Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə200/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   196   197   198   199   200   201   202   203   ...   263
Orta srlr tarixi S D Skazkin

Bizans XI-XV əsrlərdə.


XI əsrin sonu. XII əsrdə feodal mülkü

Bizansa feodalizm cəmiyyəti əsas təsisatlarının formalaşması XI əsrin sonu- XII əsrin əvvəlində başa çatdı. Bu zaman feodal mülkü özünün başlıca xüsusiyyətləri ilə birlikdə təşəkkül etdi və əvvəllər azad olan kəndlilərin mühüm kütləsi asılı feodal torpaq istifadəçilərinə çevrildi.Feodalların mənafeyini əks etdirən mərkəzi hakimiyyət onlara getdikcə daha geniş imtiyazlar verirdi. Onlar “ekskussiya” alırdılar,yəni vergilərdən tamamilə, ya qismən azad olunurdular; onların torpaqları xəzinə məmurlarının nəzarəti altından çıxırdı. Bu zaman vergi yayılması aradan qalxmırdı. Lakin onu hər bir mülkədar öz mülkü daxilində özü üçün toplayırdı. O, bəzən, həmin ərazidə məhkəmə hüququndan da istifadə edirdi. Dövlət yaranmış vəziyyəti rəsmi olaraq təsbit edirdi: feodallara onların məhkəmə rüsumlarını toplamaq (xüsusilə ciddi cinayət haqları istisna edilməklə) hüququnu təsdiq edən fərmanlar verir və beləliklə onlara məhkəmə hüquqları da verilmiş olurdu. Feodal mülkünün toxunulmazlığı əmələ gəlirdi ki, bu da çox cəhətdən Qərbi Avropadakına uyğun gəlirdi.


Bu dövrdə Bizansda təhkimçilik hüququ yox idi. Imperatorun mülkləri və xəzinə torpaqları kifayət qədər geniş idi. Lakin bu torpaqların mühüm hissəsi becərilmir, becərilən torpaqlar isə bəxşişlər paylanması nəticəsində sürətlə azalırdı. Bu torpaqlardan alınan gəlir isə imperator hakimiyyətinin başlıca qüvvət mənbəyi ola bilməzdi. Dövlətin əsas vəsaiti, əvvəlki kimi, yenə də azad kəndlilərdən və tam ekskussiyası olmayan feodalların pariklərindən toplanılan vergilər hesabına əldə edilirdi. Buna görə də mərkəzi hakimiyyət həmin pariklərin mülkədar torpaqlarına təhkim olunmasında maraqlı deyildi.


Feodalların mərkəzdənayrılma meyllərinin qarşısını almağa və onları taxt-taca “bağlamağa çalışan imperatorlar onlara azad kəndlilərin yaşadıqları müəyyən ərazidən alınan gəliri bəxşiş etməyə, sonra isə dövlətə xidmət göstərmək müqabilində həmin ərazilərin özünü də verməyə başladılar . XI əsrdə bu bəxşişlər – proniyalar dövlət torpaqlarının idarə olunmaq üçün dünyəvi adamlara verilməsindən ibarət idi. XII əsrdə isə proniya Qərbi Avropadakı benefisi kimi, başlıca olaraq ömürlük hərbi xidmət müqabilində verolən torpaq mülkiyyətinə çevrilməyə başladı. Lakin tezliklə proniyanın irsi torpaq mülkiyyətinə çevrilmək meyli nəzərə çarpmağa başladı. Mərkəzi hakimiyyəti möhkəmləndirmək vasitəsi kimi meydana gələn proniya feodalların güclənməsi vasitəsinə çevrildi ki, bu da ölkənin feodallıqlarına parçalanmasına kömək etdi. Həm adi mülkədarların, həm də proniya sahiblərinin öz hərbi dəstələri var idi; bu hərbi dəstələr ki, döyüşçülərin sayı bəzən min nəfərə çatırdı.Onların öz məhkəmələri , məhbəsləri, mühafizəçiləri və çoxlu qulluqçuları vardı; onlar öz döyüşçülərinin bir qisminə bütöv kəndlər paylamışdılar ki, həmin xırda feodallar da bunun müqabilində öz senyorlarına hərbi xidmət göstərirdilər. Beləliklə, Bizansda qərbi Avropadakına oxşar feodal ierarxiyasının yaranması meyli meydana gəlirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin