ilə fərqlənirdi. XI əsrin son rübündə imperiyanın Avropadakı əylətlərində, xüsusilə Frakiya və Makedoniyada pavelçilər (pavlikianlar) hərəkatı yenidən canlandı, bu hərəkatın mərkəzi Filippopol idi. Burada təriqətcilik hərəkatı böyüyərək XI əsrin 80-ci illərində açıq üsyana çevrildi. Bizans qoşunlarında xidmət edən azad kəndlilər-pavelçilər (pavlikianlar) itaətdən boyun qaçırdılar. Onlar hökümət məmurlarını qovdular və bir ildən çox müddət ərzində imperator hakimiyyətini qəbul etmədilər.Onlara qarşı göndərilən ordu darmadağın edildi. Onlar ikinci üsyanı XII əsrin əvvəlində qaldırdılar. Aleksey Komnin hiylə ilə pavelcilərin (pavlikianların) başçılarını ələ keçirdi və onların əsas qüvvələrini tərkisilah etdi. Üsyan iştirakçılarının əmlakı müsadirə olundu, özləri isə yeni yerlərə köçürüldülər.


Eyni zamanda boqomilçiliyin də təsiri gücləndi. Boqomilçilərin təlimi pavelçilərin təliminə yaxın idi; bu təlim də həmçinin təhkimli təhkimli halına salınmaqda olan kəndli kütlələri və şəhər yoxsullarının feodal istismarına qarşı, kilsə və dövlət zülmü əleyhinə ictimai etirazı idi. Boqomilçilər rəsmi pravoslavlığın ehkamlarını, kilsə iyerarxiyası və mərasimlərini qəbul etmirdilər. Onların nəzəriyyəsi ikili əsas üzərində qurulmuşdu. Boqomilçilər bütün maddi aləmi əcinə əməli hesab edirdilər.


Onlar insanı və bütün dünyanı maddi (şər) və ruhi (xeyir) başlanğıcın mübarizəsindən ibarət hesab edirdilər: əcinənin hər yerdə yaydığı şərə qarşı mübarizədə sərt zahid həyatı sürürdülər. Boqomilçilər hökümət nümayəndələrinə itaət etməməyə və ağalara işləməməyə çağırırdılar. Boqomilçilər amansızcasına təqib olunurdular. Təriqətin başçısı Vasili və onun şagirdləri ələ keçirildilər; boqomilçilərin başçısı təqribən 1111-ci ildə Konstantinopolda camaat qarşısında yandırıldı. XII əsrdə Kiçik Asiyada bir-birinin dalınca kəndli üsyanları qalxdı. Şəhərlərdə xüsusilə Konstantinopolda, vəziyyət fövqaladə dərəcədə kəskinləşmişdi. Paytaxt şəhərliləri 1181, 1182, 1185 və 1186-cı illərdə üsyan qaldırmış, lakin, bunların hamısı məğlubiyyətlə sona yetişdi. Üsyançıların nə müttəfiqləri, nə aydın məqsədləri vardı, nə də ki, şəraitdən baş çıxara bilirdilər. Paytaxt əsilzadələri böhranlı anlarda çevik hiylələrə əl atır, xalqın qəzəbini məharətlə yadellilərə qarşı yönəldirdilər.

Əsas zərbə paytaxtın italyan məhəllələrinə dəyirdi. Üsyanların iştirakçıları cəzalandırılırdılar. İrtica güclənirdi. Xaçlı (səlibçi) - Dördüncü yürüşü iştirakçıları donanmasının Konstantinopol divarları yanında peyda olması ərəfəsində imperiyanın vəziyyəti belə idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin