Valaxiya,Moldaviya və Transilvaniyada feodal dövlət təşkilatı.
XIV-XV əsrlər ərzində Valaxiya və Moldaviyada mərkəzi knyaz hakimiyyəti möhkəmləndi. Bu dövrdə hər iki dövlətdə dövlət aparatı yenidən təşkil olundu,knyaz ordusu qüvvəyləndirildi,yeni şəhərlər salındı və qalalar quruldu. Hər bir knyazlığa qospodar başçılıq edirdi.Qospodarların hakimiyyəti,formal olaraq,heç nə ilə məhdudlaşdırılmırdı. Lakin,həqiqətdə,Moldaviya və Valaxiya qospodarları öz daxili və xarici siyasətlərində boyarların iradəsi ilə hesablaşmağa məcbur idilər.Ali hökumət orqanları və vəzifələri ən iri feodalların-“böyük boyarlar”ın əlində idi. Yerli idarələrə başçılıq edən “kiçik boyarlar”onlara tabe idilər. Xidmət müqabilində məvacib almayan bütün bu vəzifəli şəxslər əhalinin hesabına yaşayırdılar.
Transilivaniya XI əsrdən başlayaraq Macarıstanın hakimiyyəti altında idi.Transilvaniyada macar kralının hakimiyyəti hələ 1222-ci il “Qızıl bulla”sının verildiyi vaxtdan etibarən , iri feodallar və kilsənin xeyrinə xeyli məhdudlaşdırılmışdı.XIV-XV əsrlərdə feodalların imtiyazları daha da genişləndi.Zadəgan seymi macar kralı canişininin-Translivaniya voyevodasının hakimiyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Transilvaniyada feodalların mühüm hissəsidə şəhər patrisləri imtiyazlı vəziyyətdə olan macarlar və almanlardan ibarət idilər. Valxların (valaxların)vəziyyəti isə başqa cür idi. Kəndlilərin əsas kütləsi onlardan ibarət idi ki,bunlarda məzlum xalq vəziyyətində idilər;onların nümayəndələri ölkənin idarə olunmasında iştirak etmirdilər.
Tsara Romınyaska və Moldaviyanın Osmanlı imperiyasına,Polşa və macar feodallarına qarşı mübarizəsi.
XIV- XV əsrlərdə Tsara Romınyaska və Moldaviyada mərkəzi hakimiyyətin müəyyən qədər qüvvətlənməsi bu knyazlıqlara saysız-hesabsız xarici düşmənlərə,xüsusilə türklər-osmanlılar kimi güclü düşmənə qarşı inadlı müqavimət göstərmək imkanı verdi.
1389-cu ildə Kosovo meydanında serbləri darmadağın edən türklər Dunayın sol sahilinə çıxdılar və şimala doğru irəlilədilər.Lakin macar kralı Jiqmond Lüksemburqla müqavilə bağlamış Valaxiya qospodarı Mirçinin qoşunları 1394-cu ildə Rovin yaxınlığındakı vuruşmada türklər üzərində ciddi qələbə qazandılar. Ancaq az sonra,qısa müddət üçün Tsara Romınyaskanı zəbt etmiş sayca üstün olan türk qüvvələrinin təziqi ilə,Mirçe hər halda türk sultanının vassalığını qəbul etməyə məcbur olsada , türklərə qarşı mübarizə dayanmadı.1444-cü ildə Varna yaxınlığındakı vueuşmada Valaxiya qoşunları Transilvaniya voyevodası Yanoş Hunyadinin tərəfində iştirak etdilər. Sonralar qospodar Vlade Tsepeş(1456-1462)zamanında Valaxiya qoşunları türkləri bir sıra məğlubiyətlərə uğratdılar. Moldaviya knyazlığının öz istiqlaliyyəti uğrunda mübarizəsi daha mürəkkəb şəraitdə genişlənirdi. Türklərdən başqa Moldaviya üçün qərbdən macar kralı, şimaldan isə Polşa kralı təhlükə törədirdi. Vəziyyəti mürəkkəbləşdirən bir də bu idi ki, knyaz hakimiyyətini möhkəmləndirmiş Xeyirxah Aleksandrın ölümündən sonra (1400-1432) Moldaviyada uzun müddət ayrı-ayrı boyar qrupları arasında taxt tac üstündə mübarizə getdi. Bu mübarizə yalnız III Stefan (1457-1504) qulluqçu zadəganlara, şəhər əhalisi və azad kəndlilərə arxalanaraq “böyük boyarlar”ın müqavimətini qırdıqdan və Moldaviya knyazlığından, demək olar, qeyri-məhdud hakimiyyət ələ keçirməyə nail olduqdan sonra kəsildi. Mahir diplomat olan III Stefan özünün gah bu, gah da digər
düşməni ilə ittifaq bağlayır və mühüm diplomatik hərbi müvəffəqiyyətlər qazanırdı. O, Polşa ilə ittifaq bağlayaraq 1467-ci ildə Moldaviyaya müdaxilə etmiş macar krali Matyaş Hunyadinin (Korvinin) ordusunu Bayya yaxınlığında darmadağın etdi və onu sülh bağlamağa məcbur etdi. Bu ona qüvvələrini, 1474-cü ildə Moldaviya torpaqlarına müdaxilə etmiş türklərə qarşı cəmləşdirmək imkanı verdi. 1475-ci ildə II Mehmetin, III Stefanın ordusundan üç dəfə çox olan, 120 min nəfərlik türk ordusu Vasluy yaxınlığındakı vuruşmada məğlubiyyətə uğradı. Lakin türklər tezliklə Valiya Alba yaxınlığındakı vuruşmada bunun əvəzini çıxsalar da elə həmin ildəcə əsasən, təhkimli kəndlilərdən ibarət olan Moldaviya qoşunları türk sultanının ordusunu yenidən bir sıra məğlubiyyətlərə uğratdılar.
Lakin, qüvvələr bərabər deyildi. Saysız-hesabsız türk yürüşləri, 1484-cü ildə türklərin cənub qalalarını – Kiliya və Belqorodu ələ keçirmələri Moldaviya knyazlığını zəiflətdi. Üstəlik, 1489-cu ildə Polşa kralı IV Kazimir türklərə qarşı ittifaq barədə bundan əvvəl bağlanmış müqaviləni pozdu və Moldaviyaya hücuma hazırlaşdı. Bunlar III Stefanı türklərlə sülh bağlamağa məcbur etdi. Həmin sülhə görə o, hər il türklərə dörd min dukat verməyi öhdəsinə götürdü. Eyni zamanda o, özünün macar kralı ilə ittifaqını da təsdiq etdi. III Stefanın Moskva ilə əlaqələrinin möhkəmlənməsi də elə bu zamana aiddir. Bütün bu addımlar Moldaviya üçün təhlükə törədən Polşa feodallarını dəf etmək üçün şərait yaradırdı. 1497-ci ildə I Yan Albrextin başçılıq etdiyi Polşa ordusu Kozminsk meşəsində (indiki Çernovtsı şəhəri yaxınlığında) darmadağın edildi. 1499-cu ildə Moldaviya ilə Polşa arasında yeni sülh bağlandı.
17-ci fəsil
Dostları ilə paylaş: |