Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə201/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   197   198   199   200   201   202   203   204   ...   263
Orta srlr tarixi S D Skazkin

XI-XII əsrlərdə Feodal şəhəri

Sənətkarlıq və ticarətin IX əsrdə başlanmış yüksəlişi XI-XII əsrlərdə əyalət şəhərlərinin çiçəklənməsinə gətirib çıxardı. Kiçik rayonlar daxilində iqtisadi əlaqələr möhkəmlənirdi. Təkcə


şəhərlərdə deyil, həm də satış üçün məhsul məhsul istəhsalını artıran iri monastırlar və dünyəvi feodal malikanələri yanında da yarmarkalar və bazarlar əmələ gəlirdi.

Qərbdəki şəhərlərdən fərqli olaraq Bizans şəhərləri ayrı-ayrı feodallara məxsus deyildilər; bu şəhərlər dövlətin hakimyyəti altında idilər. Buna görədə dövlətin şəhərlərlə ittifaqa girməsinə ehtiyac yox idi. Azad kəndlilərin tənəzzülə uğraması ilə şəhərlərdən alınan vərgilər hesabına eldə olunan gəlir getdikcə böyuk əhəmiyyət kəsb edirdi. Dövlət isə şəhərlərə heç bir imtiyaz vermirdi; şəhərlərin yuxarı tacir-sənətkar dairələr, qərbdəki kimi öz mənafəyini müdafiə etməyə çalışırdılarsada , dövlət bu dairələrin şəhər həyatını müstəqil idarə etmək cəhtinə fəal müqavimət göstərirdi. Şəhərlərdə imperatorun teyin etdiyi çox vaxt,əskərlərdən ibarət olan stratiglər hökmranlıq edirdilər.


Belə şəraitdə feodallar şəhərlərdə öz mövqələrini möhkəmləndirirdilər. Onlar burada evlər, karvansaralar, anbarlar, dükanlar, gəmilərin yan alması üçün körpülər, gəmiləe elkə kecirir və yerli tacirlərin vasitəçiliyi olmadan öz mülklərindən alınan məhsulları özləri satırdılar. XI əsrin sonlarından ətibarən imperatorlar İtaliya respublikalarının ( Venetsiya, Genuya, PİZA) hərbi köməyindən geniş istifadə etməyə başladılar; bunu müqabilində respublikalara çoxlu imtiyazlar, hər şeydən əvvəl imperiyanın ən iri şəhərlərində gömrüksüz ticarət hüququ verirdilər. Feodallar gelmə tacirlərlə geniş surətdə topdan sarış ticarət edirdilər. Çünki gelmə tacirlər həmin malları, xəzinəyə coxlu gömrük və vərgilər verməyə məcbur olan yerli tacirlərə nisbətən daha baha alırdılar.


Beləliklə, şəhərlilər bilavasitə feodallara qarşı deyıl, dövlətə qarşı mübarizə aparmalı olurdular. Son dərəcə elvərişsiz vəziyyətə salınan Bizans şəhərləri yadellilərlə rəqabətə tab getirə bilmirdilər. Yaxınlaşmaqda olan tənəzzülün əlamətləri XII əsrin sonlarına əyalət şəhərlərində hələ kifayət qədər zəif idi. Lakin paytaxda bu tənəzzül əlamətləri artıq XII əsrin əvvəllərindən sürətlə artmaqda idi. Sənətkar və tacir birliklərinin mühafizəkar idarə olunma sistəmi, dövlətin əhəmiyyətsiz himayəçiliyi, yüksək vergilər- bütün bnunlar şəhər sənətkarlığı bə ticarətinin inkşafına əngəl törədir. Həmin sahələr getdikcə tənəzzulə uğrayırdı. Italiya tacirləri ölkəyə getdikcə daha çox miqdarda xarici sənətkarlıq məmulatı getirirdilər. Çox keçmədən xaricdən alınan məmulat Bizans mallarını keyfiyyətcə də ötüb keçdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin