Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Silki-nümayəndəlik monarxiyasının təşəkkülü



Yüklə 3,06 Mb.
səhifə196/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   192   193   194   195   196   197   198   199   ...   263
Orta srlr tarixi S D Skazkin

Silki-nümayəndəlik monarxiyasının təşəkkülü

Sinfi mübarizənin qüvvətlənməsi, habelə ölkə daxilində şəhərlərin və iqtisadi əlaqələrin inkişafı XIV əsrin əvvəllərinə yaxın mərkəzi hakimiyyətin müəyyən qədər möhkəmlənməsinə şərait yaratdı.bu zaman üçün əsas feodal silkləri də təşəkkül etmişdi. Xırda və orta feodallar, şəhər təbəqələri habelə torpaq mülkləri feodal didiçmələrindən zərər çəkən kilsə feodal özbaşınalığının aradan qaldırılmasından maraqlı idilər. Hakimiyyətdə möhkəmlənən Karl Robert (fransız Anju nəslinin Neapol idi) iri feodal sahibkar nəsillərinin siyasi müstəqilliyinə qarşı qətiyyətlə mübarizə apardı. Bu mübarizədə onu feodal didişmələrinin kəsilməsində maraqlı olan bütün sosial təbəqələr müdafiə edirdilər. Silki – nümayəndəlik monarxiyasının təşəkkülü başlamışdı. 1351-ci ildən başlayaraq dövlət yığıncaqlarında iri feodal sahibkarlarla yanaşı xırda və orta zadəganların nümayəndələri, 1405-ci ildən isə şəhərlərin də nümayəndələri iştirak etməyə başladılar. Lakin XV əsrin ikinci yarısına qədər mərkəzləşdirilmənin uğurları davamsız olaraq qaldı XIV-XV əsrin əvvəllərində Macarıstan krallığının siyasi inkişafının xüsusiyyəti iri feodal sahibkarlarının nüfuzunu xeyli dərəcədə qalması və kral hakimiyyətinin zəifləməsindən ibarət idi. Bu şəhərlərin nisbətən az inkişaf etməsi və xırda və orta feodalların iqtisadi zəifliklə, habelə familiarlıq təsisatlarının – zadəgan – familiarlar kütləsinin təsərrüfat baxımından ayrı-ayrı iri feodal sahibkarlardan asılı olması (hərçənd onlar kralın vassalları hesab olunurdular) ilə izah edilir. Karl Robert və I Layoşun (1342-1382) zamanlarında kral hakimiyyərinin mövqeyinin möhkəmlənməsindən sonra XV əsrin əvvəlində, yenidən iri feodalların nüfuzunun üstünlüyü dövrü başlanır. Kral Jiqmondun (1387-1437) hakimiyyəti illərinin birinci yarısı iri feodal ittifaqları arasında ən şiddətli ara müharibələri dövrü idi. Macar taxtında gözü olan xarici iddiaçıların- Neapollu Karl və onun oğlu Vladislavın işə qarışması ilə bu mübarizə mürəkkəbləşdi. Kral mübarizə aparan feodal quruhlarının əlində oyuncağa çevrilmişdi və müəyyən məqamda onu müdafiə edən iri feodal qrupuna yeni-yeni güzəştlər etməyə məcbur idi. Bütün bunlar türk işğalı təhlükəsinin artmış olduğu şəraitdə baş verirdi.


1396- cı ildə türklər kral Jiqmondun başçılıq etdiyi müxtəlif ölkələrdən toplanmış yığma xaçlı ( səlibçi) qoşunlarını darmadağın etdilər. Bu uğursuzluğa, habelə Barna yaxınlığında (1444) və Kosova meydanında (1448) baş vermiş məğlubiyyətlər qanunauyğun idi. Belə ki,


hətta türk təhlükəsi qarşısında belə, mərkəzi hakimiyyətin möhkəmləndirilməsi obyektiv surətdə mümkün olmadı. Xarici siyasi təhlükə öz-özlüyündə, mərkəzi hakimiyyətin möhkəmləndirilməsi ilə nəticələnə bilməzdi. Hələlik bunun üçün daxili şərtlər yaranmamışdı. Bu şərtlər Macarıstan krallığında yalnız XV əsrin ortalarına yaxı xırda və orta zadəganların və şəhərlilərin iqtisadi və siyasi əhəmiyyətinin daha da artması ilə əlaqəadar olaraq meydana gəldi. Bu ünsürlərə arxalanan görkəmli sərkərdə, iri feodal Yanoş Hunyadi baron ittifaqlarını aradan qaldıra bildi; kral gəlirlərini öz əlində cəmləşdirdi; xırda və orta feodalların kral seçilməsində iştirakı haqqında qərar qəbul edirdi. Yanoş Hunyadinin nəsli Valaxiya mənşəli idi. Dövlət yığıncağı onu ölkəyə hakim (1446-1458) seçmişdi. 1453-cü ildən başlayaraq iri feodallar və zadəganlar kralın vergi toplaması haqqında qərarlarını dövlət yığınacğında təsdiq etməyə başladılar. Bunlar mərkəzi hakimiyyətin möhkəmləndirilməsi və silki- nümayəndəlik monarxiyasının inkişafında mühüm addımlar idilər. Bunların xarici siyasi nəticələri tezliklə özünü göstərdi: 1456 cı il iyunun 22-də əsas kütləsi kəndlilər və şəhərrlilərin aşağı təbəqələrindən ibarət olan yığma qoşunlar Belqrad yaxınlığında türkləri darmadağın etdilər. Türkiyənin mərkəzi avropaya doğru irəliləməsi 70 il müddıtinə dayandırıldı.

Silki-nümayəndəlik monarxiyası kral Matyaş Hunyadinin (Korvinin) hakimiyyəti illərində (1458-1490) daha da möhkəmləndi. Bu kral məsələn muzdlu əsgərlərdən ibarət qüvvətli daimi ordu (“qara qoşun”) yarada bildi. Həmin ordu onun hakimiyyətinin xeyli möhkəmləndirdi ( bu vaxta qədər ölkənin hərbi qüvvələri ayrı-ayrı iri feodalların – Banderialların dəstələrindən təşkil olunurdu). Matyaş Humyadinin zamanında əsas mərkəzi hökumət idarələrinin yaradılması başa çatdırıldı və Macarıstan krallığının xarici siyasi vəziyyəti xeyli möhkəmləndi. Türkiyə torpaqları ilə sərhədlərdəki sakitlikdən istifadə edən Matyaş Moraviya , Sileziya, Yuxarı və Aşağı Avstriya və Ştriyanı özünün qərb qonşularının əlindən aldı.


16-cı fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin