XII əsrdə Bizansın süqutunun başlanması
I Manuilin ölümündən sonra hakimiyyət az yaşlı II Alekseyin qeyyumu (rekenti) Antioxiyalı Mariya başda olmaqla bir qrup saray intrigaçılarınn elinə kecdi. Yeni hakimlər xəzinəni çapıb-talayır, açiqca italyanları himayə edir, onlardan kömək istəyirdilər. Paytaxta narazılıq aşıb-daşırdı.
1182-ci ildə üsyana qalxmış xalq Konstantinopolun varlı itlyan (latın) məhəllələrini xarabazara çevirdi. Komninlər nəslinin bir qolundan olan I Andronik Komnin (1183-1185) xalq üsyanından istifadə edərək hakimiyyəti elə keçirdi.
İri feodalların iradəsi eləyhinə hakimiyyətə gəlmiş Andronik onlara qarşı mübarizədə xırda feodallara arxalanmağa və tacirlərdən kömək almağa cəhd göstərdi. O,sahil hüququnu mülkləri sahillərində qəzaya uğramış gəmilərin yükünü elə keçirirdilər. Məmurların ozbaşınalığın qarşısını almaq üçün vergi yığılması işini səhmana saldı. Vəzifələrin satılması qadağan olundu.
Müasirlərinin göstərdiklərinə görə o zaman sənətkarlıq və ticarət nəzərə çarpacaq dərəcədə canlandı, kəndlilərin vəziyyəti müəyyən qədər yaxşılaşdı.
Lakin Andronikin islahatları bu vaxta qədər təşəkkül etmiş bütün feodal dövləti sistəminə toxunmadı. Vərgilər əvvəlki kimi ağır olaraq qalırdı. Məmurların əhalini zorla soymasının qarşısını almaq üçün onlar ucün hədsiz dərəcədə yksək məvacib müəyyən edildi. İtalynlar ölkədən qovulmadılar, hətta belə, venetsiyaliların 1171-ci ildə Manuil tərəfindən ləğv olunmuş imtiyazları da bərpa olndu. Konstantinopol tacirləri narazılığını bildirdilər, payxt əsilzadələri və əyalət əyanları imperatora qarşı dalbadal üsyan qaldırırdı. Andronik isə buna misli görünməmiş terrorla cavab verdi- kütləvi edamlar başlandı. Bir-biri ilə ədavət aparan iri feodal qrupları imperatora qarşı birləşdilər.onlar Siciliya kralını köməyə çağırdılar.1185-ci ildə Siciliya normanları Fessalonikanı alıb xarabazara döndərdilər. Andronikə qarşı hazırlandı. Onu elə keçirib işgencə ilə edam etdilər.
Hakimiyyəti II İsaak Ankel ( 1185-1195) ələ keçirdi.Onun zamanında Andr onikin tətbiq etdiyi bütün yüniliklər ləğv edildi. İri əyanların elindən alınmış torpaq mülkləri geri qaytarıldı. Azad əhali yaşayan torpaqların qalıqları da səxavətlə proniya olaraq paylanıldı. Vergi zülmü daha da artdı. İmperator kef məclisləri və eyləncələr üçün xəzinəni dağıdırdı. Rüşvətxorluq artmaqda idi. Imperiya vilayətləri bir-bir itirirdi.Hələ 1183-cü ildə macarlar dalmasıyanı tutmuşdular.1184-cü ildə Kipr ayrılmışdı.1185-ci ildə Şimali Bolqarıstan azadlıq eldə etmiş, 1187-ci ildə isə Bizans Bolqarıstan dövlətinin müstəqilliyini qəbul etmişdi.
90-cıillərin ortalarında ən iri Makedoniya feodalları imperatora itaət göstərməkdən imtina etdilər. 1190-cı ildə Bizans Serbiya dövlətinin də müstəqilliyini qəbul etdi.Hələ X əsrdə yaranmış dövlət XI əsrin əvvəllərindən ətibarən Bizansdan asılı idi. Trabzon da özünü müstəqil elan etdi. Feodal qiyamları yenidən qizişdı. II İsaak taxdan salındı və öz qardaşı III Aleksey (1195-1203) tərəfindən gözləri çıxarıldı
Dostları ilə paylaş: |